Məhkəmə qərarları › İş №e-2(039)-307/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-307/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-307/2025 25.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadehdən 5000 (beş min) manat məbləğində vurulmuş zərərin və 70 (yetmiş) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdehməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavbdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «AUDİ Q-7» markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 04 aprel 2022-ci ildə Cavabdeh idarə etmək hüququ olmadan idarət etdiyi «AUDİ Q-7» markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəqani küçəsində «MAZDA 6» markalı, ** MA *** dövlət nömrə nişanlı və «TOYOTA RAV4» markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Bakı DYP-nin xx.xx.2022-ci il tarixli, İXP 456061 nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1, 327.1 və 332.3cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYP-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1, 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta haqqında qərarla müəyyən edilərək təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş qiymətəndirmə aktına əsasən hadisə nəticəsində «TOYOTA RAV4» markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobilə 4935 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində «MAZDA 6» markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobilə 2190 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 1536.84 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 və xx.xx.2022-ci il tarixdə 3463.16 manat sığorta ödənişini zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 922.1 və «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, «AUDİ Q-7» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil PXA ********** saylı müqaviləyə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari sığorta növü ilə sığortalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, PXA108013 saylı Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyat hadisəsi nəticəsində «MAZDA 6» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2190 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, PXA108014 saylı Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyat hadisəsi nəticəsində «TOYOTA RAV4» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4935 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan kart hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına xx.xx.2022-ci il tarixdə 3463.16 manat pul ödənilmişdir. İşdə olan kart hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına xx.xx.2022-ci il tarixdə 1536.84 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən Cavabdeh 5000 (beş min) manat sığorta ödənişinin cəmiyyətin hesabına ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, «AUDİ Q-7» markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 04 aprel 2022-ci ildə Cavabdeh idarə etmək hüququ olmadan idarət etdiyi «AUDİ Q-7» markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəqani küçəsində «MAZDA 6» markalı, ** MA *** dövlət nömrə nişanlı və «TOYOTA RAV4» markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Bakı DYP-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1, 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş qiymətəndirmə aktına əsasən hadisə nəticəsində «TOYOTA RAV4» markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobilə 4935 manat məbləğində, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində «MAZDA 6» markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobilə 2190 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 1536.84 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 və xx.xx.2022-ci il tarixdə 3463.16 manat sığorta ödənişini zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı cəmiyyət tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh 5000 (beş min) manat sığorta ödənişini həmin cəmiyyətin hesabına ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin eilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabadeh Cavabdeh subroqasiya qaydasında 5000 (beş min) manat sığorta ödənişinin əvəzi və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar