Məhkəmə qərarları › İş №e-2(039)-323/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-323/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-323/2023 27.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022ci il tarixə yaranmış 94 manat əsas borc, 14.1 manat cərimə borc cəmi 108.1 manat, ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 453.9 manat əsas borc, 68 manat cərimə borc cəmi 521.9 manat və ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 481.3 manat əsas borc, 72.1 manat cərimə borc cəmi 553.40 manat ümumilikdə üç müqavilə üzrə olan borcu 1029.2 manat əsas, 154 manat cərimə, ümumilikdə 1183.4 manat borcun və 31.83 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı tozsoran, “Zimmer” markalı saç qurudana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla, cəmi 248 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla, cəmi 783.9 manat, xx.xx.2021-ci mil tarixli ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Acer” markalı kompyuter və aksesuarlarına görə 18 ay ödəniş cədvəlinə görə hər ay 49 manat olmaqla cəmi 873.8 manat, ümumilikdə üç müqavilə üzrə 1905.7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 14 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 66 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixində 49 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 1029.2 manat borcu qaytarmamışdır. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 94 manat əsas, 14.1 manat cərimə, cəmi 108.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 453.9 manat əsas, 68 manat cərimə, cəmi 521.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 481.3 manat əsas, 72.1 manat cərimə, cəmi 553.40 manat, üç müqavilə üzrə olan borcu 1029.2 manat əsas, 154.2 manat cərimə, cəmi 1183 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 248 manat dəyərində Samsung markalı tozsoran, Zimmer markalı saçqurudan alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 783.9 manat dəyərində Xiaomi markalı telefon alqısatqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 873.8 manat dəyərində Acer markalı kompyuter və aksesuarları alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 94 manat əsas borc, 14.1 manat cərimə borc cəmi 108.1 manat, ********* saylı, xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 453.9 manat əsas borc, 68 manat cərimə borc cəmi 521.9 manat, ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 481.3 mant əsas borc, 72.1 manat cərimə, cəmi 553.4 manat, ümumilikdə üç müqavilə üzrə olan borcu 1029.2 manat əsas, 154.2 manat cərimə, ümumilikdə 1183.4 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən hər üç müqavilə üzrə 154.2 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğısatqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1039.2 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 1032.2 manat məbləğində borc Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 31.83 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixə yaranmış 94 manat əsas borc, 14 manat cərimə borc cəmi 108.1 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 453.9 manat əsas borc, 68 manat cərimə borc cəmi 512.9 manat, xx.xx.2021-ci il tarixli 481.3 manat əsas borc, 72.1 manat cərimə, cəmi 553.4 manat ümumilikdə üç müqavilə üzrə olan borcu 1029.2 manat əsas, 10 manat cərimə, ümumilikdə 1039.2 manat borcu manat borc və 31.83 manat dövlət rüsumu xx.xx.2002-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar