Məhkəmə qərarları › İş №e-2(040)-1078/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1078/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1078/2025 01.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 02 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 il xidməti, TOSHİBA TV üçün 668,04 (altı yüz altmış səkkiz manat, 4 qəpik) manat ödənilməmiş hissə, 66,80 (altmış altı manat, 80 qəpik) manat cərimə pulu; 2) 02 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 il xidməti, paltaryuyan LG üçün , 888,60 (səkkiz yüz səksən səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə, 88,86 (səksən səkkiz manat, 86 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1712,30 AZN (bir min yeddi yüz on iki manat-30 qəpik) borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02 yanvar 2025-ci il, 02 yanvar 2025-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd ZƏMANƏT + 3 il xidməti, TOSHİBA TV, paltaryuyan TCL, ZƏMANƏT + 3 il xidməti, paltaryuyan LG almış və nəticədə 1712,30 (bir min yeddi yüz on iki manat, 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh 02 yanvar 2025-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1257,24 (bi rmin iki yüz əlli yeddi manat, 24 qəpik) manat (12 ay x 104,77 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd zəmanət + 3 il xidməti, TOSHİBA TV, paltaryuyan TCL üçün ümumilikdə 734,84 (yeddi yüz otuz dörd manat, 84 qəpik) manat olmaqla, ondan, 668,04 (altı yüz altmış səkkiz manat, 4 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,80 (altmış altı manat, 80 qəpik) manat cərimə pulu, 02 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 888,60 (səkkiz yüz səksən səkkiz manat, 60 qəpik) manat (12 ay x 74,05 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, paltaryuyan LG üçün ümumilikdə 977,46 (doqquz yüz yetmiş yeddi manat, 46 qəpik) manat olmaqla, ondan, 888,60 (səkkiz yüz səksən səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88,86 (səksən səkkiz manat, 86 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh 02 yanvar 2025-ci il tarixli müqaviləsinə əsasən, 02 yanvar 2025-ci il tarixində paltaryuyan TCL və zəmanət + 3 il xidmətindən imtina etmiş və məhsul 589,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 589,2 manat, 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 02 yanvar 2025-ci il tarixli 18888177 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 886,60 manat olan zəmanət + 3 il xidməti, paltaryuyan LG əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 74,05 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 02 yanvar 2025-ci il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 1257,24 manat olan 2 ədəd zəmanət + 3 il xidməti, TOSHİBA TV, paltaryuyan TCL əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 104,77 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə 02 yanvar 2025-ci il tarixində paltaryuyan TCL və zəmanət + 3 il xidmətindən imtina etmiş və məhsul 589,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmış, onun 668,04 manat ödənilməmiş hissə, 66,80 manat cərimə borcu olmaqla, ümumilikdə 734,84 manat, 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə 0 manat ödəniş etmiş, onun 888,60 manat ödənilməmiş hissə, 88,86 manat cərimə borcu olmaqla, ümumilikdə 977,46 manat, iki müqavilə üzrə cəmi 1712,30 manat borcu vardır. İş materiallarında olan: 02 yanvar 2025-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 02 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə yaranmış 668,04 AZN 2) 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə yaranmış 888,60 AZN əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 02 yanvar 2025-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə hesablanmış 66,80 AZN məbləğində cərimə borcu azaldılmalı, cavabdehin üzərində 6,68 manat, 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə hesablanmış 88,86 AZN cərimə borcu azaldılmalı, cavabdehin üzərində 8,88 AZN məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 140,10 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37,13 manat dövlət rüsumunun 35,72 manat pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə 668,04 AZN (altı yüz altmış səkkiz manat-04 qəpik) əsas borc, 6,68 AZN (altı manat 68 qəpik) cərimə olmaqla, cəmi 674,72 AZN (altı yüz yetmiş dörd manat-72 qəpik) borc; 2) 02 yanvar 2025-ci il tarixli müqavilə üzrə 888,60 AZN (səkkiz yüz səksən səkkiz manat-60 qəpik) əsas borc, 8,88 AZN (səkkiz manat-88 qəpik) cərimə olmaqla, cəmi 897,48 AZN (səkkiz yüz doxsan yeddi manat-48 qəpik) borc, iki müqavilə üzrə cəmi 1572,20 AZN (bir min beş yüz yetmiş iki manat-20 qəpik) borc və ödənilmiş 35,72 (otuz beş manat 72 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1607,92 AZN (bir min altı yüz yeddi manat-92 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar