Məhkəmə qərarları › İş №e-2(040)-1175/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1175/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1175/2025 24.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 21 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, “Apple 20V USB-C” adapter, “Paket XXXL” xidməti, “Qızıl zəmanət ultra 3 il” xidməti, İMEİ kodu: **********55453 olan “İphone 15 Pro” markalı telefon üçün 3323,42 AZN (üç min üç yüz iyirmi üç manat-42 qəpik) ödənilməmiş hissə, 23,60 AZN (iyirmi üç manat-60 qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 332,34 AZN (üç yüz otuz iki manat-34 qəpik) cərimə, 2) 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, “Samsung 25 V Compact Charger”, “Paket L” xidməti, İMEİ kodu: **********95215 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon üçün 1555 AZN (bir min beş yez əlli beş manat) ödənilməmiş hissə, 23,60 AZN (iyirmi üç manat-60 qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 155,50 AZN (bir yüz əlli beş manat-50 qəpik) cərimə olmaqla, ümumilikdə 5413,46 AZN (beş min dörd yüz on üç manat-46 qəpik) borc və 74,14 AZN (yetmiş dörd manat-14 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21 sentyabr 2024-cü il və 13 iyul 2024-ci il tarixli müqavilələrə əsasən “Apple 20V USB-C” adapter, “Paket XXXL” xidməti, “Qızıl zəmanət ultra 3 il” xidməti, İMEİ kodu: **********55453 olan “İphone 15 Pro” markalı telefon, “Samsung 25 V Compact Charger”, “Paket L” xidməti, İMEİ kodu: **********95215 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon almış və nəticədə 5413,46 AZN (beş min dörd yüz on üç manat-46 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 4063,42 AZN (dörd min altmış üç manat-42 qəpik) olan (49,60 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 222,99 manat ödəmək şərtilə) “Apple 20V USB-C” adapter, “Paket XXXL” xidməti, “Qızıl zəmanət ultra 3 il” xidməti, İMEİ kodu: **********55453 olan “İphone 15 Pro” markalı telefon üçün, ümumilikdə 3679,36 AZN (üç min altı yüz yetmiş doqquz manat-36 qəpik) olmaqla, ondan 3323,42 AZN (üç min üç yüz iyirmi üç manat-42 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, güzəşt olunaraq 332,34 AZN (üç yüz otuz iki manat-34 qəpik) dəbbə; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3110,04 AZN (üç min yüz on manat-04 qəpik) olan (ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 259,17 manat ödəmək şərtilə) “Samsung 25 V Compact Charger”, “Paket L” xidməti, İMEİ kodu: **********95215 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon üçün, ümumilikdə 1734,10 AZN (min yeddi yüz otuz dörd manat-10 qəpik) olmaqla, ondan 1555 AZN (bir min beş yez əlli beş manat) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, güzəşt olunaraq 155,50 AZN (bir yüz əlli beş manat-50 qəpik) dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2295,04 AZN (iki min iki yüz doxsan beş manat-04 qəpik) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 21 sentyabr 2024-cü il və 13 iyul 2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 09 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 21 sentyabr 2024-cü il tarixli 02008871 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 4063,42 AZN olan “Apple 20V USB-C” adapter, “Paket XXXL” xidməti, “Qızıl zəmanət ultra 3 il” xidməti, “İphone 15 Pro” markalı telefon əldə edərək 49,60 AZN ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 222,99 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 21 sentyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Apple 20V USB-C” adapter, “Paket XXXL” xidməti, “Qızıl zəmanət ultra 3 il” xidməti, “İphone 15 Pro” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 21 sentyabr 2024-cü il tarixli və 13 iyul 2024-cü il tarixli müqavilələr üzrə 2295,04 AZN ödəniş etmiş, onun 4878,42 AZN ödənilməmiş hissə, 487,84 AZN cərimə borcu olmaqla, ümumilikdə 5413,46 AZN borcu vardır. İş materiallarında olan: 13 iyul 2024-cü il tarixli 04078427 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 3110,04 AZN olan “Samsung 25 V Compact Charger”, “Paket L” xidməti, “Samsung Galaxy S24 Ultra” markalı telefon əldə edərək ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 259,17 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 13 iyul 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Samsung 25 V Compact Charger”, “Paket L” xidməti, “Samsung Galaxy S24 Ultra” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 09 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 21 sentyabr 2024-cü il tarixli 02008871 saylı müqavilə üzrə yaranmış 3323,42 AZN (üç min üç yüz iyirmi üç manat-42 qəpik), 2) 13 iyul 2024-cü il tarixli 04078427 saylı müqavilə üzrə yaranmış 1555 AZN (bir min beş yüz əlli beş manat) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 21 sentyabr 2024-cü il və 13 iyul 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 21 sentyabr 2024-cü il tarixli 02008871 saylı müqavilə üzrə hesablanmış 332,34 AZN (üç yüz otuz iki manat-34 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 33,23 (otuz üç manat-23 qəpik), 2) 13 iyul 2024-cü il tarixli 04078427 saylı müqavilə üzrə hesablanmış 155,50 AZN (bir yüz əlli beş manat-50 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 15,55 AZN (on beş manat-55 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 21 sentyabr 2024-cü il tarixli 02008871 saylı müqavilə üzrə 299,11 AZN (iki yüz doxsan doqquz manat-11 qəpik) cərimə borcu, 13 iyul 2024-cü il tarixli 04078427 saylı müqavilə üzrə 139,95 AZN (bir yüz otuz doqquz manat-95 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş cəmi 47,20 AZN (qırx yeddi manat-20 qəpik) rüsum hissəsində əsassız olduğundan, həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 74,14 AZN (yetmiş dörd manat-14 qəpik) dövlət rüsumunun 69,27 AZN (altmış doqquz manat-27 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 21 sentyabr 2024-cü il tarixli 02008871 saylı müqavilə üzrə 3323,42 AZN (üç min üç yüz iyirmi üç manat-42 qəpik) əsas borc, 33,23 (otuz üç manat- 23 qəpik) cərimə olmaqla, cəmi 3356,65 AZN (üç min üç yüz əlli altı manat-65 qəpik) borc; 2) 13 iyul 2024-cü il tarixli 04078427 saylı müqavilə üzrə 1555 AZN (bir min beş yez əlli beş manat) əsas borc, 15,55 AZN (on beş manat-55 qəpik) cərimə olmaqla, cəmi 1570,55 AZN (bir min beş yüz yetmiş manat-55 qəpik) borc; iki müqavilə üzrə cəmi 4927,20 AZN (dörd min doqquz yüz iyirmi yeddi manat-20 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 69,27 AZN (altmış doqquz manat-27 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 4996,47 AZN (dörd min doqquz yüz doxsan altı manat-47 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 11) 21 sentyabr 2024-cü il tarixli 02008871 saylı müqavilə üzrə 3323,42 AZN (üç min üç yüz iyirmi üç manat-42 qəpik) əsas borc, 33,23 (otuz üç manat-23 qəpik) cərimə olmaqla, cəmi 3356,65 AZN (üç min üç yüz əlli altı manat-65 qəpik) borc; 2) 13 iyul 2024-cü il tarixli 04078427 saylı müqavilə üzrə 1555 AZN (bir min beş yez əlli beş manat) əsas borc, 15,55 AZN (on beş manat-55 qəpik) cərimə olmaqla, cəmi 1570,55 AZN (bir min beş yüz yetmiş manat-55 qəpik) borc; iki müqavilə üzrə cəmi 4927,20 AZN (dörd min doqquz yüz iyirmi yeddi manat-20 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 69,27 AZN (altmış doqquz manat-27 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 4996,47 AZN (dörd min doqquz yüz doxsan altı manat-47 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar