Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1176/2025 24.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 08 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, “Qızıl zəmanət ultra 1 il, Paket L” xidməti, İMEİ kodu: **********59626 olan “Poco M6 Pro” markalı telefon üçün 760,80 AZN (yeddi yüz altmış manat-80 qəpik) ödənilməmiş hissə, 23,60 AZN (iyirmi üç manat-60 qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 76,08 AZN (yetmiş altı manat-08 qəpik) cərimə, 2) 08 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket L” xidməti, İMEİ kodu: **********47284 olan “Xiaomi Redmi 13C” markalı telefon üçün 272,96 AZN (iki yüz yetmiş iki manat-96 qəpik) ödənilməmiş hissə, 27,30 AZN (iyirmi yeddi manat-30 qəpik) cərimə, 3) 15 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, “Paket L” xidməti, İMEİ kodu: **********35148 olan “X1 13” markalı telefon üçün 336 AZN (üç yüz otuz altı manat) ödənilməmiş hissə, 23,60 AZN (iyirmi üç manat-60 qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 33,60 AZN (otuz üç manat-60 qəpik) cərimə olmaqla, ümumilikdə 1553,94 AZN (bir min beş yüz əlli üç manat-94 qəpik) borc və 35,54 AZN (otuz beş manat-54 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08 sentyabr 2024-cü il, 15 sentyabr 2024-cü il, 08 sentaybr 2024-cü il tarixli müqavilələrə əsasən, “Qızıl zəmanət ultra 1 il, Paket L” xidməti, İMEİ kodu: **********59626 olan “Poco M6 Pro” markalı telefon, Paket L” xidməti, İMEİ kodu: **********35148 olan “X1 13” markalı telefon , “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket L” xidməti, İMEİ kodu: **********47284 olan “Xiaomi Redmi 13C” markalı telefon almış və nəticədə 1553,94 AZN (bir min beş yüz əlli üç manat-94 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 941,58 AZN (doqquz yüz qırx bir manat-58 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 52,31 manat ödəmək şərtilə), “Qızıl zəmanət ultra 1 il, Paket L” xidməti, İMEİ kodu: **********59626 olan “Poco M6 Pro” markalı telefon üçün, ümumilikdə 860,48 AZN (səkkiz yüz altmış manat-48 qəpik) olmaqla ondan, 760,80 AZN (yeddi yüz altmış manat-80 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,60 AZN (iyirmi üç manat-60 qəpik), müştəriyə güzəşt olunaraq 76,08 AZN (yetmiş altı manat-08 qəpik) cərimə, 15 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 400,14 AZN (dörd yüz manat-14 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 22,23 manat ödəmək şərtilə) “Paket L” xidməti, İMEİ kodu: **********35148 olan “X1 13” markalı telefon üçün, ümumilikdə 393,20 AZN (üç yüz doxsan üç manat-20 qəpik) olmaqla, ondan, 336 AZN (üç yüz otuz altı manat) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,60 AZN (iyirmi üç manat, 60 qəpik), müştəriyə güzəşt olunaraq 33,60 AZN (otuz üç manat-60 qəpik) cərimə, 08 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 371,76 AZN (üç yüz yetmiş bir manat-76 qəpik) olan (ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 30,98 manat ödəmək şərtilə) “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket L” xidməti, İMEİ kodu: **********47284 olan “Xiaomi Redmi 13C” markalı telefon almış, ümumilikdə 300,26 AZN (üç yüz manat-26 qəpik) olmaqla, ondan 272,96 AZN (iki yüz yetmiş iki manat-96 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27,30 AZN (iyirmi yeddi manat-30 qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 343,72 AZN (üç yüz qırx üç manat-72 qəpik) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 08 sentyabr 2024-cü il, 15 sentyabr 2024-cü il, 08 sentyabr 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 18 iyul 2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 08 sentyabr 2024-cü il tarixli 13408657 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 941,58 AZN olan “Qızıl zəmanət ultra 1 il, Paket L” xidməti, “Xiaomi Poco M6 Pro” markalı telefon əldə edərək ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 52,31 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 sentyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Qızıl zəmanət ultra 1 il, Paket L” xidməti, “Xiaomi Poco M6 Pro” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 08 sentyabr 2024-cü il, 15 sentyabr 2024-cü il, 08 sentyabr 2024-cü il tarixli müqavilələr üzrə 343,72 AZN ödəniş etmiş, onun 1369,76 AZN ödənilməmiş hissə, 136,98 AZN cərimə borcu olmaqla, ümumilikdə 1553,94 AZN borcu vardır. İş materiallarında olan: 15 sentyabr 2024-cü il tarixli 03738246 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 400,14 AZN olan “Paket L” xidməti, “X1 13” markalı telefon əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 22,23 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 15 sentyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Paket L” xidməti, “X1 13” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 08 sentyabr 2024-cü il tarixli 13408658 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 371,76 AZN olan “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket L” xidməti, “Xiaomi Redmi 13C” markalı telefon əldə edərək ilkin ödəniş etmədən, 12 ay müddətinə hər ay 30,98 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 sentyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket L” xidməti, “Xiaomi Redmi 13C” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 18 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 08 sentyabr 2024-cü il tarixli 13408657 saylı müqavilə üzrə yaranmış 760,80 AZN (yeddi yüz altmış manat-80 qəpik), 2) 08 sentyabr 2024-cü il tarixli 13408658 saylı müqavilə üzrə yaranmış 272,96 AZN (iki yüz yetmiş iki manat-96 qəpik), 3) 15 sentyabr 2024-cü il tarixli 03738246 saylı müqavilə üzrə yaranmış 336 AZN (üç yüz otuz altı manat) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 08 sentyabr 2024-cü il, 08 sentyabr 2024-cü il, 15 sentyabr 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 08 sentyabr 2024-cü il tarixli 13408657 saylı müqavilə üzrə hesablanmış 76,08 AZN (yetmiş altı manat-08 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 7,60 (yeddi manat-60 qəpik), 2) 08 sentyabr 2024-cü il tarixli 13408658 saylı müqavilə üzrə hesablanmış 27,30 AZN (iyirmi yeddi manat-30 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 2,72 AZN (iki manat-72 qəpik), 3) 15 sentyabr 2024-cü il tarixli 03738246 saylı müqavilə üzrə hesablanmış 33,60 AZN (otuz üç manat-60 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,36 (üç manat-36 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 08 sentyabr 2024-cü il tarixli 13408657 saylı müqavilə üzrə 68,48 AZN (altmış səkkiz manat-48 qəpik) cərimə borcu, 08 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 24,58 AZN (iyirmi dörd manat-58 qəpik) cərimə borcu və 15 sentyabr 2024cü il tarixli müqavilə üzrə 30,24 AZN (otuz mnat-24 qəpik) hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş cəmi 47,20 AZN (qırx yeddi manat-20 qəpik) rüsum hissəsində əsassız olduğundan, həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35,54 AZN (otuz beş manat 54 qəpik) dövlət rüsumunun 33,83 AZN (otuz üç manat-83 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 08 sentyabr 2024-cü il tarixli 13408657 saylı müqavilə üzrə 760,80 AZN (yeddi yüz altmış manat-80 qəpik) əsas borc, 7,60 (yeddi manat-60 qəpik) cərimə olmaqla, cəmi 768,40 AZN (yeddi yüz altmış səkkiz manat-40 qəpik) borc; 2) 08 sentyabr 2024-cü il tarixli 13408658 saylı müqavilə üzrə 272,96 AZN (iki yüz yetmiş iki manat-96 qəpik) əsas borc, 2,72 AZN (iki manat-72 qəpik) cərimə olmaqla, cəmi 275,68 AZN (iki yüz yetmiş beş manat-68 qəpik) borc; 15 sentyabr 2024-cü il tarixli 03738246 saylı müqavilə üzrə 336 AZN (üç yüz otuz altı manat) əsas borc, 3,36 (üç manat-36 qəpik) olmaqla, cəmi 339,36 AZN (üç yüz otuz doqquz manat-36 qəpik) borc, üç müqavilə üzrə cəmi 1383,44 AZN (bir min üç yüz səksən üç manat-44 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 33,83 AZN (otuz üç manat-83 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1417,27 AZN (bir min dörd on yeddi manat-27 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 08 sentyabr 2024-cü il tarixli 13408657 saylı müqavilə üzrə 760,80 AZN (yeddi yüz altmış manat-80 qəpik) əsas borc, 7,60 (yeddi manat-60 qəpik) cərimə olmaqla, cəmi 768,40 AZN (yeddi yüz altmış səkkiz manat-40 qəpik) borc; 2) 08 sentyabr 2024-cü il tarixli 13408658 saylı müqavilə üzrə 272,96 AZN (iki yüz yetmiş iki manat-96 qəpik) əsas borc, 2,72 AZN (iki manat-72 qəpik) cərimə olmaqla, cəmi 275,68 AZN (iki yüz yetmiş beş manat-68 qəpik) borc; 15 sentyabr 2024-cü il tarixli 03738246 saylı müqavilə üzrə 336 AZN (üç yüz otuz altı manat) əsas borc, 3,36 (üç manat-36 qəpik) olmaqla, cəmi 339,36 AZN (üç yüz otuz doqquz manat-36 qəpik) borc, üç müqavilə üzrə cəmi 1383,44 AZN (bir min üç yüz səksən üç manat-44 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 33,83 AZN (otuz üç manat-83 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1417,27 AZN (bir min dörd on yeddi manat-27 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1176/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1176/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver