Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-921/2025 27.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı “Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azərişıq» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı Cəmiyyət tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2025-ci il tarixli ******* saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2025-ci il tarixə 629 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enrjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəliməsələlər yatardıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Hər il abonentlə enerji təchizatı müəssisəsi arasında birtipli alqı-satqı müqaviləsi bağlanaraq yenilənir. Cavabdeh 2024-cü il tarixdə “693,43 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Cavabdeh Yevlax rayonu, Aşağı Qarxum kəndində yaşadığı fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəriciləri Yevlax EŞ-nin əməkdaşı (nəzarətçi mühəndis) tərəfindən hər ay “mini kompüter” vasitəsi ilə oxunur və istehlakçıya ay ərzində istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və oxunma anına ümumi qalıq borcu göstərilən “bildiriş-xəbərdarlıq” təqdim edilir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən göstərilən məbləğ bu günə kimi ödənilməmiş və qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq, cavabdehdən 629 (altı yüz iyirmi doqquz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb “Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, istehlak etdiyi enerjiyə görə iddiaçı cəmiyyətə borcu yoxdur. Belə ki, o günəş enerjisindən istifadə edir və dövlət tərəfindən verilən elektrik enerjisini qənaətlə istehlak edir. İstehlak etdiyi elektrik enerjisinə görə borcun yaranması mümkün deyil. İddiaçı cəmiyyət tərəfindən əsassız olaraq ona borc hesablanmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bekə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlınmaş xx.xx.2025-ci il tarixi müqavilədən görünür ki, həmin müqavilə tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair bağlanmışdır. Enerjisindən istifadə nəticəsində iddiaçı cəmiyyətə 629 (altı yüz iyirmi doqquz) manat borcu vardır. İşdə olan abunə haqqında məlumatdan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadə nəticəsində iddiaçı cəmyyətə 629 (altı yüz iyirmi doqquz) manat borcu vardır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-792-2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 693.43 manat borc məbləğinin silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmn edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh elektrik enerjisindən istifadə nəticəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 629 (altı yüz iyirmi doqquz) manat borcu yaranmış, iddiaçı cəmiyyət tərəfindən tələb edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş və buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxılarkən yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmn edilərək cavabdehdən 629 (altı yüz iyirmi doqquz) manat borcun alınıb iddiaçı cəmiyyətə ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 629 (altı yüz iyirmi doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-921/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-921/2025
27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver