Məhkəmə qərarları › İş №e-2(040)-1172/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1172/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1172/2025 24.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 18 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti. Paket L xidməti, İMEİ kodu 49309/64VV01064 X4 X2, İMEİ kodu **********01861 X3 13 markalı telefon üçün 774,02 (yeddi yüz yetmiş dörd manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 77,40 (yetmiş yeddi manat 40 qəpik) manat cərimə; 2) 22 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, X1 3 il xidməti, X5 asqısı, Hoffmann TV üçün 471,60 (dörd yüz yetmiş bir manat 60 qəpik) manat ödənilməmiş hissə, 47,16 (qırx yeddi manat 16 qəpik) manat cərimə; 3) 22 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, X1 3 il Paltaryuyan Hoffmann üçün 448,05 (dörd yüz qırx səkkiz manat 05 qəpik) manat ödənilməmiş hissə, 44,81 (qırx dörd manat 81 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1886,64 (bir min səkkiz yüz səksən altı manat 64 qəpik) manat borc və 38,87 (otuz səkkiz manat 87 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 dekabr 2024-cü il, 22 dekabr 2024-cü il, 22 dekabr 2024-cü il tarixli müqavilələrə əsasən, X1 2 il Xidməti, Paket L xidməti, İMEİ kodu 49309/64VV01064 X4 X2 , İMEİ kodu **********01861 X3 13 markalı telefon, X1 3 il Xidməti, X5 asqısı, Hoffmann Tv , X1 3 il xidməti, Paltaryuyan Hoffmann almış və nəticədə 1886,64 (bir min səkkiz yüz səksən altı manat 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 799,02 (yeddi yüz doxsan doqquz manat, 02 qəpik) manat (18 ay x 44,39 manat + 0 manat ilkin ödəniş) olan X1 2 il Xidməti, Paket L Xidməti, İMEİ kodu 49309/64vv01064 X4 X2 , İMEİ kodu **********01861X3 13 markalı telefon üçün ümumilikdə 875,02 (səkkiz yüz yetmiş beş manat 02 qəpik) manat olmaqla ondan, 774,02 (yeddi yüz yetmiş dörd manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,60 (iyirmi üç manat 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 77,40 (yetmiş yeddi manat 40 qəpik) manat cərimə; 22 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 629,52 (altı yüz iyirmi doqquz manat 52 qəpik) manat (12 ay x 52,46 manat +0 manat ilkin ödəniş) olan X1 3 il Xidməti, X5 asqısı, Hoffmann Tv üçün ümumilikdə, 518,76 (beş yüz on səkkiz manat 76 qəpik) manat olmaqla ondan 471,60 (dörd yüz yetmiş bir manat 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,16 (qırx yeddi manat 16 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 598,08 (beş yüz doxsan səkkzi manat, 08 qəpik) manat (12 ay x 49,84 manat + 0 manat ilkin ödəniş) olan X1 3 il xidməti, Paltaryuyan Hoffmann almış üçün ümumilikdə, 492,86 (dörd yüz doxsan iki manat, 86 qəpik) manat olmaqla ondan, 448,05 (dörd yüz qırx səkkiz manat 05 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44,81 (qırx dörd manat, 81 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 332,95 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 18 dekabr 2024-cü il, 22 dekabr 2024-cü il, 22 dekabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 16 iyul 2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxilmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırilmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırilmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırilmadan baxilmalı və həmin işin həllinə dair qətnamə çıxarilmalıdır. Cavabdeh yazilı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırilmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırilmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 799,02 (yeddi yüz doxsan doqquz manat 02 qəpik) manat olan X1 2 il xidməti, Paket L xidməti, İMEİ kodu 49309/64VV01064 X4 X2, İMEİ kodu **********01861 X3 13 markalı telefon əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 44,39 (qırx dörd manat 39 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 5-ci hissəsinin 1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədə qalır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində müştərinin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx"dan mal və (və ya) xidmət əldə etmək hüququ vardır. İş materiallarında olan: 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 629,52 (altı yüz iyirmi doqquz manat 52 qəpik) manat olan X1 3 il xidməti, X5 asqısı, Hoffmann TV əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 52,46 (əlli iki manat 46 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 598,08 (beş yüz doxsan səkkiz manat 08 qəpik) manat olan X1 3 il Paltaryuyan Hoffmann əldə edərək ilkin ödəniş etmədən 12 (on iki) ay müddətinə hər ay 49,84 (qırx doqquz manat 84 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 1) 18 dekabr 2024-cü il tarixli müqavilə üzrə 25 (iyirmi beş) manat ödəniş etmiş, 774,02 (yeddi yüz yetmiş dörd manat 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 77,40 (yetmiş yeddi manat 40 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 875,02 (səkkiz yüz yetmiş beş manat 02 qəpik) manat, 2) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə 157,92 (bir yüz əlli yeddi manat 92 qəpik) manat ödəniş etmiş, onun 471,60 (dörd yüz yetmiş bir manat 60 qəpik) manat ödənilməmiş hissə, 47,16 (qırx yeddi manat 16 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 518,76 (beş yüz on səkkiz manat 76 qəpik) manat, 3) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə 150,03 (bir yüz əlli manat 03 qəpik) manat ödəniş etmiş, onun 448,05 (dörd yüz qırx səkkiz manat 05 qəpik) manat ödənilməmiş hissə, 44,81 (qırx dörd manat 81 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 492,86 (dörd yüz doxsan iki manat 86 qəpik) manat olmaqla, cəmi 1886,64 (bir min səkkiz yüz səksən altı manat 64 qəpik) manat borcu vardır. İş materiallarında olan: 18 dekabr 2024-cü il, 22 dekabr 2024-cü il və 22 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 16 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -200.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -201.1-ci maddəsinə əsasən, əşyanın nisyə satilması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satilması haqqında müqavilə o halda bağlanmış sayilır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -200.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarilmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldilması istisna edilir. Mülki Prosessual Məcəllənin 16.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 18 dekabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 774,02 (yeddi yüz yetmiş dörd manat 02 qəpik) manat, 2) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə yaranmış 471,60 (dörd yüz yetmiş bir manat 60 qəpik) manat və 3) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə yaranmış 448,05 (dörd yüz qırx səkkiz manat 05 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli müqavilədə və 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsində və 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 18 dekabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 77,40 (otuz dörd manat 27 qəpik) manat məbləğində cərimə borcu azaldilmalı, cavabdehin üzərində 7,74 (yeddi manat 74 qəpik) manat, 2) 18 dekabr 2024cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə hesablanmış 47,16 (qırx yeddi manat 16 qəpik) cərimə borcu azaldılmalı, cavabdehin üzərində 4,71 (dörd manat 71 qəpik) manat və 3) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə hesablanmış 44,81 (qırx dörd manat 81 qəpik) cərimə borcu azaldilmalı, cavabdehin üzərində 4,48 (dörd manat 48 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 1) 18 dekabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 69,66 (altmış doquz manat 66 qəpik) manat cərimə borcu hissəsində, 2) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə hesablanmış 42,45 (qırx iki manat 45 qəpik) manat cərimə borcu hissəsində və 3) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə hesablanmış 40.33 (qırx manat 33 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin, 18 dekabr 2024-cü il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,87 (otuz səkkiz manat 87 qəpik) manat dövlət rüsumunun 37,10 (otuz yeddi manat 10 qəpik) manat hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 320-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 18 dekabr 2024-cü il tarixli müqavilə üzrə 774,02 (yeddi yüz yetmiş dörd manat 02 qəpik) manat əsas borc, 7,74 (yeddi manat 74 qəpik) manat cərimə olmaqla, cəmi 781,76 (yeddi yüz səksən bir manat 76 qəpik) manat borc; 2) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə 471,60 (dörd yüz yetmiş bir manat 60 qəpik) manat əsas borc, 4,71 (dörd manat 71 qəpik) manat cərimə olmaqla, cəmi 476,31 (dörd yüz yetmiş altı manat 31 qəpik) manat borc; 3) 18 dekabr 2024-cü il tarixli, 18851143 saylı müqavilənin 22 dekabr 2024-cü il tarixli əlavəsi üzrə 448,05 (dörd yüz qırx səkkiz manat 05 qəpik) manat əsas borc, 4,48 (dörd manat 48 qəpik) manat cərimə olmaqla, cəmi 452,53 (dörd yüz əlli iki manat 53 qəpik) manat borc olmaqla cəmi 1710,60 (bir min yeddi yüz on manat 60 qəpik) manat borc və ödənilmiş 37,10 (otuz yeddi manat 10 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1747,70 (bir min yeddi yüz qırx yeddi manat 70 qəpik) manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar