Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-42/2023 09.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 2,932.43 manatın, həmçinin 49.32 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** PK *** dövlət qeydiyyat nişanlı Khazar LX markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “BMW 530” markalı, **- UB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli TP4040812 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəliyik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7,932.43 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 7,932.43 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5,000.00 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş, qalıq 2,932.43 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişlər lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən sığortalıya ödənilmiş 2,932.43 manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi iclasa gəlməmiş, lakin ərizə təqdim edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iclas zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 11 noyabr 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Khazar LX markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Həmin hadisə məhz onun təqsirindən baş vermişdir. Lakin, digər avtomobilə vurulan ziyan həddindən artıq yüksək məbləğdə hesabanmışdır. Avtomobilə dəymiş ziyan “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən ödənilmişdir. Hesab edir ki, həmin sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ vurulmuş ziyanı tam olaraq əhatə edir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər İ-MİC- 6854/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və tam sığorta təminatı almışdır. Sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, B.Səfərov küçəsi ilə Azərbaycan prospekti tərəfindən R.Rza küçəsi ilə kəsişməni keçərkən kəsişmədə sağdan gələn Khazar LX markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol verməmiş və “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. YPX-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, bu hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Elektron qaimədən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən vurulmuş ziyan 7,932.43 manat hesablanmışdır. Ödəniş qəbzindən müəyyən olunur ki, həmin məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 4/1645 nömrəli ekspertiza rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə "xxxx" şirkətinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7,217.0 manat müəyyən edilir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə. 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 11 noyabr 2020ci il tarixdə idarə etdiyi Khazar LX markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bunun nəticəsində sonuncu avtomobilə maddi zərər vurulmuşdur. Cavabdeh barədə müvafiq protokol tərtib edilmiş və o, inzibati qaydada məsuliyyətə cəlb edilərək təqsirli hesab edilmişdir. Vurulmuş zərər sığortalanmış avtomobilin sahibinə "xxxx" ASC tərəfindən ödənilmiş, bununla da subroqasiya qaydasında tələb hüququ "xxxx" ASC-yə keçmişdir. Vurulmuş zərərin 5,000 manat hissəsi “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən vurulmuş maddi ziyanı tam olaraq ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, iddiaçı "xxxx" ASC "xxxx" MMC-nin təqdim etdiyi qaiməyə istinad edərək vurulmuş maddi zərərin 7,932.43 manat olduğunu qeyd etmişdir. Halbuki, ekspert rəyinə əsasən vurulmuş zərərin məbləği 7,217 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etmədiyindən vurulmuş zərər həmin məbləğdə müəyyən edilməlidir. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən 2,217 manat iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh aid edilməlidir. Təmin edilən məbləğə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi, habelə bank xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2,217 manat maddi zərər, habelə 42.17 manat ödənilməli olan dövlət rüsumunun və 0.40 manat bank xidmətinin əvəzi, ümumi 2,259 (iki min iki yüz əlli doqquz) manat 57 (əlli yeddi) qəpik iddiaçı "xxxx" ASC xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-42/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-42/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver