Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-349/2024 16.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022 il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 70.3 AZN əsas, 10.5 AZN cərimə, cəmi 80.8 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə 39.9 AZN əsas, 5.9 AZN cərimə, cəmi 45.8 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 45.9 AZN əsas, 6.8 AZN cərimə, cəmi 52.7 AZN borc, ümumilikdə 156.1 AZN əsas, 23.2 AZN cərimə, 179.3 AZN cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddiа tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022 il tarixli ********* saylı Müqavilə məbləği: 798.97 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 67.00 AZN, 12 ay Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul(lar): “HONOR” markalı telefon və aksesuarlar Son ödəniş məbləği və tarixi: 68.00 AZN xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 70.30 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 105.00 AZN Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 10.50 AZN Tutulmalı olan cəmi məbləğ: 80.80 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli ********* saylı Müqavilə məbləği: 149.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 10.00 AZN 15 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): “Bosch” markalı mixer Son ödəniş məbləği və tarixi: 20.00, xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 39.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 59.00 AZN Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 5.90 AZN Tutulmalı olan cəmi məbləğ: 45.80 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli ********* saylı Müqavilə məbləği: 149.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 13.00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul(lar): scooter Son ödəniş məbləği və tarixi: 26.00 AZN xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ödənilməmiş əsas borc məbləği: 45.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 68.00 AZN Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 6.80 AZN Tutulmalı olan cəmi məbləğ: 52.70 AZN Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022 il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 70.3 AZN əsas 10.5 AZN cərimə cəmi 80.8 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 39.9 AZN əsas 5.9 AZN cərimə cəmi 45.8 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 45.9 AZN əsas, 6.8 AZN cərimə, cəmi 52.7 AZN borc ümumilikdə üç müqavilə üzrə 156.1 AZN əsas, 23.2 AZN cərimə, 179.3 AZN cəmi borcu ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından müəyyən olur ki, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022 il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə 70.3 AZN əsas 105.00 AZN cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin iddiaçı ilə aralarında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunur. Cavabdeh tələbə etiraz etməmiş, həmin borcun düzgün hesablanmadığına dair hər hansı dəlil, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022 il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 70.3 manat əsas, 10.5 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 39.9 manat əsas, 5.9 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 45.9 manat əsas, 6.8 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 209 (iki yüz doqquz) manat 30 (otuz) qəpik Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №e-2(039)-349/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-349/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver