Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-294/2025 13.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti 71/13-də yerləşən 3 otaqlı mənzil ona (iddiaçıya) məxsusdur. O (iddiaçı) xx.xx.2022-ci il tarixində Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh ilə Mİngəçevir şəhəri M.Maqomayev prospekti 71/13-də yerləşən 3 otaqlı mənzilin müvəqqəti istifadəyə verilməsinə dair kirayə müqaviləsi bağlamışdır. Kirayə müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin müddətdə Cavabdeh təbii qazdan istifadə etməsinə baxmayaraq, borcunu vaxtında ödəməmiş və nəticədə 75 (yetmiş beş) manat məbləğində borcu yaranmışdır.Cavabdeh borcunu ödəyəcəyini bildirsə də, bu günə kimi ödəniş etməkdən yayınmışdır. O (iddiaçı) orqanizminin 1-60 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxsdir. Əlilliyi 18 yaşına çatanadək müəyyən olunmuşdur. Oradan gələn kirayə haqqı ilə özünün müalicə xərclərini qarşılayır. Dəfələrlə ondan pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh kirayə müqaviləsindən irəli gələn təbii qazdan istifadə etməsi nəticəsində yaranmış borcunu ödəməyərək öz öhdəliyini icra etməmişdir. Cavabdehin təbii qazdan istifadə etməsi nəticəsində yaranmış 75 (yetiş beş) manat məbləğində borcunu o özü (iddiaçı) ödəmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə istinad edərək, cavabdehdən 75 (yetmiş beş) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, Cavabdeh 46.04 (qırx altı manat dörd qəpik) manat borcun və 30 (otuz) manat döslət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Müslüm Maqomayev prospekti 71 saylı evin 13 saylı mənzili İddiaçı mülkiyyətindədir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Mingəçevir regional «Asan xidmət» mərkəzində təsdiq edmiş xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Müslüm Maqomayev prospekti 71 saylı evin 13 saylı mənzili xx.xx.2027-ci il tarixədək Cavabdeh kirayə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Mingəçevir regional «Asan xidmət» mərkəzində təsdiq edmiş xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi ləğv edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, Mingəçevir şəhəri Müslüm Maqomayev prospekti 71 saylı evin 13 saylı mənzilinə **********00130 nömrəli abonent kodu verilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, **********00130 nömrəli abonent kodu üzrə 75 manat vəsait «Azəriqaz» İB-nin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Mingəçevir şəhəri Müslüm Maqomayev prospekti 71 saylı evin 13 saylı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Mingəçevir regional «Asan xidmət» mərkəzində təsdiq edmiş xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Müslüm Maqomayev prospekti 71 saylı evin 13 saylı mənzilini xx.xx.2027-ci il tarixədək Cavabdeh kirayə vermişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Mingəçevir regional «Asan xidmət» mərkəzində təsdiq edmiş xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi ləğv edilmişdir. Həmin müddətdə Cavabdeh təbii qazdan istifadə etməsinə baxmayaraq, borcunu vaxtında ödəməmiş və nəticədə 46.04 manat məbləğində borcu yaranmışdır. Cavabdeh kirayə müqaviləsindən irəli gələn təbii qazdan istifadə etməsi nəticəsində yaranmış borcunu ödəmədiyindən həmin borc iddaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Mingəçevir regional «Asan xidmət» mərkəzində təsdiq edmiş xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin 12-ci bəndindən görünür ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları «Kirayəçi» tərəfindən ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehdən 46.04 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 46.04 (qırx altı manat dörd qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-294/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-294/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver