Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-938/2025 01.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadehdən 2500 (iki min beş yüz) manat məbləğində vurulmuş zərərin və 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 20:30 radələrində Yevlax rayonu ərazisində Cavabdeh idarə etdiyi və iddiaçı cəmiyyət tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Nissan Maxima” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil“VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, X5 və X6 az ağır, X7 və X8 yüngül dərəcəli xəsarət almış, X1 vəfat etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-93/2023 saylı hökmünə əsasən Cavabdeh sığortalı nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmuşdur. Baş varmiş hadisə üzrə X5, X6, X7 və X8 yüngül dərəcəli xəsarət alması və X1 vəfat etməsi ilə bağlı ödənilmiş ümumilikdə 9500 (doqquz min beş yüz) manat pulun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuş, Yevlax rayon məhkməsinin müvafiq qətnaməsi ilə iddia təmin olunaraq sağlamlığa dəymiş zərərlərlə bağlı ödənilmiş sığorta ödənişlərinin cavabdehdən tutulması təmin edilmişdir. Həmçinin hadisənin iştirakçısı olmuş “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi ilə bağlı şirkət tərəfindən sığorta ödənişi edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə aktında əsasən “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlıavtomobilə vurulmuş maddi zərər 2.500 (iki min beş yüz) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə 4247 saylı ödəniş tapşırığına əsasən “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün 2.500 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununlada sığorta şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi üzrə ümumilikdə 12000 (on iki min) manat sığorta ödənişi həyata keçirilmiş və Yevlax rayon məhkəməsinin qətnaməsi əsasında 9500 hissəsi cavabdehdən tutulmuşdur. Avtonəqliyyat vasitəsinə dəymiş zərərin bərpası ilə bağlı 2500 manat ödəniş isə tələb olunmadığından cavabdehdən tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən,Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, Bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaradır. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 922.1 və «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddianı etiraf edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, “Nissan Maxima” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil PXA ********** saylı müqaviləyə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icbari sığorta növü ilə sığortalanmışdır. İşdə olan PXA134250 saylı Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyat hadisəsi nəticəsində «VAZ-2106» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2500 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 4247 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 2500 (iki min beş yüz) manat sığorta ödənişi edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən Cavabdeh 2500 (iki min beş yüz) manat sığorta ödənişinin cəmiyyətin hesabına ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabadeh Cavabdeh subroqasiya qaydasında 2500 (iki min beş yüz) manat sığorta ödənişinin əvəzi və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-938/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-938/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver