Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1008/2024 16.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 20 may 2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1133,7 manat əsas, 340,1 manat cərimə, 01 may 2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 330,3 manat əsas, 99 manat cərimə, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 44,9 manat əsas, 13,4 manat cərimə və 20 fevral 2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 681,5 manat əsas, 204,4 manat cərimə olmaqla ümumilikdə dörd müqavilə üzrə 2190,4 manat əsas, 656,9 manat cərimə cəmi 2847,3 manat borcun və ödənilmiş 48,47 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış: 1) 20 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı HP markalı notebook, saat və çantaya görə 18 ay müddətinə hər ay 114 manat olmaqla cəmi 2045,70 manatı, 2) 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Honor markalı mobil telefon və aksesuara görə 15 ay müddətinə hər ay 58 manat olmaqla cəmi 859,90 manatı, 3) 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı Nokia markalı mobil telefona görə 12 ay müddətinə hər ay 15 manat olmaqla cəmi 179,90 manatı və 4) 20 fevral 2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı İphone markalı mobil telefona görə 18 ay müddətinə hər ay 98 manat olmaqla cəmi 1759,50 manatı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, ödənişləri qismən etmiş və dörd müqavilə üzrə 2190,4 manat qalıq borcu qaytarmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Beləliklə, Cavabdeh 14 avqust 2024-cü il tarixə dörd müqavilə üzrə 2190,4 manat əsas və 656,9 manat cərimə olmaqla, cəmi 2847,3 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 20 may 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh HP markalı notebook, saat və çanta əldə edərək, ilkin ödəniş 0 manat etməklə 18 ay müddətinə hər ay 114 manat olmaqla cəmi 2045,70 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 01 may 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh Honor markalı mobil telefon və aksesuar əldə edərək, ilkin ödəniş 0 manat etməklə 15 ay müddətinə hər ay 58 manat olmaqla cəmi 859,90 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 01 may 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh Nokia markalı mobil telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə 12 ay müddətinə hər ay 15 manat olmaqla cəmi 179,90 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 20 fevral 2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh İphone markalı mobil telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə 18 ay müddətinə hər ay 98 manat olmaqla cəmi 1759,50 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 14 avqust 2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 20 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 912 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 1133,7 manat, cərimə üzrə 340,1 manat, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 529,6 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 330,3 manat, cərimə üzrə 99 manat, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 135 manat ödəniş etmiş, onun borcu 44,9 manat əsas, 13,4 manat cərimə və 20 fevral 2023-cü il tarixli ********* saylı müddətli alqısatqı müqaviləsi üzrə 1078 manat ödəniş etmiş, onun borcu 681,5 manat əsas, 204,4 manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə borcu 2847,3 manat (2190,4 manat əsas, 656,9 dəbbə pulu) təşkil edir. İş materiallarında olan: 16 avqust 2024-cü il tarixdə göndərilən (iş materiallarında poçt qəbzi vardır) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən dörd alqı-satqı müqaviləsi üzrə yaranmış 2190,4 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hesab edirəm ki, cavabdehə dörd müqavilə üzrə hesablanmış 656,9 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 20 may 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 9 (doqquz) manat, 01 may 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 2 (iki) manat, 01 may 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 1 (bir) manat və 20 fevral 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 5 (beş) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 639,9 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48,47 manat dövlət rüsumunun 42,07 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli Cavabdeh 20 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1133,7 manat (min yüz otuz üç manat 70 qəpik) əsas, 9 (doqquz) manat cərimə, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 330,3 manat (üç yüz otuz manat 30 qəpik) əsas, 2 (iki) manat cərimə, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 44,9 manat (qırx dörd manat 90 qəpik) əsas, 1 (bir) manat cərimə və 20 fevral 2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 681,5 manat (altı yüz səksən bir manat 50 qəpik) əsas, 5 (beş) manat cərimə olmaqla cəmi dörd müqavilə üzrə 2207,4 manat (iki min iki yüz yeddi manat 40 qəpik) borc və ödənilmiş 42,07 manat (qırx iki manat 07 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 20 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1133,7 manat (min yüz otuz üç manat 70 qəpik) əsas, 9 (doqquz) manat cərimə, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 330,3 manat (üç yüz otuz manat 30 qəpik) əsas, 2 (iki) manat cərimə, 01 may 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 44,9 manat (qırx dörd manat 90 qəpik) əsas, 1 (bir) manat cərimə və 20 fevral 2023cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 681,5 manat (altı yüz səksən bir manat 50 qəpik) əsas, 5 (beş) manat cərimə olmaqla cəmi dörd müqavilə üzrə 2207,4 manat (iki min iki yüz yeddi manat 40 qəpik) borc və ödənilmiş 42,07 manat (qırx iki manat 07 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1008/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1008/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver