Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1276/2024 24.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23 avqust 2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 2418,4 manat əsas, 241,6 manat cərimə, 27 yanvar 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 525,6 manat əsas, 52,4 manat cərimə, 10 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 339,37 manat əsas, 33,36 manat cərimə, 05 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 306 manat əsas, 30 manat cərimə, 09 sentyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 279,47 manat əsas, 27,53 manat cərimə, 18 yanvar 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 100,71 manat əsas, 10,29 manat cərimə, 03 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 89,55 manat əsas, 8,45 manat cərimə, 23 avqust 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 86,8 manat əsas, 8,2 manat cərimə olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə 4558 manat borc və ödənilmiş 65,58 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 23 avqust 2020-ci il tarixli, 27 yanvar 2020-ci il tarixli, 10 noyabr 2019-cu il tarixli, 05 oktyabr 2019-cu il tarixli, 09 sentyabr 2020-ci il tarixli, 18 yanvar 2020-ci il tarixli, 03 mart 2020-ci il tarixli və 23 avqust 2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Galaxy S10+ Daul markalı telefon, ütü Braun, aspirator Hoffman, plitə Hoffman, mikser Hoffman, doğrayıcı Kenwood, soba Hoffman, LG Led TV, şirəçəkən, çaynik Sofram Venus böyük boy, qazan dəsti Canalı Carla 10 parça granit, Xiaomi Redmi 8 markalı telefon, Samsung Galaxy A10 markalı telefon və Samsung Galaxy S10+ markalı telefon almış və səkkiz müqavilə üzrə cəmi 4558 manat borcu yaranmışdır. Belə ki, sadalanan əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1. 23 avqust 2020-ci il tarixli 21103179 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 2561,4 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 142,3 manat ödəmək şərti ilə), Samsung Galaxy S10+ Dual markalı telefon üçün 2418,4 manat ödənilməmiş hissə, 241,6 manat cərimə, cəmi 2660 manat; 2. 27 yanvar 2020-ci tarixli 20063864 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2163 manat (ilkin ödəniş 3 manat etməklə, 18 ay müddətinə hər ay 120 manat ödəmək şərti ilə cavabdeh aldığı ütü Braun, aspirator Hoffman, plitə Hoffman, mikser Hoffman, doğrayıcı Kenwood, soba Hoffman markalı əşyalara görə 525,6 manat ödənilməmiş hissə, 52,4 manat cərimə, cəmi 578 manat; 3. 10 noyabr 2019-cu il tarixli 01040436 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1476 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 82 manat ödəmək şərti ilə cavabdeh aldığı LG Led TV markalı televizor üçün 339,37 manat ödənilməmiş hissə, 33,36 manat cərimə, cəmi 373 manat; 4. 05 oktyabr 2019-cu il tarixli 00959908 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 803 manat (ilkin ödəniş 11 manat etməklə, 18 ay müddətinə hər ay 44 manat ödəmək şərti ilə cavabdeh aldığı şirəçəkən üçün 306 manat ödənilməmiş hissə, 30 manat cərimə, cəmi 336 manat; 5. 09 sentyabr 2020-ci il tarixli 21152946 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 387 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 21,5 manat ödəmək şərti ilə cavabdeh aldığı çaynik Sofram Venus böyülk boy, qazan dəsti Canalı Carla 10 parça granit üçün 279,47 manat ödənilməmiş hissə, 27,53 manat cərimə, cəmi 307 manat; 6.18 yanvar 2020-ci il tarixli 20045063 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 406,8 manat (ilkin ödəniş 0 manat etməklə, 12ay müddətinə hər ay 33,9 manat ödəmək şərti ilə cavabdeh aldığı Xiaomi Redmi 8 markalı telefon üçün 100,71 manat ödənilməmiş hissə, 10,29 manat cərimə, cəmi 111 manat; 7. 03 mart 2020-ci il tarixli 20141437 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 361 manat (ilkin ödəniş 1 manat etməklə, 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə cavabdeh aldığı Samsung Galaxy A10 markalı telefon üçün 89,55 manat ödənilməmiş hissə, 8,45 manat cərimə, cəmi 98 manat;
8. 23 avqust 2020-ci il tarixli 21103483 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 94,8 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 7,9 manat) ödəmək şərti ilə cavabdeh aldığı Samsung Galaxy S10+ markalı telefon üçün 86,8 manat ödənilməmiş hissə, 8,2 manat cərimə, cəmi 94,8 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən aspirator Hoffmann, plitə Hoffmann-dan xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 883,20 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 754,2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 883,20 manat, ümumilikdə 1637,40 manat təşkil edir. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-ci il, xx.xx.2019-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 2469,70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 23 avqust 2020-ci il tarixli 21103179 saylı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 2561,4 manat olan Samsung Galaxy S10+ Dual markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 142,3 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 27 yanvar 2020-ci tarixli 20063864 saylı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 2163 manat olan ütü Braun, aspirator Hoffman, plitə Hoffman, mikser Hoffman, doğrayıcı Kenwood, soba Hoffman markalı əşyalar əldə edərək, həmin məbləği ilkin ödəniş 3 manat etməklə, 18 ay müddətinə hər ay 120 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 10 noyabr 2019-cu il tarixli 01040436 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 1476 manat olan LG Led TV markalı televizor əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 82 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 05 oktyabr 2019-cu il tarixli 00959908 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 803 manat olan şirəçəkən əldə edərək, həmin məbləği ilkin ödəniş 11 manat etməklə, 18 ay müddətinə hər ay 44 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 09 sentyabr 2020-ci il tarixli 21152946 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 387 manat olan çaynik Sofram Venus böyülk boy, qazan dəsti Canalı Carla 10 parça granit əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 21,5 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 18 yanvar 2020-ci il tarixli 20045063 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 406,8 manat olan Xiaomi Redmi 8 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 33,9 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 03 mart 2020-ci il tarixli 20141437 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 361 manat olan Samsung Galaxy A10 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 1 manat etməklə, 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 23 avqust 2020-ci il tarixli 21103483 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 94,8 manat olan Samsung Galaxy S10+ markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 7,9 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 23 avqust 2020-ci il tarixli 21103179 saylı alqı-satqı müqaviləsi üzrə 143 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 2418,4 manat, cərimə üzrə 241,6 manat, 27 yanvar 2020-ci tarixli 20063864 saylı alqı-satqı müqaviləsi üzrə 1637,4 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 525,6 manat, cərimə üzrə 52,4 manat, 10 noyabr 2019-cu il tarixli 01040436 saylı alqısatqı müqaviləsi üzrə 1136,63 manat ödəniş etmiş, onun borcu 339,37 manat əsas, 33,63 manat cərimə, 05 oktyabr 2019-cu il tarixli 00959908 saylı müddətli alqı-satqı müqaviləsi üzrə 497 manat ödəniş etmiş, onun borcu 306 manat əsas, 30 manat cərimə, 09 sentyabr 2020-ci il tarixli 21152946 saylı alqı-satqı müqaviləsi üzrə 107,53 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 279,47 manat, cərimə üzrə 27,53 manat, 18 yanvar 2020-ci il tarixli 20045063 saylı alqı-satqı müqaviləsi üzrə 306,09 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 100,71 manat, cərimə üzrə 10,29 manat, 03 mart 2020-ci il tarixli 20141437 saylı alqı-satqı müqaviləsi üzrə 271,45 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 89,55 manat, cərimə üzrə 8,45 manat, 23 avqust 2020-ci il tarixli 21103483 saylı alqı-satqı müqaviləsi üzrə 8 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 86,8 manat, cərimə üzrə 8,2 manat olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə borcu 4558 manat (4145,9 manat əsas, 412,1 dəbbə pulu) təşkil edir. İş materiallarında olan: 29 avqust 2024-cü il tarixdə göndərilən (iş materiallarında poçt qəbzi vardır) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən səkkiz alqı-satqı müqaviləsi üzrə yaranmış 4145,9 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hesab edirəm ki, cavabdehə səkkiz müqavilə üzrə hesablanmış 412,10 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 23 avqust 2020-ci il tarixli 21103179 saylı müqavilə üzrə 5 (beş) manat, 27 yanvar 2020-ci tarixli 20063864 saylı müqavilə üzrə 2 (iki) manat, 10 noyabr 2019-cu il tarixli 01040436 saylı müqavilə üzrə 3 (üç) manat, 05 oktyabr 2019-cu il tarixli 00959908 saylı müqavilə üzrə 2 (iki) manat, 09 sentyabr 2020-ci il tarixli 21152946 saylı alqı-satqı müqavilə üzrə 3 (üç) manat, 18 yanvar 2020-ci il tarixli 20045063 saylı alqı-satqı müqavilə üzrə 1 (bir) manat, 03 mart 2020-ci il tarixli 20141437 saylı alqı-satqı müqavilə üzrə 3 (üç) manat, 23 avqust 2020-ci il tarixli 21103483 saylı alqı-satqı müqavilə üzrə 1 (bir) manat, cəmi 20 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 392,10 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 65,58 manat dövlət rüsumunun 61,65 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli Cavabdeh 23 avqust 2020-ci il tarixli 21103179 saylı müqavilə üzrə 2418,4 manat (iki min dörd yüz on səkkiz manat 40 qəpik) əsas, 5 (beş) manat cərimə, 27 yanvar 2020-ci tarixli 20063864 saylı alqı-satqı müqaviləsi üzrə 525,60 manat (beş yüz iyirmi beş manat 60 qəpik) əsas, 2 (iki) manat cərimə, 10 noyabr 2019-cu il tarixli 01040436 saylı alqı-satqı müqaviləsi üzrə 339,37 manat (üç yüz otuz doqquz manat 37 qəpik) əsas, 3 (üç) manat cərimə, 05 oktyabr 2019-cu il tarixli 00959908 saylı müddətli alqı-satqı müqaviləsi üzrə 306 manat (üç yüz altı) əsas, 2 (iki) manat cərimə, 09 sentyabr 2020-ci il tarixli 21152946 saylı alqı-satqı müqavilə üzrə 279,47 (iki yüz yetmiş doqquz manat 47 qəpik) əsas, 3 (üç) manat cərimə, 18 yanvar 2020-ci il tarixli 20045063 saylı alqı-satqı müqavilə üzrə 100,71 (yüz manat 71 qəpik) əsas, 1 (bir) manat cərimə, 03 mart 2020-ci il tarixli 20141437 saylı alqı-satqı müqavilə üzrə 89,55 (səksən doqquz manat 55 qəpik) əsas, 3 (üç) manat cərimə və 23 avqust 2020-ci il tarixli 21103483 saylı alqı-satqı müqavilə üzrə 86,8 (səksən altı manat 80 qəpik) əsas, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə 4145,90 manat (dörd min yüz qırx beş manat 90 qəpik) borc və ödənilmiş 61,45 manat (altmış bir manat 45 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i m:
İddia qismən təmin edilsin. Cavabdeh qızından 23 avqust 2020-ci il tarixli 21103179 saylı müqavilə üzrə 2418,4 manat (iki min dörd yüz on səkkiz manat 40 qəpik) əsas, 5 (beş) manat cərimə, 27 yanvar 2020-ci tarixli 20063864 saylı alqı-satqı müqaviləsi üzrə 525,60 manat (beş yüz iyirmi beş manat 60 qəpik) əsas, 2 (iki) manat cərimə, 10 noyabr 2019-cu il tarixli 01040436 saylı alqı-satqı müqaviləsi üzrə 339,37 manat (üç yüz otuz doqquz manat 37 qəpik) əsas, 3 (üç) manat cərimə, 05 oktyabr 2019-cu il tarixli 00959908 saylı müddətli alqı-satqı müqaviləsi üzrə 306 manat (üç yüz altı) əsas, 2 (iki) manat cərimə, 09 sentyabr 2020-ci il tarixli 21152946 saylı alqı-satqı müqavilə üzrə 279,47 (iki yüz yetmiş doqquz manat 47 qəpik) əsas, 3 (üç) manat cərimə, 18 yanvar 2020-ci il tarixli 20045063 saylı alqı-satqı müqavilə üzrə 100,71 (yüz manat 71 qəpik) əsas, 1 (bir) manat cərimə, 03 mart 2020-ci il tarixli 20141437 saylı alqı-satqı müqavilə üzrə 89,55 (səksən doqquz manat 55 qəpik) əsas, 3 (üç) manat cərimə və 23 avqust 2020-ci il tarixli 21103483 saylı alqı-satqı müqavilə üzrə 86,8 (səksən altı manat 80 qəpik) əsas, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə 4145,9 manat (dörd min yüz qırx beş manat 90 qəpik) borc və ödənilmiş 61,45 manat (altmış bir manat 45 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsən Qəniyev