Məhkəmə qərarları › İş №e-2(039)-2751/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2751/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2751/2022 20.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********31747 olan, X1 A markalı tablet, X2 Tablet Case üçün 227.6 manat ödənilməmiş hissə, 22.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********52840 X4 9 markalı telefon üçün 175 manat ödənilməmiş hissə, 17 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********66464 olan, Samsung galaxy A02s markalı telefon üçün 184 manat ödənilməmiş hissə, 18 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********7231747 X3 A markalı tablet, X2 Tablet Case, İmei kodu **********52840 X4 9 markalı telefon, İmei kodu **********66464 Samsung Galaxy A02s markalı telefon almış və nəticədə 644 manat manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 820.8 (18 ay x 45.6 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********31747 olan X3 A markalı tablet, X2 Tablet Case üçün ümuilikdə 250 manat olmaqla ondan 227.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.4 manat cərimə, xx.xx.2021-ci il tarixli, alqı-satqı qiyməti 507 manat ( 18 ay x 25 manat + 57 manat ilkin ödəniş) İmei kodu **********52840 olan X4 9 maralı telefon üçün ümumilikdə 192 manat olmaqla ondan 175 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 349.6 manat (12 ay x 26.3 manat + 34 manat ilkin ödəniş) İmei kodu **********66464 Samsung Galaxy A02s markalı telefon üçün ümumilikdə, 202 manat olmaqla ondan, 184 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə miqdarında borc yaranmışdır, müştəriyə güzəşt olunaraq 18 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1090.8 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsasən etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21233634 nömrəli müqavilədən müəyyən olunur ki, sonuncu, İmei kodu **********31747 olan, X3 A markalı tablet, X2 Tablet Case almışdır. İddiaçı MMC ilə İradə Həsənova arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22232165 nömrəli müqavilədən müəyyən olunur ki, sonuncu, X4 markalı telefon almışdır. İddiaçı MMC ilə İradə Həsənova arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23124001 nömrəli müqavilədən müəyyən olunur ki, sonuncu Samsung Galaxy A02s markalı telefon almışdır. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 227.6 manat ödənilməmiş hissə var, 22.4 manat cəirimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 175 manat ödənilməmiş hissə var, 17 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 184 manat ödənilməmiş hissə var, 18 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla cavabdehin, müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən məbləğlərin düzgün hesablanmadığına, cərimələrin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 227.6 manat ödənilməmiş hissə, 22.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 175 manat ödənilməmiş hissə, 17 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 184 manat ödənilməmiş hissə, 18 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 674 (altı yüz yetmiş dörd) manat İddiaçı MMC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar