Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-823/2025 14.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Əlizadə Ruslan Əliyar оğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiаçı "xxxx" MMC-nin cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dаir işə 14 aprel 2025-ci il tаriхdə Yevlax Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı "xxxx" MMC cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ MATEBOOK D 15 markalı kompüter, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021, WİNDOWS 11 HOME üçün 2071.68 manat ödənilməmiş hissə, 1035.84 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, LENA-GENC-DOLAB,MATRAS LOTUS, MELİS-QONAQ TV STEND, LENA-GENC-ÇARPAYİ BAZALİ, FEN ÜTÜ PHİLİPS üçün 1146.50 manat ödənilməmiş hissə, 573.25 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİKRODALĞALİ SOBA SAMSUNG üçün 240.88 manat ödənilməmiş hissə, 120.44 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH5 BT 40MM qol saatı, HUAWEİ FREEBUDS PRO2 qulaqlıq üçün 120.36 manat ödənilməmiş hissə, 60.18 manat cərimə pulu, ümumilikdə 5369.13 manat borc və 73.70 manat ödənilmiş dövlət rüsümu cаvаbdеh Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 iyun 2023-cü il, 21 avqust 2022-ci il, 05 mart 2023-cü il və 05 mart 2023-cü il tarixlərindəki müqavilələrə əsasən Cavabdeh HUAWEİ MATEBOOK D 15 markalı kompüter, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021, WİNDOWS 11 HOME, LENA-GENC-DOLAB,MATRAS LOTUS, MELİS-QONAQ TV STEND, LENA-GENC- ÇARPAYİ BAZALİ, FEN ÜTÜ PHİLİPS, MİKRODALĞALİ SOBA SAMSUNG, SAMSUNG WATCH5 BT 40MM qol saatı, HUAWEİ FREEBUDS PRO2 qulaqlıq almışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2071.68 manat ödənilməmiş hissə, 1035.84 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1146.50 manat ödənilməmiş hissə, 573.25 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 240.88 manat ödənilməmiş hissə, 120.44 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 120.36 manat ödənilməmiş hissə, 60.18 manat cərimə ümumilikdə 5369.13 manat borcu qalmışdır. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq keçiriləcək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа qismən təmin еdilməlidir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2023-cü il tarixli, 21 avqust 2022-ci il tarixli, 05 mart 2023-cü il tarixli və 05 mart 2023-cü il tarixli müqavilələr əsasında Cavabdeh HUAWEİ MATEBOOK D 15 markalı kompüter, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021, WİNDOWS 11 HOME, LENA- GENC-DOLAB,MATRAS LOTUS, MELİS-QONAQ TV STEND, LENA-GENC-ÇARPAYİ BAZALİ, FEN ÜTÜ PHİLİPS, MİKRODALĞALİ SOBA SAMSUNG, SAMSUNG WATCH5 BT 40MM qol saatı, HUAWEİ FREEBUDS PRO2 qulaqlıq almışdır. Müqavilələr üzrə öhdəliklərini icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2071.68 manat ödənilməmiş hissə, 1035.84 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1146.50 manat ödənilməmiş hissə, 573.25 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 240.88 manat ödənilməmiş hissə, 120.44 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 120.36 manat ödənilməmiş hissə, 60.18 manat cərimə ümumilikdə 5369.13 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci mаddəsinin tələbinə görə, Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci mаddəsinin tələbinə görə, Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 1035.84 manat, 573.25 manat, 120.44 manat və 60.18 manat cərimə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Eyni zamanda məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2071.68 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1146.50 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 240.88 manat ödənilməmiş hissə, 24 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 120.36 manat ödənilməmiş hissə, 12 manat cərimə pulu, ümumilikdə 3646.42 manat borc və 73.70 manat ödənilmiş dövlət rüsümu, xx xxxxxx 1981-ci il tarixdə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuş, Yevlax rayonunun Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-823/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-823/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver