Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2400/2022 14.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 199.20 manat manat pul, 54.80 manat hesablanmış cərimə, cəmi 254 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (faktor) İddiaçı MMC ilə (müştəri) X10 arasında F06/99 saylı 14 aprel 2021-ci il tarixli tələbin güzəşti barədə Faktorinq müqaviləsi bağlanmışdır. X10 ilə cavabdeh arasında 0442/21/99S saylı 16 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Faktorinq və nisyə alqısatqı müqavilələrinin tələblərinə uyğun olaraq, İddiaçı MMC faktor qismində, X10 müştəri qismində, cavabdeh X11 isə borclu qismində çıxış etmişdir. Faktorinq müqaviləsinin 2.1cimaddəsinə əsasən, İddiaçı MMC, X8 öz mallarını borcluya satması üçün pul vəsaiti ilə təmin edir. X2 isə satılmış malların borcunu tələb etməyi İddiaçı MMC-yə güzəşt edir. X4 borcludan “pul tələb” etmək hüququnu İddiaçı MMC-yə verir. Belə ki, X1 müqaviləsinin 16 avqust 2021-ci il tarixli əlavəsinə əsasən İddiaçı MMC-dən 840 manat vəsait almışdır. X10 ilə cavabdeh X11 arasında bağlanmış 0442/21/99S saylı 16 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətində, hər ayın 16-dan gec olmamaqla, ayda 70 manat ödəməsi şərti ilə cavabdeh X7 dəyəri 840 manat olan “Velosiped wolf – 2 ədəd” satılmışdır. Faktorinq müqaviləsinin, eyni zamanda pul tələbinin tam güzəşt edilməsi haqqında cavabdehə təqdim edilmiş bildirişin tələblərinə uyğun olaraq, X10 ilə cavabdeh arasında bağlanmış 0442/21/99S saylı 16 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn borcun tam tələb edilməsi hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh X11 nisyə alqı-satqı müqaviləsinin tələblərini pozaraq, ödəniş aparmamışdır. İddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsinin öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh könüllü olaraq öhdəlikləri yerinə yetirməmişdir. Tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdeh X6 nisyə alqı-satqı müqaviləsinə əsasən 199.20 manat əsas borc və 54.80 manat cərimə, ümumilikdə 254 manat borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilmələri haqqında bildiriş göndərilsə də, Cavabdeh iddiaçının tələbinə etiraz etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı (faktor) İddiaçı MMC ilə (müştəri) X10 arasında F06/99 saylı 14 aprel 2021-ci il tarixli tələbin güzəşti barədə Faktorinq müqaviləsi bağlanmışdır. X10 ilə cavabdeh arasında 0442/21/99S saylı 16 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Faktorinq və nisyə alqı-satqı müqavilələrinin tələblərinə uyğun olaraq, İddiaçı MMC faktor qismində, X10 müştəri qismində, cavabdeh X11 isə borclu qismində çıxış etmişdir. Faktorinq müqaviləsinin 2.1-cimaddəsinə əsasən, İddiaçı MMC, X8 öz mallarını borcluya satması üçün pul vəsaiti ilə təmin edir. X2 isə satılmış malların borcunu tələb etməyi İddiaçı MMC-yə güzəşt edir. X4 borcludan “pul tələb” etmək hüququnu İddiaçı MMC-yə verir. Belə ki, X1 müqaviləsinin 16 avqust 2021-ci il tarixli əlavəsinə əsasən İddiaçı MMCdən 840 manat vəsait almışdır. X10 ilə cavabdeh X11 arasında bağlanmış 0442/21/99S saylı 16 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətində, hər ayın 16-dan gec olmamaqla, ayda 70 manat ödəməsi şərti ilə cavabdeh X7 dəyəri 840 manat olan “Velosiped wolf – 2 ədəd” satılmışdır. Faktorinq müqaviləsinin, eyni zamanda pul tələbinin tam güzəşt edilməsi haqqında cavabdehə təqdim edilmiş bildirişin tələblərinə uyğun olaraq, X10 ilə cavabdeh arasında bağlanmış 0442/21/99S saylı 16 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn borcun tam tələb edilməsi hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh X11 nisyə alqı-satqı müqaviləsinin tələblərini pozaraq, ödəniş aparmamışdır. İddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsinin öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh könüllü olaraq öhdəlikləri yerinə yetirməmişdir. Tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdeh X6 nisyə alqı-satqı müqaviləsinə əsasən 199.20 manat əsas borc və 54.80 manat cərimə, ümumilikdə 254 manat borcu vardır Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 655.1-ci maddəsinə əsasən, Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 54.80 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 199.20 manat əsas borc, 2 manat cərimə borcu, cəmi 201.20 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, xx xxxxxxxx 1979-cu il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-2400/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2400/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver