Məhkəmə qərarları › İş №e-2(040)-1284/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1284/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1284/2025 27.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alqı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 03 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********43559 Samsung Galaxy S24 markalı telefon üçün 1517,04 AZN (bir min beş yüz on yeddi manat 04 qəpik) ödənilməmiş hissə, X1 ödənilən 23,60 AZN (iyirmi üç manat 60 qəpik) rüsum, 151,70 AZN (bir yüz əlli bir manat 70 qəpik) cərimə, 2) 24 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********88724 X2 13 markalı telefon üçün 522 AZN (beş yüz iyirmi iki) ödənilməmiş hissə, X1 ödənilən 23,60 AZN (iyirmi üç manat 60 qəpik) rüsum, 52,20 (əlli iki manat 20 qəpik) cərimə olmaqla, ümumilikdə 2290,14 AZN (iki min iki yüz doxsan manat 14 qəpik) borc və 42,91 AZN (qırx iki manat 91 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 fevral 2025-ci il, 24 fevral 2025-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********43559 Samsung Galaxy S24 markalı telefon, İMEİ kodu **********88724 X2 13 markalı telefon almış və nəticədə 2290,14 (iki min iki yüz doxsan manat, 14 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1747,04 (min yeddi yüz qırx yeddi manat, 04 qəpik) manat (12 ay x 126,42 manat + 230 manat ilkin ödəniş) olan İMEİ kodu **********43559 Samsung Galaxy S24 markalı telefon üçün ümumilikdə, 1692,34 (min altı yüz doxsan iki manat, 34 qəpik) manat olmaqla ondan, 1517,04 (min beş yüz on yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 151,70 (yüz əlli bir manat, 70 qəpik) manat cərimə; 24 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********88724 X2 13 markalı telefon üçün ümumilikdə, 597,80 (beş yüz doxasan yeddi manat, 80 qəpik) manat olmaqla ondan, 522 (beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 52,20 (əlli iki manat, 20 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 230 (iki yüz otuz) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış 03 fevral 2025-ci il, 24 fevral 2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərdikləri 29 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1747,04 (min yeddi yüz qırx yeddi manat, 04 qəpik) manat olan İMEİ kodu **********43559 Samsung Galaxy S24 markalı telefon əldə edərək 230 (iki yüz otuz) manat ilkin ödəniş etməklə, 12 (on iki) ay müddətinə hər ay 126,42 (bir yüz iyirmi altı manat 42 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsi üzrə 230 AZN ödəniş etmiş, onun 1517,04 AZN ödənilməmiş hissə, X1 ödənilən 23,60 AZN rüsum, 151,70 AZN cərimə borcu olmaqla, ümumilikdə 1692,34 AZN borcu vardır. İş materiallarında olan: 03 fevral 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********43559 Samsung Galaxy S24 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat olan İMEİ kodu **********88724 X2 13 markalı telefon əldə edərək ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə hər ay 29 (iyirmi doqquz) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsi üzrə ödəniş etməmişdir, onun 522 AZN ödənilməmiş hissə, X1 ödənilən 23,60 AZN rüsum, 52,20 AZN cərimə borcu olmaqla, ümumilikdə 597,80 AZN borcu vardır. İş materiallarında olan: 24 fevral 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********88724 X2 13 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 29 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsi üzrə yaranmış 1517,04 AZN (bir min beş yüz on yeddi manat 04 qəpik), 2) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsi üzrə yaranmış 522 AZN (beş yüz iyirmi iki) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddianın cəriməyə və X1 ödənilən rüsumla bağlı hissələrində isə görünür ki, tərəflər arasında bağlanmış 07 yanvar 2025-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsi üzrə hesablanmış 151,70 AZN (bir yüz əlli bir manat 70 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 15,17 (on beş manat-17 qəpik), 2) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsi üzrə hesablanmış 52,20 AZN (əlli iki manat 20 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 5,22 AZN (beş manat 22 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsi üzrə 136,53 AZN (bir yüz otuz altı manat manat-53 qəpik) cərimə borcu və 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsi üzrə 46,98 AZN (qırx altı manat-98 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən həmin hissədə iddia təmin edilməməlidir. Eləcə də, 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli və 24 fevral 2025-ci il tarixli əlavələrinin cəmi üzrə X1 ödənilən 47,20 AZN (qırx yeddi manat 20 qəpik) rüsumun hissəsində də iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42,91 AZN (qırx iki manat 91 qəpik) dövlət rüsumunun 40,59 AZN (qırx manat-59 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsi üzrə 1517,04 AZN (bir min beş yüz on yeddi manat 04 qəpik) əsas borc, 15,17 (on beş manat-17 qəpik) cərimə olmaqla, cəmi 1532,21 AZN (bir min beş yüz otuz iki manat-21 qəpik) borc; 2) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsi üzrə 522 AZN (beş yüz iyirmi iki) əsas borc, 5,22 (beş manat 22 qəpik) qəpik cərimə olmaqla, cəmi 527,22 AZN (beş yüz iyirmi yeddi manat-22 qəpik) borc, 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli və 24 fevral 2025-ci il tarixli əlavələri üzrə cəmi 2059,43 AZN (iki min əlli doqquz manat-43 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 40,59 AZN (qırx manat-59 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 2100,02 AZN (iki min yüz manat-02 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli əlavəsi üzrə 1517,04 AZN (bir min beş yüz on yeddi manat 04 qəpik) əsas borc, 15,17 AZN (on beş manat-17 qəpik) cərimə olmaqla, cəmi 1532,21 AZN (bir min beş yüz otuz iki manat-21 qəpik) borc; 2) 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 24 fevral 2025-ci il tarixli əlavəsi üzrə 522 AZN (beş yüz iyirmi iki) əsas borc, 5,22 AZN (beş manat 22 qəpik) qəpik cərimə olmaqla, cəmi 527,22 AZN (beş yüz iyirmi yeddi manat-22 qəpik) borc, 07 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin 03 fevral 2025-ci il tarixli və 24 fevral 2025-ci il tarixli əlavələri üzrə cəmi 2059,43 AZN (iki min əlli doqquz manat-43 qəpik) borc və ödənilmiş 40,59 AZN (qırx manat-59 qəpik) dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 2100,02 AZN (iki min yüz manat-02 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar