Məhkəmə qərarları › İş №e-2(040)-1169/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1169/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1169/2025 24.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 14 mart 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83315 İphone 15 Pro, Apple adapter, Paket Apple xidməti üçün 1620,53 (bir min altı yüz iyirmi manat 53 qəpik) manat ödənilməmiş hissə, 162,05 (bir yüz altmış iki manat 05 qəpik) manat cərimə pulu; 2) 08 may 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********18937 Samsung Galaxy A25, Paket L xidməti, Samsung Charger üçün 210,48 (iki yüz on manat 48 qəpik) manat ödənilməmiş hissə, 21,05 (iyirmi bir manat 05 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2014,11 (iki min on dörd manat 11 qəpik) manat borc və 40,15 (qırx manat 15 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 mart 2024-cü il, 08 may 2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********83315 İphone 15 Pro, Apple Adapter, Paket Apple xidməti, X1 2 il xidməti, İMEİ kodu **********18937 Samsung Galaxy A25, Paket L xidməti, SAMSUNG CHARGER almış və nəticədə 2014,11 (iki min on dörd manat 11 qəpik) manat borc yaranmışdır. Cavabdeh 14 mart 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3961,62 (üç min doqquz yüz altmş bir manat 62 qəpik) manat (18 ay x 220,09 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********83315 İphone 15 Pro, Apple Adapter, Paket Apple Xidməti, X1 2 il xidməti üçün ümumilikdə 1782,58 (bir min yeddi yüz səksən iki manat 58 qəpik) manat olmaqla, ondan 1620,53 (bir min altı yüz iyirmi manat 53 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 162,05 (yüz altmış iki manat 05 qəpik) manat cərimə pulu, 08 may 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 758,88 (yeddi yüz əlli səkkiz manat 88 qəpik) manat (18 ay x 42.16 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********18937 Samsung Galaxy A25, Paket L xidməti, Samsung Charger üçün ümumilikdə 231,53 (iki yüz otuz bir manat 53 qəpik) manat olmaqla, ondan 210,48 (iki yüz on manat 48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,05 (iyirmi bir manat, 05 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh 14 mart 2024-cü il tarixli müqaviləsinə əsasən 14 mart 2024-cü il tarixində X1 2 il xidmətindən imtina etmiş və məhsul 640 (altı yüz qırx) manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 14 mart 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1701,09 (bir min yeddi yüz bir manat 09 qəpik) manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 640 (altı yüz qırx) manat, 08 may 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 548,40 (beş yüz qırx səkkiz manat 40 qəpik) manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış 14 mart 2024-cü il, 08 may 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 07 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 14 mart 2024-cü il tarixli 10747201 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 3961,62 (üç min doqquz yüz altmış bir manat 62 qəpik) manat olan İMEİ kodu **********83315 İphone 15 Pro, Apple adapter, Paket Apple xidməti əldə edərək ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə hər ay 220,09 (iki yüz iyirmi manat 09 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 may 2024-cü il tarixli 03228606 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 758,88 (yeddi yüz əlli səkkiz manat 88 qəpik) manat olan İMEİ kodu **********18937 Samsung Galaxy A25, Paket L xidməti, Samsung Charger əldə edərək ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə hər ay 42,16 (qırx iki manat 16 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 05 avqust 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 1) 14 mart 2024-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********83315 İphone 15 Pro, Apple adapter, Paket Apple xidməti əldə etmiş, 2341,08 (iki min üç yüz qırx bir manat 08 qəpik) manat ödəniş etmiş, onun 1620,53 (bir min altı yüz iyirmi manat 53 qəpik) manat ödənilməmiş hissə, 162,05 (bir yüz altmış iki manat 05 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1782,58 (bir min yeddi yüz səksən iki manat 58 qəpik) manat, 2) 08 may 2024-cü il tarixli müqavilə üzrə 548,40 (beş yüz qırx səkkiz manat 40 qəpik) manat ödəniş etmiş, onun 210,48 (iki yüz on manat 48 qəpik) manat ödənilməmiş hissə, 21,05 (iyirmi bir manat 05 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 231,53 (iki yüz otuz bir manat 53 qəpik) manat, iki müqavilə üzrə cəmi 2014,11 (iki min on dörd manat 11 qəpik) manat borcu vardır. İş materiallarında olan: 14 mart 2024-cü il tarixli və 08 may 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 07 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 14 mart 2024-cü il tarixli müqavilə üzrə yaranmış 1620,53 (bir min altı yüz iyirmi manat 53 qəpik) manat, 2) 08 may 2024-cü il tarixli müqavilə üzrə yaranmış 210,48 (iki yüz on manat 48 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 14 mart 2024-cü il tarixli və 08 may 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 14 mart 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 162,05 (bir yüz altmış iki manat 05 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı, cavabdehin üzərində 16,20 (on altı manat 20 qəpik) manat, 2) 08 may 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 21,05 (iyirmi bir manat 05 qəpik) manat cərimə borcu azaldılmalı, cavabdehin üzərində 2,10 (iki manat 10 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İki müqavilə üzrə qalan hissədə - 164,80 (bir yüz altmış dörd manat 80 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,15 (qırx manat 15 qəpik) manat dövlət rüsumunun 38,49 (otuz səkkiz manat 49 qəpik) manat pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 14 mart 2024-cü il tarixli müqavilə üzrə 1620,53 (bir min altı yüz iyirmi manat 53 qəpik) manat əsas borc, 16,20 (on altı manat 20 qəpik) manat cərimə olmaqla, cəmi 1636,73 (bir min altı yüz otuz altı manat 73 qəpik) manat borc; 2) 08 may 2024-cü il tarixli müqavilə üzrə 210,48 (iki yüz on manat 48 qəpik) manat əsas borc, 2,10 (iki manat 10 qəpik) manat cərimə olmaqla, cəmi 212,58 (iki yüz on iki manat 58 qəpik) manat borc, iki müqavilə üzrə cəmi 1849,31 (bir min səkkiz yüz qırx doqquz manat 31 qəpik) manat borc və ödənilmiş 38,49 (otuz səkkiz manat 49 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1887,80 (bir min səkkiz yüz səksən yeddi manat 80 qəpik) manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar