Məhkəmə qərarları › İş №e-2(040)-1085/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1085/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1085/2025 02.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 15 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, Qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd Apple 20W Usb-c adapter, İMEİ kodu **********94930 İphone 13 markalı telefon, İMEİ kodu **********95574 İphone 13 markalı telefon üçün 1783,16 (min yeddi yüz səksən üç manat, 16 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 178,32 (yüz yetmiş səkkiz manat, 32 qəpik) manat cərimə; 2) 08 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, Qızıl zəmanət ultra 2 il xidməti, Samsung 35W Charger, İMEİ kodu **********78660 Samsung Galaxy A15 markalı telefon üçün 545 (beş yüz qırx beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 54,50 (əlli dörd manat, 50 qəpik) manat cərimə; 3) 16 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, Paket XXL xidməti üçün 60 (altmış) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2691,78 AZN (iki min altı yüz doxsan bir manat-78 qəpik) borc və 46,92 AZN (qırx altı manat, 92 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15 iyun 2024-cü il, 08 noyabr 2024-cü il və 16 iyun 2024-cü il tarixli müqavilələrə əsasən Qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd Apple 20W Usb-c adapter, İMEİ kodu **********94930 İphone 13 markalı telefon, İMEİ kodu **********95574 İphone 13 markalı telefon, Qızıl zəmanət ultra 2 il xidməti, Samsung 35W Charger, İMEİ kodu **********78660 Samsung Galaxy A15 markalı telefonu və Paket XXL xidməti almış və nəticədə 2691,78 (iki min altı yüz doxsan bir manat, 78 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3841,16 (üç min səkkiz yüz qırx bir manat, 16 qəpik) manat (12 ay x 545,93 manat + 254 manat ilkin ödəniş) olan Qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd Apple 20W Usb-c adapter, İMEİ kodu **********94930 İphone 13 markalı telefon, İMEİ kodu **********95574 İphone 13 markalı telefon üçün ümumilikdə 2008,68 (iki min səkkiz manat, 68 qəpik) manat olmaqla ondan, 1783,16 (min yeddi yüz səksən üç manat, 16 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, güzəşt olunaraq 178,32 (yüz yetmiş səkkiz manat, 32 qəpik) manat cərimə, 08 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 597 (beş yüz doxsan yeddi) manat (12 ay x 49,75 manat + 0 manat ilkin ödəniş) olan Qızıl zəmanət ultra 2 il xidməti, Samsung 35W Charger, İMEİ kodu **********78660 Samsung Galaxy A15 markalı telefon üçün ümumilikdə, 623,10 (altı yüz iyirmi üç manat, 10 qəpik) manat olmaqla ondan, 545 (beş yüz qırx beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 54,50 (əlli dörd manat, 50 qəpik) manat cərimə və 16 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Paket XXL xidməti üçün ümumilikdə, 60 (altmış) manat olmaqla ondan, 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2170 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxilmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırilmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırilmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 46,92 (qırx altı) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırilmadan baxilmalı və həmin işin həllinə dair qətnamə çıxarilmalıdır. Cavabdeh yazilı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırilmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırilmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 15 iyun 2024-cü il tarixli, 03746847 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 3841,16 manat olan Qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd Apple 20W Usb-c adapter, İMEİ kodu **********94930 İphone 13 markalı telefon, İMEİ kodu **********95574 İphone 13 markalı telefon əldə edərək 254 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 298,93 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 noyabr 2024-cü il tarixli, 18869653 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 597 manat olan Qızıl zəmanət ultra 2 il xidməti, Samsung 35W Charger, İMEİ kodu **********78660 Samsung Galaxy A15 markalı telefon əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 49,75 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 16 iyun 2024-cü il tarixli, ******* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 120 manat olan Paket XXL xidməti əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 10 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 15 iyun 2024-cü il tarixli müqavilə üzrə 2058 manat ödəniş etmiş, 1783,16 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat rüsum, 178,32 manat cərimə borcu olmaqla, ümumilikdə 2008,68 manat, 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə 52 manat ödəniş etmiş, onun 545 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 54,50 manat cərimə borcu olmaqla, ümumilikdə 623,10 manat, 16 iyun 2024-cü il tarixli müqavilə üzrə 60 manat ödəniş etmiş, onun 60 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 60 manat, üç müqavilə üzrə cəmi 2691,78 manat borcu vardır. İş materiallarında olan: 15 iyun 2024-cü il və 08 noyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 23 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -200.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -201.1-ci maddəsinə əsasən, əşyanın nisyə satilması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satilması haqqında müqavilə o halda bağlanmış sayilır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -200.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarilmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldilması istisna edilir. Mülki Prosessual Məcəllənin 16.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 15 iyun 2024-cü il tarixli müqavilə üzrə yaranmış 1783,16 AZN, 2) 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 545 AZN və 3) 16 iyun 2024cü il tarixli müqavilə üzrə yaranmış 60 AZN əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 15 iyun 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 15 iyun 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 178,32 AZN məbləğində cərimə borcu azaldilmalı, cavabdehin üzərində 17,83 manat və 2) 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 54,50 AZN cərimə borcu azaldilmalı, cavabdehin üzərində 5,45 AZN məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 1) 15 iyun 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 160,49 manat cərimə borcu hissəsində və 2) 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 49,05 AZN cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin, iki müqavilə üzrə -15 iyun 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilələr üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən cəmi 70,80 manat rüsum hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 46,92 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 320-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 15 iyun 2024-cü il tarixli müqavilə üzrə 1783,16 AZN (min yeddi yüz səksən üç manat-16 qəpik) əsas borc, 17,83 AZN (on yeddi manat 83 qəpik) cərimə olmaqla, cəmi 1800,99 AZN (min səkkiz yüz manat-99 qəpik) borc; 2) 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə 545 AZN (beş yüz qırx beş manat) əsas borc, 5,45 AZN (beş manat- 45 qəpik) cərimə olmaqla, cəmi 550,45 AZN (beş yüz əlli manat-45 qəpik) borc; 3) 16 iyun 2024-cü il tarixli müqavilə üzrə 60 AZN (altmış manat) əsas borc, cəmi 60 (altmış manat) borc üç müqavilə üzrə cəmi 2411,44 AZN (iki min dörd yüz on bir manat-44 qəpik) borc və ödənilmiş 46,92 (qırx altı manat-92 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2458,36 AZN (iki min dörd yüz əlli səkkiz manat-36 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar