Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1179/2025 26.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 26 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********37467 olan “X2 S9FE” üçün 1099,02 AZN (bir min doxsan doqquz manat-02 qəpik) ödənilməmiş hissə, 109,90 AZN (bir yüz doqquz manat-90 qəpik) cərimə, 2) 26 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, “Samsung Charger” üçün 55,08 AZN (əlli beş manat-08 qəpik) ödənilməmiş hissə, 5,51 (beş manat-51 qəpik) cərimə olmaqla, ümumilikdə 1269,51 AZN (bir min iki yüz altmış doqquz manat-51 qəpik) borc və 32,70 AZN (otuz iki manat-70 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26 dekabr 2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kodu: **********37467 olan “X2 S9FE”, “Zəmanət + 1 iL” xidməti, “Samsung Charger” almış və nəticədə 1269,51 AZN (bir min iki yüz altmış doqquz manat-51 qəpik) borc yaranmışdır. Cavabdeh 26 dekabr 2024cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1279,51 AZN (bir min iki yüz yetmiş doqquz manat-51 qəpik) olan (120 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə aylıq 64,39 manat ödəmək şərtilə) İMEİ kod: **********37467 “X2 S9FE”, “Zəmanət + 1 iL” xidməti üçün ümumilikdə 1208,92 AZN (bir min iki yüz səkkiz manat-92 qəpik) olmaqla, ondan 1099,02 AZN (bir min doxsan doqquz manat-02 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109,90 AZN (bir yüz doqquz manat-90 qəpik) cərimə pulu, 26 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 55,08 AZN (əlli beş manat-08 qəpik) olan (ilkin ödəniş etmədən, 18 ay müddətinə aylıq 3,06 manat ödəmək şərtilə) olan “Samsung Charger” üçün ümumilikdə 60,59 AZN (altmış manat-59 qəpik) olmaqla, ondan, 55,08 AZN (əlli beş manat-08 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,51 (beş manat-51 qəpik) cərimə borcu yaranmışdır. Cavabdeh 26 dekabr 2024-cü il tarixli müqaviləsinə əsasən, 01 yanvar 2025-ci il tarixində “Zəmanət + 1 iL” xidmətindən imtina etmiş və məhsul 60 AZN (altmış manat) qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 26 dekabr 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 120 AZN (bir yüz iyirmi manat), məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 60 AZN (altmış manat), 26 dekabr 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 AZN (sıfır manat) təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 26 dekabr 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 21 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 20 may 2024-cü il tarixli ********** saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı, xidmət(lər)i (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq mal adlanacaq) “ABC”-yə sifariş verir. “ABC” həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müavqfiq əlavə(lər)də göstərilən şərtlərlə müştəriyə təqdim edir. müştəri isə malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. İş materiallarında olan: 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 1279,02 AZN olan “X2 S9FE 5G 6/128 GB (SM-X516) MİNT” markalı telefon və “Zəmanət + 1 iL” xidməti əldə edərək 120 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 64,39 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 26 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “X2 S9FE 5G 6/128 GB (SM-X516) MİNT”markalı telefonu və “Zəmanət + 1 iL” xidmətini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 26 dekabr 2024-cü il tarixli müqavilələr üzrə 180 AZN ödəniş etmiş, onun 1154,10 AZN ödənilməmiş hissə, 115,41 AZN cərimə borcu olmaqla, ümumilikdə 1269,51 AZN borcu vardır. İş materiallarında olan: 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 55,08 AZN olan “Samsung 25V X1 EPT2510NVEGRU” əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 3,06 AZN olmaqla "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 26 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Samsung 25V X1 EPT2510NVEGRU” tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 21 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə yaranmış 1099,02 AZN (on min doxsan doqquz manat- 02 qəpik), 2) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə yaranmış 55,08 AZN (əlli beş manat-08 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 20 may 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə hesablanmış 109,90 AZN (bir yüz doqquz manat-90 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 10,99 (on manat-99 qəpik), 2) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə hesablanmış 5,51 AZN (beş manat-51 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 0,55 (sıfır manat 55 qəpik) qəpik məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024cü il tarixli əlavə üzrə 98,91 AZN (doxsan səkkiz manat-91 qəpik) cərimə borcu və 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə 4,96 AZN (dörd manat-96 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32,70 AZN dövlət rüsumunun 31,65 AZN (otuz bir manat-65 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə 1099,02 AZN (on min doxsan doqquz manat-02 qəpik) əsas borc, 10,99 (on manat-99 qəpik) cərimə olmaqla, cəmi 1110,01 AZN (bir min yüz on bir manat-01 qəpik) borc; 2) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə 55,08 AZN (əlli beş manat-08 qəpik) əsas borc, 0,55 (sıfır manat 55 qəpik) qəpik cərimə olmaqla, cəmi 55,63 AZN (əlli beş manat-63 qəpik) borc, iki müqavilə üzrə cəmi 1165,64 AZN (bir min yüz altmış beş manat-64 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 31,65 AZN (otuz bir manat-65 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1197,29 AZN (bir min yüz doxsan yeddi manat-29 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə 1099,02 AZN (on min doxsan doqquz manat-02 qəpik) əsas borc, 10,99 (on manat-99 qəpik) cərimə olmaqla, cəmi 1110,01 AZN (bir min yüz on bir manat-01 qəpik) borc; 2) 20 may 2024-cü il tarixli ********** saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixli əlavə üzrə 55,08 AZN (əlli beş manat-08 qəpik) əsas borc, 55 qəpik cərimə olmaqla, cəmi 55,63 AZN (əlli beş manat-63 qəpik) borc, iki müqavilə üzrə cəmi 1165,64 AZN (bir min yüz altmış beş manat-64 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 31,65 AZN (otuz bir manat-65 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1197,29 AZN (bir min yüz doxsan yeddi manat-29 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1179/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1179/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver