Məhkəmə qərarları › İş №e-2(040)-1150/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1150/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1150/2023 01.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Rafael oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Rafael oğluna qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,1) 09 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən HP Pavilion Komputer üçün 1017 manat ödənilməmiş hissə, 101 manat cərimə 2) 10 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən Realme 5 markalı telefon üçün 477,2 manat ödənilməmiş hissə, 47,8 manat cərimə 3) 21 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən X1 üçün 387,2 manat ödənilməmiş hissə, 38,8 manat cərimə və 4) 22 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən Tozsoran Philips üçün 274,8 manat ödənilməmiş hissə, 27,2 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 2371 manat borcun, həmçinin ödənilmiş 43,71 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Rafael oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh,"xxxx" MMC ilə bağladığı 09 sentyabr 2020-ci, 10 avqust 2020-ci, 21 avqust 2020-ci və 22 avqust 2020-ci il tarixli müqavilələrə əsasən, HP Pavilion Komputer, Realme 5 markalı telefon, X1, Tozsoran Philips almış və dörd müqavilə üzrə cəmi 2371 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 09 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1900 manat (ilkin ödəniş 172 manat etməklə, 12 ay müddətinə hər ay 144 manat ödəmək şərti ilə), HP Pavilion Komputer üçün 1017 manat ödənilməmiş hissə, 101 manat cərimə, 2) 10 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 565,2 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 31,4 manat ödəmək şərti ilə) olan Realme 5 markalı telefon üçün 477,2 manat ödənilməmiş hissə, 47,8 manat cərimə, 3) 21 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 480 manat (ilkin ödəniş 0 manat etməklə, 20 ay müddətinə hər ay 24 manat ödəmək şərti ilə) olan, X1 üçün 387,2 manat ödənilməmiş hissə, 38,8 manat cərimə və 4) 22 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 356,4 manat (ilkin ödəniş 0 manat etməklə,18 ay müddətinə hər ay 19,8 manat ödəmək şərti ilə) olan, Tozsoran Philips üçün 274,8 manat ödənilməmiş hissə, 27,2 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 2371 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1145,4 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dörd müqavilə üzrə öhdəlikləri icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh Rafael oğluna yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 09 sentyabr 2020-ci il tarixli 21152043 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh Rafael oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1900 manat olan HP Pavilion Komputer əldə edərək, həmin məbləği ilkin ödəniş 172 manat etməklə, 12 ay müddətinə hər ay 144 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 10 avqust 2020-ci il tarixli 21062732 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh Rafael oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 565,2 manat olan Realme 5 markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 31,4 manat olmaqla "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 21 avqust 2020-ci il tarixli 21095958 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh Rafael oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 480 manat olan X1 əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 20 ay müddətinə hər ay 24 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 22 avqust 2020-ci il tarixli 21100918 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh Rafael oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 356,4 manat olan Tozsoran Philips əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə,18 ay müddətinə hər ay 19,8 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 09 sentyabr 2020-ci, 10 avqust 2020-ci, 21 avqust 2020-ci və 22 avqust 2020-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh HP Pavilion Komputer, Realme 5 markalı telefon, X1 və Tozsoran Philips adlı əşyaları "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh Rafael oğlu dörd müqavilə üzrə cəmi 1145,4 manat ödəniş etmiş, onun: 1) 09 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 1017 manat ödənilməmiş hissə, 101 manat cərimə, 2) 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 477,2 manat ödənilməmiş hissə, 47,8 manat cərimə, 3) 21 avqust 2020-ci il tarixli müqavilə üzrə 387,2 manat ödənilməmiş hissə, 38,8 manat cərimə və 4) 22 avqust 2020ci il tarixli müqaviləsi üzrə 274,8 manat ödənilməmiş hissə, 27,2 manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə 2371 manat (2156,2 manat əsas və 214,8 manat cərimə) borcu vardır. İş materiallarında olan: 02 iyun 2023-cü il tarixdə göndərilmiş (poct qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Rafael oğluna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; -385.1-ci maddəsinə əsasən: öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh Rafael oğlu alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən dörd alqı-satqı müqaviləsi üzrə yaranmış 2156,2 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 09 sentyabr 2020-ci, 10 avqust 2020-ci, 21 avqust 2020-ci və 22 avqust 2020-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, 09 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 5 (beş) manat, 10 avqust 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 3 (üç) manat, 21 avqust 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2 (iki) manat, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən olunmalıdır. Qalan hissədə - 202,8 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,71 manat dövlət rüsumunun 41,68 manatı (qırx bir manat 68 qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə hakim hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Rafael oğlundan 09 sentyabr 2020-ci il tarixli müqaviləsi üzrə 1017 (min on yeddi) manat əsas, 5 (beş) manat cərimə, 10 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 477,2 manat (dörd yüz yetmiş yeddi manat 20 qəpik) əsas, 3 (üç) manat cərimə, 21 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 387,2 manat (üç yüz səksən yeddi manat 20 qəpik) əsas, 2 (iki) manat cərimə, 22 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 274,8 manat (iki yüz yetmiş dörd manat 80 qəpik) əsas, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 2168,2 manat (iki min yüz altmış səkkiz manat 20 qəpik) borc, həmçinin 41,68 manat (qırx bir manat 68 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh Rafael oğlundan 09 sentyabr 2020-ci il tarixli müqaviləsi üzrə 1017 (min on yeddi) manat əsas, 5 (beş) manat cərimə, 10 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 477,2 manat (dörd yüz yetmiş yeddi manat 20 qəpik) əsas, 3 (üç) manat cərimə, 21 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 387,2 manat (üç yüz səksən yeddi manat 20 qəpik) əsas, 2 (iki) manat cərimə, 22 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 274,8 manat (iki yüz yetmiş dörd manat 80 qəpik) əsas, 2 (iki) manat cərimə borcu olmaqla cəmi 2168,2 manat (iki min yüz altmış səkkiz manat 20 qəpik) borc, həmçinin ödənilmiş 41,68 manat (qırx bir manat 68 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar