Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1130/2025 18.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39094 Honor X6b, Paket M xidməti üçün 342,74 (üç yüz qırx iki manat, 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 34,27 (otuz dörd manat, 27 qəpik) manat cərimə; 2) 28 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********44845 Honor X6b, X1 2 il xidməti, Paket M xidməti üçün 342,13 (üç yüz qırx iki manat 13 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 34,21 (otuz dörd manat, 21 qəpik) manat cərimə; 3) 28 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********47021 X2 12, Paket XL xidməti üçün 66,32 (altmış altı manat 32 qəpik) manat ödənilməmiş hissə, 6,63 (altı manat, 63 qəpik) manat cərimə olmaqla, ümumilikdə 873,51 (səkkiz yüz yetmiş üç manat 51 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21 oktyabr 2024-cü il, 28 iyul 2024-cü il, 28 avqust 2023-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod **********39094 Honor X6B, Paket M xidməti, İMEİ kod **********44845 Honor X6b, X1 2 il xidməti, Paket M xidməti, İMEİ kod **********47021 X2 12 , Paket XL xidməti almış və nəticədə 873,51 (səkkiz yüz yetmiş üç manat 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 403,02 (dörd yüz üç manat 02 qəpik) manat (18 ay x 22.39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********39094 Honor X6b, Paket M xidməti üçün ümumilikdə, 400,61 (dörd yüz manat, 61 qəpik ) manat olmaqla ondan, 342,74 (üç yüz qırx iki manat, 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 34,27 (otuz dörd manat, 27 qəpik) manat cərimə, 28 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 495,18 (dörd yüz doxsan beş manat, 18 qəpik) manat (18 ay x 27.51 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********44845 Honor X6b, X1 2 il xidməti, Paket M xidməti üçün ümumilikdə, 399,94 (üç yüz doxsan doqquz manat, 94 qəpik) manat olmaqla ondan, 342,13 (üç yüz qırx iki manat, 13 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum müştəriyə güzəşt olunaraq 34,21 (otuz dörd manat, 21 qəpik) manat cərimə, 28 avqust 2023-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 743,94 (yeddi yüz qırx üç manat. 94 qəpik) manat (18 ay x 41.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********47021 X2 12 , Paket XL xidməti üçün ümumilikdə, 72,95 (yetmiş iki manat, 95 qəpik) manat olmaqla ondan, 66,32 (altmış altı manat, 32 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,63 (altı manat, 63 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 751,19 (yeddi yüz əlli bir manat 19 qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 21 oktyabr 2024-cü il, 28 iyul 2024-cü il və 28 avqust 2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 14 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxilmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırilmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 41,33 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırilmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (qırx altı) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırilmadan baxilmalı və həmin işin həllinə dair qətnamə çıxarilmalıdır. Cavabdeh yazilı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırilmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 41,33 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırilmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 21 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 403,02 (dörd yüz üç manat 02 qəpik) manat olan İMEİ kodu **********39094 Honor X6b, Paket M xidməti əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 22,39 (iyirmi iki manat 39 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 28 iyul 2024-cü il tarixli, 17031490 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 495,18 (dörd yüz doxsan beş manat 18 qəpik) manat olan İMEİ kodu **********44845 Honor X6b, X1 2 il xidməti, Paket M xidməti əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 27,51 (iyirmi yeddi manat 51 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 28 avqust 2023-cü il tarixli, 02871932 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 743,94 (yeddi yüz qırx üç manat 94 qəpik) manat olan İMEİ kodu **********47021 X2 12, Paket XL xidməti əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 41,33 (qırx bir manat 33 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 1) 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 60,28 (altmış manat 28 qəpik) manat ödəniş etmiş, 342,74 (üç yüz qırx iki manat 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 34,27 (otuz dörd manat 27 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 400,61 (dörd yüz manat 61 qəpik) manat, 2) 28 iyul 2024-cü il tarixli müqavilə üzrə 153,05 (yüz əlli üç manat 05 qəpik) manat ödəniş etmiş, onun 342,13 (üç yüz qırx iki manat 13 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 34,21 (otuz dörd manat 21 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 399,94 (üç yüz doxsan doqquz manat 94 qəpik) manat, 3) 28 avqust 2023-cü il tarixli müqavilə üzrə 677,62 (altı yüz yetmiş yeddi manat 62 qəpik) manat ödəniş etmiş, onun 66,32 (altmış altı manat 32 qəpik) manat ödənilməmiş hissə, 6,63 (altı manat 63 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 72,95 (yetmiş iki manat 95 qəpik) manat, üç müqavilə üzrə cəmi 873,51 (səkkiz yüz yetmiş üç manat 51 qəpik) manat borcu vardır. İş materiallarında olan: 21 oktyabr 2024-cü il, 28 iyul 2024-cü il və 28 avqust 2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 14 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -200.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -201.1-ci maddəsinə əsasən, əşyanın nisyə satilması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satilması haqqında müqavilə o halda bağlanmış sayilır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -200.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarilmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldilması istisna edilir. Mülki Prosessual Məcəllənin 16.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 342,74 (üç yüz qırx iki manat 74 qəpik) manat, 2) 28 iyul 2024-cü il tarixli müqavilə üzrə yaranmış 342,13 (üç yüz qırx iki manat 13 qəpik) manat və 3) 28 avqust 2023-cü il tarixli müqavilə üzrə yaranmış 66,32 (altmış altı manat 32 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli, 28 iyul 2024cü il tarixli və 28 avqust 2023-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 34,27 (otuz dörd manat 27 qəpik) manat məbləğində cərimə borcu azaldilmalı, cavabdehin üzərində 3,42 (üç manat 42 qəpik) manat, 2) 28 iyul 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 34,21 (otuz dörd manat 21 qəpik) cərimə borcu azaldilmalı, cavabdehin üzərində 3,42 (üç manat 42 qəpik) manat və 3) 28 avqust 2023-cü il tarixli müqavilə üzrə hesablanmış 6,63 (altı manat 63 qəpik) cərimə borcu azaldilmalı, cavabdehin üzərində 0,66 (sıfır manat 66 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 1) 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 30,85 (otuz manat 85 qəpik) manat cərimə borcu hissəsində, 2) 28 iyul 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 30,79 (otuz manat 79 qəpik) manat cərimə borcu hissəsində və 3) 28 avqust 2023-cü il tarixli müqavilə üzrə hesablanmış 5,97 (beş manat 97 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin, iki müqavilə üzrə - 21 oktyabr 2024-cü il tarixli və 28 iyul 2024-cü il tarixli müqavilələr üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən cəmi 47,20 (qırx yeddi manat 20 qəpik) manat rüsum hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 320-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 342,74 (üç yüz qırx iki manat 74 qəpik) manat əsas borc, 3,42 (üç manat 42 qəpik) manat cərimə olmaqla, cəmi 346,16 (üç yüz qırx altı manat 16 qəpik) manat borc; 2) 28 iyul 2024-cü il tarixli müqavilə üzrə 342,13 (üç yüz qırx iki manat 13 qəpik) manat əsas borc, 3,42 (üç manat 42 qəpik) manat cərimə olmaqla, cəmi 345,55 (üç yüz qırx beş manat 55 qəpik) manat borc; 3) 28 avqust 2023-cü il tarixli müqavilə üzrə 66,32 (altmış manat 32 qəpik) manat əsas borc, 0,66 (0 manat 66 qəpik) cərimə olmaqla, cəmi 66,98 (altmış manat 98 qəpik) manat borc üç müqavilə üzrə cəmi 758,69 (yeddi yüz əlli səkkiz manat 69 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 788,69 (yeddi yüz səksən səkkiz manat 69 qəpik) manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1130/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1130/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver