Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-3225/2023 28.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 626 manat əsas borc, dəbbə pulu 61 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 829 manat olan bir ədəd mal almışdır. Müqavilə bağlanıldıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 24 ay ərzində ödəmək ilə, alınan malın dəyərini tam ödəməli idi. Ancaq bəzi ödənişləri etdikdən sonra qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 626 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixinə cərimə (dəbbə pulu) 61 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsasən etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsindən görünür ki, ümumi dəyəri 829 manat olan əşya almışdır Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 626 manat ödənilməmiş hissə var, 61 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən borc yaranmışdır. Bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən məbləğin düzgün hesablanmadığına, cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 626 manat ödənilməmiş hissə, 61 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 717 (yeddi yüz on yeddi) manat iddiaçı "xxxx" MMC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №e-2(039)-3225/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-3225/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver