Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-24/2023 30.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında qaz kəmərinin mühafizə zonasındakı tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Yevlax rayonu, Yuxarı Aran 2 qəsəbəsi ərazisindən keçən İddiaçı İB-nin balansında və istismarında olan, diametrli 89 mm-lik qaz kəmərinin (fərdi evinin qarşısından keçən) üzərindəki qeyri-qanuni tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və 100.40 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları: İddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Yevlax rayonu, Aran qəsəbəsi ərazisindən keçən İddiaçı balansında və istismarında olan, müxtəlif diametrli qaz kəmərlərini (fərdi evinin qarşısından keçən) qeyriqanuni olaraq hasara alaraq həyətyanı sahəsinin içərisinə salmışdır. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında (kəmərin üzərində) yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən qaz kəmərinin mühafizə zonasındakı hasarlar təxirəsalınmadan sökülməlidir. Bununla bağlı İddiaçı Tərtər X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X5 Agentliyinə müraciət edilmiş və Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X5 X2 müfəttişliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək Akt tərtib olunaraq mühafizə zonasının pozulması faktı təsdiq edilmişdir. (məktub əlavə olunur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Tərəflərin izahatları: İddiaçı İB-nin nümayəndəsi İlham Xəlilov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat vermişdir. Hazırlıq iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən Yevlax rayonu, Yuxarı Aran 2 qəsəbəsində iddia ərizəsində qeyd edilən ərazidə hasar inşa edirmişdir. Həmin hasara dair hər hansı sənəd mövcud deyil. Hasarı inşa edən zaman özü İddiaçı İB-yə müraciət edərək orada olan qaz kəmərlərinin köçürülməsini xahiş etmişdir, lakin, onun xahişi nəzərə alınmamışdır. Sübutlar: İddiaçı İB tərəfindən Cavabdeh ünvanlanmış məktubdan müəyyən olunur ki, onun tərəfindən inşa edilmiş hasar mühafizə zonasında yerləşməsi barədə xəbərdarlıq edilmiş, zonaın boşaldılması istiqamətində işlərin görülməsi tələb olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli ekspert rəyində qeyd edilir ki, Yevlax rayonu, Aran-2 qəsəbəsində ərazisində Cavabdeh inşa etdiyi yarımçıq tikili ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İxrac İdarəsinin balansında və istismarında olan magistral qaz kəməri ilə tikili ilə ara məsafəsi 0.70 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2. və 2.7. bəndlərinə əsasən göstərilən qaz borusunun mühafizə zonası 50,0 m olduğundan Yevlax rayonu, Aran-2 qəsəbəsində ərazisində Cavabdeh inşa etdiyi hasar İddiaçı balansında və istismarında olan diametri 89-mm-lik qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunur. 04 aprel 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı 100.40 manat dövlət rüsumu ödəmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 180.1. tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin səkkizinci abzasında qeyd olunur ki, nəzarət orqanı — qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə vəzifələri aşağıdakılardır: müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək müvafiq tədbirlərdən ibarət təhlükəsizliyi və ətraf mühitin qorunmasını təmin edən planı müvafiq icra hakimiyyəti orqanına təqdim etmək; insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq; təsdiq edilmiş metodlara müvafiq olaraq qazın və onun tullantılarının təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək; işləri başa çatdırdıqda ərazini təmizləmək və onu ətraf mühitin qorunması üçün məqbul səviyyədə bərpa etmək. Bu Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Bu maddənin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları: Bənd 2.2. şaxələnmiş qollarla birlikdə boru kəmərlərinə aiddir. Bənd 2.7. boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50,0 metr keçən torpaq sahəsi mühafizə üçün ayrılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar və cavabdehin etirafı ilə təsdiq olunur ki, sonuncu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Yevlax rayonu, Yuxarı Aran 2 qəsəbəsi ərazisindən keçən İddiaçı İB-nin balansında və istismarında olan qaz kəmərinin (fərdi evinin qarşısından keçən) üzərində qeyri-qanuni olaraq tikili inşa edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən tikili özbaşına olmaqla mühafizə zonasında yerləşdiyindən iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Yevlax rayonu, Aran 2 qəsəbəsi ərazisindən keçən İddiaçı balansında və istismarında olan qaz kəmərini (fərdi evinin qarşısından keçən) üzərindəki hasar sökülsün və qaz kəmərinin mühafizə zonası bərpa edilsin. . Cavabdeh X1 100 (bir yüz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı, VÖEN **********, İBAN: AZ50lBAZ******************** saylı hesabına köçürülsün. Cavabdeh X1 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-24/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-24/2023
30.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver