Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-326/2023 23.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 377 manat borcu və 37 manat cərimə, xx.xx.2021 -ci il tarixli müqavilə üzrə 48 manat borcu və 4 manat cərimə, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********42300 Samsung Galaxy A51 markalı telefon, İmei kodu **********49049 Samsung Galaxy A32 markalı telefon almış və nəticədə 466 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 754.8 manat (12 ay x 62.9 manat + 0) manat ilkin ödəniş İmei kodu **********42300 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 414 manat olmaqla ondan, 377 manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 manat cərimə, xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 796 manat (12 ay x 54.5 manat + 142 manat ilkin ödəniş) İmei kodu **********49049 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 52 manat olmaqla ondan, 48 manat ödənilməmiş hissə, güzəşt olunaraq 04 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1,125.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflərin izahatları: İddiaçı MMC-nin problemli kreditlər rəhbəri Nümayəndə teleqramla məhkəməyə müraciət edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: Təqdim olunan xx.xx.2021-cu tarixli, 23170053 saylı müqaviləsinə əsasən, cavabdehə İmei kodu **********42300 Samsung Galaxy A51 markalı telefon və xx.xx.2021cu tarixli, 23227994 saylı müqaviləsinə əsasən, İmei kodu **********49049 Samsung Galaxy A32 markalı telefon satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir Həmin məbləği Cavabdeh ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə 02 iyun 2022-ci il tarixə 1,415.68 manat qalıq borcu var, 433.26 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021-cu tarixli, 23170053 saylı müqaviləyə əsasən İmei kodu **********42300 Samsung Galaxy A51 markalı telefon və xx.xx.2021-cu tarixli, 23227994 saylı müqaviləyə əsasən İmei kodu **********49049 Samsung Galaxy A32 markalı telefon nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir, lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə hesab edir ki, əsas borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə tələb əsaslıdır, cərimənin tənasübsüzlüyü də müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 248-252 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cu tarixli, 23170053 saylı müqaviləsi üzrə 377 manat borcu və 37 manat cərimə, xx.xx.2021-cu tarixli, 23227994 saylı müqaviləsi üzrə 48 manat borcu və 04 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 496 (dörd yüz doxsan altı) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-326/2023
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(039)-326/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver