Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1119/2025 10.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 21 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37146 X2 13, X1 2 il xidməti, Paket M xidməti üçün 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 49,20 (qırx doqquz manat 20 qəpik) manat cərimə pulu; 2) 27 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********38104 Poco M6, İMEİ kodu **********70566 Samsung Galaxy A15 üçün 927,96 (doqquz yüz iyirmi yeddi manat 96 qəpik) manat ödənilməmiş hissə, 92,80 (doxsan iki manat, 80 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1561,96 AZN (bir min beş yüz altmış bir manat 96 qəpik) borc və 35,62 AZN (otuz beş manat 62 qəpik manat) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21 dekabr 2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********37146 X3 13, X1 2 il xidməti, Paket M xidməti, İMEİ kod **********38104 Poco M6, İMEİ kod **********70566 Samsung Galaxy A15 almış və nəticədə 1561,96 (bir min beş yüz altmış bir manat, 96 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 537 (beş yüz otuz yeddi) manat (12 ay x 44,75 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********37146 X2 13, X1 2 il xidməti, Paket M xidməti üçün ümumilikdə, 541,20 (beş yüz qırx bir manat 20 qəpik) manat olmaqla ondan, 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49,20 (qırx doqquz manat 20 qəpik) manat cərimə; 27 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 967,96 (doqquz yüz altmış yeddi manat, 96 qəpik) manat (12 ay x 77.33 manat + 40 manat ilkin ödəniş) olan İMEİ kodu **********38104 Poco M6, İMEİ kodu **********70566 Samsung Galaxy A15 üçün ümumilikdə, 1020,76 (bir min iyirmi manat, 76 qəpik) manat olmaqla ondan, 927,96 (doqquz yüz iyirmi yeddi manat 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 92,80 (doxsan iki manat 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 85 (səksən beş) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 21 dekabr 2024-cü il, 27 dekabr 2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 03 iyul 2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 21 dekabr 2024-cü il tarixli ********** saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 537 (beş yüz otuz yeddi) manat olan İMEİ kodu **********37146 X2 13, X1 2 il xidməti, Paket M xidməti əldə edərək ilkin ödəniş etmədən 12 (on iki) ay müddətinə hər ay 44,75 (qırx dörd manat 75 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 27 dekabr 2024-cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 967,96 (doqquz yüz altmış yeddi manat 96 qəpik) manat olan İMEİ kodu **********38104 Poco M6, İMEİ kodu **********70566 Samsung Galaxy A15 əldə edərək 40 (qırx) manat ilkin ödəniş edərək 12 (on iki) ay müddətinə hər ay 77,33 (yetmiş yeddi manat 33 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 21 dekabr 2024-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********37146 X2 13, X1 2 il xidməti, Paket M xidməti əldə etmiş, 45 (qırx beş) manat ödəniş etmiş, onun 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 49,20 (qırx doqquz manat 20 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 541,20 (beş yüz qırx bir manat 20 qəpik) manat, 27 dekabr 2024-cü il tarixli müqavilə üzrə 40 (qırx) manat ödəniş etmiş, onun 927,96 (doqquz yüz iyirmi yeddi manat 96 qəpik) manat ödənilməmiş hissə, 92,80 (doxsan iki manat 80 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1020,76 (bir min iyirmi manat 76 qəpik) manat, iki müqavilə üzrə cəmi 1561,96 (bir min beş yüz altmış bir manat 96 qəpik) manat borcu vardır. İş materiallarında olan: 21 dekabr 2024-cü il tarixli və 27 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 03 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 21 dekabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 492 (dörd yüz doxsan iki) AZN 2) 27 dekabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 927,96 (doqquz yüz iyirmi yeddi manat 96 qəpik) AZN əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 21 dekabr 2024-cü il tarixli və 27 dekabr 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 21 dekabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 49,20 (qırx doqquz manat 20 qəpik) AZN məbləğində cərimə borcu azaldılmalı, cavabdehin üzərində 4.92 (dörd manat 92 qəpik) manat, 2) 27 dekabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 92,80 (doxsan iki manat 80 qəpik) AZN cərimə borcu azaldılmalı, cavabdehin üzərində 9,27 (doqquz manat 27 qəpik) AZN məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İki müqavilə üzrə qalan hissədə - 127,81 (bir yüz iyirmi yeddi manat 81 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35,62 (otuz beş manat 62 qəpik) manat dövlət rüsumunun 34,19 (otuz dörd manat 19 qəpik) manat pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 21 dekabr 2024-cü il tarixli müqavilə üzrə 492 (dörd yüz doxsan iki) manat əsas borc, 4,92 (dörd manat 92 qəpik) manat cərimə olmaqla, cəmi 496,92 (dörd yüz doxsan altı manat 92 qəpik) manat borc; 2) 27 dekabr 2024-cü il tarixli müqavilə üzrə 927,96 (doqquz yüz iyirmi yeddi manat 96 qəpik) manat əsas borc, 9,27 (doqquz manat 27 qəpik) manat cərimə olmaqla, cəmi 937,23 (doqquz yüz otuz yeddi manat 23 qəpik) manat borc, iki müqavilə üzrə cəmi 1434,15 (bir min dörd yüz otuz dörd manat 15 qəpik) manat borc və ödənilmiş 34,19 (otuz dörd manat 19 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1468,34 (bir min dörd yüz altmış səkkiz manat 34 qəpik) manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1119/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1119/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver