Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-33/2023 23.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********52873 Huawei, Y5 2019 markalı telefon üçün 324 manat manat məbləğində əsas borc, 32 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52873 Huawei Y5 2019 markalı telefon almış və nəticədə 356 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 324 manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş ) olan İMEİ Kodu **********52873 Huawei Y5 2019 markalı telefon üçün ümumilikdə 356 manat olmaqla, ondan, 324 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi Rauf Süleymanlı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən İddiaçı MMC-dən Huawei Y5 2019 markalı mobil telefon almışdır. Lakin, aldığı gündən həmin telefonda qüsurlar olmuş və o, telefonu geri qaytarmışdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Bеlə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2021-ci il tarixli 22264423 saylı müqavilədən müəyyən olunur ki, sonuncu İMEİ Kodu **********52873 Huawei, Y5 2019 markalı telefon almışdır. Maliyyə arayışından müəyyən olunur ki, həmin müqavilə üzrə 324.00 manat ödənilməmiş borc var, 32 manat cərimə hesablanmışdır. “Servis Link-5” Texniki xidmət mərkəzi tərəfindən verilmiş texniki vəziyyət barədə aktda qeyd olunur ki, İMEİ Kodu **********52873 Huawei, Y5 2019 markalı telefonda diaqnostika zamanı qüsur aşkar olunmamışdır. "xxxx" MMC tərəfindən verilmiş texniki rəydə qeyd olunur ki, İMEİ Kodu **********52873 Huawei, Y5 2019 markalı telefona texniki baxış keçirildi və heç bir texniki qüsur olmadığı müəyyən edildi. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Səadət Şirinovaya xx.xx.2021-cu tarixli müqavilə əsasında İMEİ Kodu **********52873 Huawei, Y5 2019 markalı telefon nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir, lakin Səadət Şirinova telefonu geri təhvil vermiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Səadət Şirinova iddianı qəbul etməyərək telefonda qüsurların olduğunu bildirsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. Halbuki, əldə edilmiş rəylə təsdiq olunur ki, həmin telefonda texniki qüsur mövcud deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsasızdır. Əsas borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə tələb əsaslıdır. Lakin, məhkəmə, cavabdehin maddi durumunu və telefonun uzun müddət məhz iddiaçının sahibliyində qalmasını nəzərə alaraq hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 02 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 324 manat əsas borcu, 02 manat cərimə və təmin edilən məbləğə mütənasib dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin Cavabdeh 06 fevral 2021-ci il tarixli 22264423 nömrəli müqavilə üzrə 324 manat borc, 02 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 356 (üç yüz əlli altı) manat İddiaçı MMC xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-33/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-33/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver