Məhkəmə qərarları › İş №e-2(039)-265/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-265/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-265/2024 29.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 609 manat ödənilməmiş əsas, 60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 194.14 manat ödənilməmiş əsas,19.86 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 165.60 manat ödənilməmiş əsas, 16.40 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 39.50 manat ödənilməmiş əsas 3.50 manat cərimə borcu olmaqla ümumilikdə 1108 manat borc və 31.08 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan, Aıwa qulaqlıq, İmei kodu **********14426 Samsung Galaxy A10S markalı telefon, İmei Kodu **********2670 Q-5016G markalı telefon, İmei Kodu **********48144 Nokıa 110 DS markalı telefon və X1 Ston Granit almış və nəticədə 1108 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və müqaviləyə əsasən, alqı-satqı qiyməti 963 manat, Aıwa qulaqlıq üçün 18 ay müddətinə, aylıq 53.50 manat ödəməli olduğu halda, 609 manat əsas borcu və 60 manat cərimə borcu, cavabdeh müqavilənin şərtlərini pozmuş və müqaviləyə əsasən, alqı-satqı qiyməti 341 manat, İmei kodu **********14426 Samsung Galaxy A10S markalı telefon üçün 12 ay müddətinə, ilkin ödəniş 5 manat, aylıq 28 manat ödəməli olduğu halda, 194.14 manat əsas borcu və 19.86 manat cərimə borcu, cavabdeh müqavilənin şərtlərini pozmuş və müqaviləyə əsasən, alqı-satqı qiyməti 210.70 manat, İmei Kodu **********2670 Q-5016G markalı telefon üçün 12 ay müddətinə, ilkin ödəniş 11.50 manat, aylıq 16.60 manat ödəməli olduğu halda, 165.60 manat əsas borcu və 16.40 manat cərimə borcu və cavabdeh müqavilənin şərtlərini pozmuş və müqaviləyə əsasən, alqı-satqı qiyməti 171.90 manat, İmei Kodu **********48144 Nokıa 110 DS markalı telefon və X1 Ston Granit üçün 6 ay müddətinə, ilkin ödəniş 112.50 manat, aylıq 9.9 manat ödəməli olduğu halda, 39.50 manat əsas borcu və 3.50 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Aıwa qulaqlıqdan xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 300 manat qiymətləndirlib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 54 manat, məhsul qaytarıldıqdan sonra qoyular qiymət 300 manat, ümumilikdə 354 manat təşkil edir. Cəmi ödədiyi məbləği 324.36 manat təşkil edir. Yevlax Rayon Məhkəməsinin e-2(039)-265/2024 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması və mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a Yevlax Rayon Məhkəməsinin inzibati binasına təyin edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, cərimə borcu həddən artıq göstərdiyi üçün onun silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23140883 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Aıwa qulaqlıq satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 963 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22336158 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İmei kodu **********14426 Samsung Galaxy A10S markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 341 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23128756 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İmei kodu **********26701 BQ-5016G markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 210.70 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23133689 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İmei kodu **********48144 Nokıa 110 DS markalı telefon və X1 Ston Grani satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 171.90 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin qiyməti 693 manat, Aıwa qulaqlıq üçün, 669 manat ödənilməmiş əsas, 60 manat cərimə borcu, cavabdehin qiyməti 341 manat İmei kodu **********14426 Samsung Galaxy A10S markalı telefon üçün, 194.14 manat ödənilməmiş əsas, 19.86 manat cərimə borcu, cavabdehin qiyməti 210.70 manat İmei kodu **********26701 BQ- 5016G markalı telefon üçün, 165.60 manat ödənilməmiş əsas, 16.40 manat cərimə borcu və cavabdehin qiyməti 171.90 manat İmei kodu **********48144 Nokıa 110 DS markalı telefon və X3 Stop Grani üçün, 39.50 manat ödənilməmiş əsas 3.5 manat cərimə borcu ümumilikdə 1108 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/239 saylı rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23133689 nömrəli xx.xx.2021-ci il tarixli, 23128756 nömrəli xx.xx.2021-ci il tarixli, 23140883 nömrəli xx.xx.2021-ci il tarixli, 22336158 nömrəli xx.xx.2021-ci il tarixli müqavilələrdə “Cavabdeh” əlyazmaları və Cavabdeh adından olan imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilələrdə nəzərdə tutulmuş malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Müqavilə üzrə cəmi 1008.24 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 99.76 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 19.76 manat müəyyən edilməlidir. Qeyd olunananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 609 manat əsas borc və 10 manat cərimə borcu, 194.14 manat əsas borc və 4.86 manat cərimə borcu, 165.9 manat əsas borc və 3.40 manat cərimə borcu və 39.5 manat əsas borc və 1.5 manat cərimə borcu olmaqla, ümumilikdə 1028 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30.28 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 127 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 609 manat əsas borc və 10 manat cərimə borcu, 194.14 manat əsas borc və 4.86 manat cərimə borcu, 165.9 manat əsas borc və 3.40 manat cərimə borcu və 39.5 manat əsas borc və 1.5 manat cərimə borcu olmaqla, ümumilikdə 1028 (bir min iyirmi səkkiz) manat borcu və 30 (otuz) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri-127 (bir yüz iyirmi yeddi) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar