Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-598/2022 09.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ”ABC-Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21.11.2020-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan HOFFMANN üçün 241 manat dənilməmiş hissə, 24 manat cərimə; 10.12.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65885 X1 9 markalı telefon üçün 398 manat ödənilməmiş hissə, 39 manat cərimə; 02.01.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı üçün 173.6 manat ödənilməmiş hissə, 17.4 manat cərimə; 04.01.2021-ci il tarixli müqaviləyə əsasən Xiaomi Mi band 5 markalı 3 ədəd qol saatı üçün 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə; 15.01.2021-ci il tarixli müqaviləyə əsasən, DECT PANASONİC markalı 2 ədəd ev telefonu üçün 154 manat ödənilməmiş hissə, 15 manat cərimə; 13.02.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED markalı televizor üçün 536.4 manat ödənilməmiş hissə, 53.6 manat cərimə, ümumi 1,973 manat borc və 39,73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 2U1.2020-Cİ il, 10.12.2020-ci il, 02.01.2020-ci il, 04.01.2021-ci il, 15.01.202İ-ci it, 13.02.2021-ci il tarixlərdəki müqavilələrə əsasən Paltaryuyan HOFFMANN, İMEİ kodu **********65885 X1 9 markalı telefon, Xiaomi Mi bant! 5 markalı 2 ədəd qol saatı, Xiaomi Mi band 5 markalı 3 ədəd qol saatı, DECT PANASONİC markalı 2 ədəd ev telefonu və LG LED markalı televizor almış və nəticədə 1973 (min doqquz yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 483 manat (6 ay x 80.5 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan HOFFMANN üçün ümumilikdə 265 manat olmaqla ondan 241 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 manat cərimə pulu; 10.12.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 529 manat (12 ay x 44 manat + 1 manat ilkin ödəniş) olan İMEİ kodu **********65885 Xiaomi Red ini Note 9 markalı telefon üçün ümumilikdə 437 manat olmaqla ondan 398 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat cərimə pulu; 02.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 211.2 manat (12 ay x 17.6 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı üçün ümumilikdə 191 manat olmaqla ondan 173.6 ümumi ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.4 manat cərimə pulu, 04.01.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 349.2 manat (12 ay x 29.1 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi band 5 markalı 3 ədəd qol saatı üçün ümumilikdə 321 manat olmaqla ondan 291.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.4 manat cərimə pulu hesablanmışdır. 15.01.2021- ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 168 manat (12 ay x 14 manat + 0 manat ilkin ödəniş) olan DECT PANASONİC markalı 2 ədəd ev telefonu üçün ümumilikdə 169 manat olmaqla ondan 154 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə pulu hesablanmışdır. 13.02.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 536.4 manat (18 ay x 29.8 manat + 0 manat ilkin ödəniş) olan LG LED markalı televizor üçün ümumilikdə 590 manat olmaqla ondan 536.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.6 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 482.2 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.11.2020-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan HOFFMANN; 10.12.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65885 X1 9 markalı telefon, Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı; 04.01.2021-ci il tarixli müqaviləyə əsasən Xiaomi Mi band 5 markalı 3 ədəd qol saatı; 15.01.2021-ci il tarixli müqaviləyə əsasən, DECT PANASONİC markalı 2 ədəd ev telefonu; 13.02.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED markalı televizor almışdır. Maliyyə ödəniş cədvəlindən müəyyən olunur ki, 21.11.2020-ci il tarixli müqavilə üzrə 241 manat ödənilməmiş hissə, 24 manat cərimə; 10.12.2020-ci il tarixli müqavilə üzrə 398 manat ödənilməmiş hissə, 39 manat cərimə; 02.01.2020-ci il tarixli müqavilə üzrə 173.6 manat ödənilməmiş hissə, 17.4 manat cərimə; 04.01.2021-ci il tarixli müqavilə üzrə 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə; 15.01.2021-ci il tarixli müqavilə üzrə 154 manat ödənilməmiş hissə, 15 manat cərimə; 13.02.2021-ci il tarixli müqavilə üzrə 536.4 manat ödənilməmiş hissə, 53.6 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mövcud sübutlarla cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən məbləğin düzgün hesablanmadığına, cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21.11.2020-ci il tarixli müqavilə üzrə 241 manat ödənilməmiş hissə, 24 manat cərimə; 10.12.2020-ci il tarixli müqavilə üzrə 398 manat ödənilməmiş hissə, 39 manat cərimə; 02.01.2020-ci il tarixli müqavilə üzrə 173.6 manat ödənilməmiş hissə, 17.4 manat cərimə; 04.01.2021-ci il tarixli müqavilə üzrə 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə; 15.01.2021-ci il tarixli müqavilə üzrə 154 manat ödənilməmiş hissə, 15 manat cərimə; 13.02.2021-ci il tarixli müqavilə üzrə 536.4 manat ödənilməmiş hissə, 53.6 manat cərimə, habelə 39.73 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,012 (iki min on iki) manat 73 (yetmiş üç) qəpik İddiaçı MMC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-598/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-598/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver