Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1054/2025 28.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 04 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, HP Pavılıon Laptop 15 komputer üçün 1865,76 (min səkkiz yüz altmış beş manat 76 qəpik) manat ödənilməmiş hissə, 186,58 (yüz səksən altı manat 58 qəpik) manat cərimə; 2) 16 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, paket M xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********53309 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 528,70 (beş yüz iyirmi səkkiz manat 70 qəpik) manat ödənilməmiş hissə, 52,87 (əlli iki manat 87 qəpik) manat cərimə; 3) 20 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, X1 Ltd qol saatı 2 ədəd, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq üçün, 336,96 (üç yüz otuz altı manat 96 qəpik) manat ödənilməmiş hissə, 33,70 (otuz üç manat 70 qəpik) manat cərimə olmaqla, üç müqavilə üzrə cəmi 3004,56 (üç min dörd manat 56 qəpik) manat borcun, həmçinin ödənilmiş 50,05 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 04 yanvar 2025-ci il, 16 dekabr 2024-cü il, 20 dekabr 2024-cü il tarixli müqavilələrə əsasən, zəmanət + 2 il xidməti, HP Pavılıon Laptop 15 komputer, paket M xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********53309 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, X1 Ltd qol saatı 2 ədəd, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq almış və nəticədə 3004,56 (üç min dörd manat 56 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1865,76 (min səkkiz yüz altmış beş manat 76 qəpik) manat (24 ay x 77,74 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 2 il xidməti, HP Pavilion Laptop 15 komputer üçün ümumilikdə, 2052,34 (iki min əlli iki manat 34 qəpik) manat olmaqla ondan, 1865,76 (min səkkiz yüz altmış beş manat 76 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 186,58 (yüz səksən altı manat 58 qəpik) manat cərimə, 16 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 559,98 (beş yüz əlli doqquz manat 98 qəpik) manat (18 ay x 31,11 manat + 0 manat ilkin ödəniş) olan paket M xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********53309 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 581,57 (beş yüz səksən bir manat 57 qəpik) manat olmaqla ondan, 528,70 (beş yüz iyirmi səkkiz manat 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52,87 (əlli iki manat 87 qəpik) manat cərimə, 20 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 336,96 (üç yüz otuz altı manat 96 qəpik) manat (18 ay x 18,72 manat + 0 manat ilkin ödəniş) olan Kieslect KR Pro Ltd qol saatı 2 ədəd, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq üçün ümumilikdə, 370,66 (üç yüz yetmiş manat 66 qəpik) manat olmaqla ondan, 336,96 (üç yüz otuz altı manat 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33,70 (otuz üç manat 70 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 31,28 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 04 yanvar 2025-ci il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1865,76 manat olan zəmanət + 2 il xidməti, HP Pavılıon Laptop 15 komputer əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 24 ay müddətinə hər ay 77,74 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 16 dekabr 2024 -cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 559,98 manat olan paket M xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********53309 XİAOMİ REDMİ NOTE 13 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 31,11 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 20 dekabr 2024-cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 336,96 manat olan X1 Ltd qol saatı 2 ədəd, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 18,72 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh üç müqavilə üzrə cəmi 31,28 manat ödəniş etmiş, onun: 1) 04 yanvar 2025-ci il tarixli müqavilə zəmanət + 2 il xidməti, HP Pavılıon Laptop 15 komputer üçün 1876,76 manat ödənilməmiş hissə, 186,58 manat cərimə, 2) 16 dekabr 2024-cü il tarixli müqavilə üzrə paket M xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********53309 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 528,70 manat ödənilməmiş hissə, 52,87 manat cərimə, 3) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə Kieslect KR Pro Ltd qol saatı 2 ədəd, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq xidməti üçün 336,96 manat ödənilməmiş hissə, 33,70 manat cərimə borcu vardır. İş materiallarında olan: 04 yanvar 2025-ci il tarixli, 16 dekabr 2024-cü il tarixli və 20 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 26 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 2731,42 (iki min yeddi yüz otuz bir manat 42 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə üç müqavilə üzrə hesablanmış 273,15 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində: 1) 16 dekabr 2024-cü il tarixli müqavilə üzrə 5,28 (beş manat 28 qəpik) manat, 2) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə 3,36 (üç manat 36 qəpik) manat, 3) 04 yanvar 2025-ci il tarixli müqavilə üzrə 18,65 manat (on səkkiz manat 65 qəpik), cəmi üç müqavilə üzrə 27,29 manat (iyirmi yeddi manat 29 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 245,86 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50,05 manat dövlət rüsumunun 47,58 manat hissəsi pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 16 dekabr 2024-cü il tarixli saylı müqavilə üzrə 528,70 (beş yüz iyirmi səkkiz manat 70 qəpik) manat ödənilməmiş hissə, 5,28 (beş manat 28 qəpik) manat cərimə, 2) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə 336,96 (üç yüz otuz altı manat 96 qəpik) manat ödənilməmiş hissə, 3,36 (üç manat 36 qəpik) manat cərimə, 3) 04 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1865,76 (bir min səkkiz yüz altmış beş manat 76 qəpik) manat ödənilməmiş hissə, 18,65 (on səkkiz manat 65 qəpik) olmaqla, cəmi üç müqavilə üzrə 2758,71 (iki min yeddi yüz əlli səkkiz manat 71 qəpik) manat borc, həmçinin ödənilmiş 47,58 (qırx yeddi manat 58 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2806,29 (iki min səkkiz yüz altı manat 29 qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1054/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1054/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver