Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2396/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 444 manat əsas borc, 97 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı (faktor) İddiaçı MMC ilə (müştəri) X1 arasında F06/99 saylı xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə Faktorinq müqaviləsi bağlanmışdır. (Müştəri) Samir Kərimov ilə cavabdeh (borclu) arasında 1201/22/99S saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Faktorinq və Nisyə alğısatqı müqavilələrinin tələblərinə uyğun olaraq, İddiaçı MMC faktor qismində, X6 rüsumunun ödənilməsi haqqında məlumat oğlu müştəri qismində, Cavabdeh isə borclu qismində çıxış etmişdir. Faktorinq müqaviləsinin 2.1-cimaddəsinə əsasən, iddiaçı (faktor) İddiaçı MMC, (müştəri) Samir Kərimovu öz mallarını borcluya satması üçün pul vəsaiti ilə təmin edir. X4 isə satılmış malların borcunu tələb etməyi iddiaçı (faktor) İddiaçı MMC-yə güzəşt edir. Yəni (müştəri) Samir Kərimov borcludan “pul tələb” etmək hüququnu iddiaçı (faktor) İddiaçı MMC-yə verir. Belə ki, (müştəri) X2 müqaviləsinin xx.xx.2022-ci il tarixli əlavəsinə əsasən iddiaçı (faktor) MMC-dən 444 manat vəsait almışdır. (Müştəri) Samir Kərimov ilə cavabdeh (borclu) Cavabdeh arasında bağlanmış 1201/22/99S saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsinə əsasən, 12 ay müddətində, hər ayın 19-dan gec olmamaqla, ayda 37 manat ödəməsi şərti ilə cavabdeh (borclu) Cavabdeh dəyəri 444 manat olan “Velosiped 29 Landrover” satılmışdır. Faktorinq müqaviləsinin, eyni zamanda pul tələbinin tam güzəşt edilməsi haqqında cavabdehə təqdim edilmiş bildirişin tələblərinə uyğun olaraq, (müştəri) Samir Kərimov ilə cavabdeh (borclu) arasında bağlanmış 1201/22/99S saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsindən irəli gələn borcun tam tələb edilməsi hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh Nisyə alğısatqı müqaviləsinin tələblərini pozaraq, ödəniş aparmamışdır. İddiaçı tərəfindən cavabdehə Nisyə alğı-satqı müqaviləsinin öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh könüllü olaraq öhdəlikləri yerinə yetirməmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin nisyə alğı-satqı müqaviləsinə əsasən 444 manat əsas borc və 97 manat cərimə, ümumilikdə 541 manat borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsasən etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: İddiaçı MMC ilə Samir Kərimov arasında bağlanmış F06/99 saylı 14 aprel 2021-ci il tarixli Faktorinq müqaviləsindən müəyyən olunur ki, İddiaçı MMC, borclu barəsində Samir Kərimovun borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Samir Kərimova pul vəsaiti verir, Samir Kərimov isə borcluya qarşı pul tələbini İddiaçı MMC-yə güzəşt edir. X5 Alıyev arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1201/22/998 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, 444 manat dəyərində əşyanı nisyə almışdır. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli 1201/22/998 saylı müqavilə üzrə 444.00 manat ödənilməmiş hissə var, 97.00 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla cavabdehin Samir Kərimovla aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Qeyd edilən müqavilə üzrə tələb hüququ Samir Kərimov tərəfindən iddiaçıya güzəşt edilmişdir. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 1201/22/99S nömrəli müqavilə üzrə 444 manat ödənilməmiş hissə, 97 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 571 (beş yüz yetmiş bir) manat İddiaçı MMC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2396/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2396/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver