Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1318/2025 09.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən “Zigzag” velosiped üçün 298,92 AZN (iki yüz doxsan səkkiz manat-92 qəpik) ödənilməmiş hissə, 29,89 AZN (iyirmi doqquz manat-89 qəpik) dəbbə, 2) 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod: **********63511 olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, “Şəffaf Vinil”, “Zəmanət+1 il” xidməti, “Paket XXXL” xidməti üçün 2362,90 AZN (iki min üç yüz altmış iki manat-90 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) manat rüsum, 236,29 AZN (iki yüz otuz altı manat-29 qəpik) dəbbə, 3) 05 mart 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod: **********03249 olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, “Clear Case”, “Paket XXXL” xidməti üçün 4383,04 AZN (dörd min üç yüz səksən üç manat-04 qəpik) ödənilməmiş hissə, 438,30 AZN (dörd yüz otuz səkkiz manat-30 qəpik) dəbbə olmaqla, ümumilikdə 7772,95 AZN (yeddi min yeddi yüz yetmiş iki manat-95 qəpik) məbləğdə borcun və iddiaçı tərəfindən ödənilmiş 97,73 AZN (doxsan yeddi manat-73 qəpik) dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı "xxxx" MMC arasında bağlanmış 03 sentyabr 2024-cü il, 23 noyabr 2024-ci il, 05 mart 2025-ci il tarixli müqavilələrə əsasən, “Zigzag” velosiped İMEİ kod: **********63511 olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, “Şəffaf Vinil”, “Zəmanət+1 il” xidməti, “Paket XXXL” xidməti, İMEİ kod: **********03249 olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, “Clear Case”, “Paket XXXL” xidməti almış və nəticədə 7772,95 AZN (yeddi min yeddi yüz yetmiş iki manat-95 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448,92 AZN (dörd yüz qırx səkkiz manat-92 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 24,94 manat ödəmək şərtilə) “Zigzag” velosiped üçün ümumilikdə, 328,81 AZN (üç yüz iyirmi səkkiz manat-81 qəpik) olmaqla, ondan 298,92 AZN (iki yüz doxsan səkkiz manat-92 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,89 AZN (iyirmi doqquz manat-89 qəpik) dəbbə; 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4292,90 AZN (dörd min iki yüz doxsan iki manat-90 qəpik) olan (1250 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 169,05 manat ödəmək şərtilə) olan İMEİ kod: **********63511 olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, Şəffaf Vinil, “Zəmanət+1 il” xidməti, Paket XXXL xidməti üçün ümumilikdə, 2622,79 AZN (iki min altı yüz iyirmi iki manat-79 qəpik) olmaqla, ondan 2362,90 (iki min üç yüz altmış iki manat- 90 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, müştəriyə güzəşt olunaraq 236,29 AZN (iki yüz otuz altı manat-29 qəpik) dəbbə; 05 mart 2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4640,04 AZN (dörd min altı yüz qırx manat-04 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 257,78 manat ödəmək şərtilə) İMEİ kod: **********03249 olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, “Clear Case”, Paket XXXL xidməti üçün ümumilikdə, 4821,34 AZN (dörd min səkkiz yüz iyirmi bir manat-34 qəpik) olmaqla, ondan 4383,04 AZN (dörd min üç yüz səksən üç manat-04 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 438,30 (dörd yüz otuz səkkiz manat-30 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2337 AZN (iki min üç yüz otuz yeddi manat) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər Cavabdehlə aralarında bağlanılmış 03 sentyabr 2024-cü il, 23 noyabr 2024-ci il, 05 mart 2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 04 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya olan cəmi 7044,86 AZN (yeddi min qırx dörd manat-86 qəpik) əsas borcu imkanı olduqca hissə hissə ödəyəcəkdir (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 03 sentyabr 2024-cü il tarixli 16952512 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 448,92 manat olan “Zigzag” velosiped əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 24,94 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 03 sentyabr 2024-cü il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, Cavabdeh oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Zigzag” velosipedi tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 23 noyabr 2024-cü il tarixli 18854950 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 4292,90 manat olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, Şəffaf Vinil, “Zəmanət+1 il” xidməti, “Paket XXXL” xidməti əldə edərək, 1250 manat ilkin ödəniş etməklə, 18 ay müddətində hər ay 169,05 manat olmaqla "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 23 noyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İphone 16 Pro” markalı telefonu, “Apple” markalı adapteri, Şəffaf Vinili, “Zəmanət+1 il” xidmətini, “Paket XXXL” xidmətini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 05 mart 2025-ci il tarixli 18854950 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 4640,04 manat olan “İphone 16 Pro” markalı telefon, “Apple” markalı adapter, “Clear Case”, “Paket XXXL” xidməti əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 257,78 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 05 mart 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İphone 16 Pro” markalı telefonu, “Apple” markalı adapteri, “Clear Case”, “Paket XXXL” xidmətini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi 150 manat ödəniş etmiş, 298,92 manat əsas, 29,89 manat cərimə olmaqla, cəmi 328,81 manat borcu; 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi 1930 manat ödəniş etmiş, 2362,90 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 236,29 manat cərimə; 05 mart 2025-ci il tarixli müqavilə üzrə cəmi 257 manat ödəniş etmiş, 4383,04 manat əsas, 438,30 manat cərimə olmaqla, üç müqavilə üzrə cəmi 7772,95 manat borcu vardır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 04 sentyabr 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. İş materiallarında olan: 17 sentyabr 2025-ci il tarixli 75918743 nömrəli çekdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərərfindən məhkəmədə iddia qaldırılması üçün 97,73 AZN dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 1) 03 sentyabr 2024-cü il tarixli 16952512 nömrəli müqavilə üzrə yaranmış 298,92 AZN (iki yüz doxsan səkkiz manat-92 qəpik) əsas borc və 2,98 AZN (iki manat-98 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 301,90 AZN (üç yüz bir manat- 90 qəpik) borc, 2) 23 noyabr 2024-cü il tarixli 18854950 nömrəli müqavilə üzrə yaranmış 2362,90 AZN (iki min üç yüz altmış iki manat-90 qəpik) əsas borc və 23,62 AZN (iyirmi üz manat-62 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 2386,52 AZN (iki min üç yüz səksən altı manat- 52 qəpik) borc, 3) 05 mart 2025-ci il tarixli 18854950 nömrəli müqavilə üzrə yaranmış 4383,04 AZN (dörd min üç yüz səksən üç manat-04 qəpik) əsas borc və 43,83 AZN (qırx üz manat-83 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 4426,87 AZN (dörd min dörd yüz iyirmi altı manat- 87 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 91,15 AZN (doxsan bir manat- 15 qəpik) hissəsinin pul əvəzi tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissələrdə təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alğı-satqı müqaviləsi üzrə yaranmış cəmi 7044,86 AZN (yeddi min qırx dörd manat-86 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə cəmi hesablanmış 704,49 AZN (yeddi yüz dörd manat-49 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1) 03 sentyabr 2024-cü il tarixli 16952512 nömrəli müqavilə müqavilə üzrə 2,98 AZN (iki manat- 98 qəpik), 2) 23 noyabr 2024-cü il tarixli 18854950 nömrəli müqavilə üzrə 23,62 AZN (iyirmi üz manat-62 qəpik), 3) 05 mart 2025-ci il tarixli 18854950 nömrəli müqavilə üzrə 43,83 AZN (qırx üz manat-83 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 634,06 AZN (altı yüz otuz dörd manat-06 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum tələbi hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 634,06 AZN (altı yüz otuz dörd manat-06 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməklə azaldılma tətbiq edilmiş, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum tələbi hissəsində iddia əsaslandırılmamışdır- məhkəmə hesab edir ki, həmin tələbin hüquqi əsası yoxdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 91,15 AZN (doxsan bir manat- 15 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 1) 03 sentyabr 2024-cü il tarixli 16952512 nömrəli müqavilə üzrə yaranmış 298,92 AZN (iki yüz doxsan səkkiz manat-92 qəpik) əsas borc və 2,98 AZN (iki manat-98 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 301,90 AZN (üç yüz bir manat- 90 qəpik) borc, 2) 23 noyabr 2024-cü il tarixli 18854950 nömrəli müqavilə üzrə yaranmış 2362,90 AZN (iki min üç yüz altmış iki manat- 90 qəpik) əsas borc və 23,62 AZN (iyirmi üz manat-62 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 2386,52 AZN (iki min üç yüz səksən altı manat- 52 qəpik) borc, 3) 05 mart 2025-ci il tarixli 18854950 nömrəli müqavilə üzrə yaranmış 4383,04 AZN (dörd min üç yüz səksən üç manat-04 qəpik) əsas borc və 43,83 AZN (qırx üz manat-83 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 4426,87 AZN (dörd min dörd yüz iyirmi altı manat- 87 qəpik) borc, üç müqavilə üzrə cəmi 7115,29 AZN (yeddi bir yüz on beş manat-29 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 91,15 AZN (doxsan bir manat- 15 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə cəmi 7206,44 AZN (yeddi min iki yüz altı manat-44 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə: 1) 03 sentyabr 2024-cü il tarixli 16952512 nömrəli müqavilə üzrə yaranmış 298,92 AZN (iki yüz doxsan səkkiz manat-92 qəpik) əsas borc və 2,98 AZN (iki manat-98 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 301,90 AZN (üç yüz bir manat- 90 qəpik) borc, 2) 23 noyabr 2024-cü il tarixli 18854950 nömrəli müqavilə üzrə yaranmış 2362,90 AZN (iki min üç yüz altmış iki manat-90 qəpik) əsas borc və 23,62 AZN (iyirmi üz manat-62 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 2386,52 AZN (iki min üç yüz səksən altı manat- 52 qəpik) borc, 3) 05 mart 2025-ci il tarixli 18854950 nömrəli müqavilə üzrə yaranmış 4383,04 AZN (dörd min üç yüz səksən üç manat-04 qəpik) əsas borc və 43,83 AZN (qırx üz manat-83 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 4426,87 AZN (dörd min dörd yüz iyirmi altı manat- 87 qəpik) borc, üç müqavilə üzrə cəmi 7115,29 AZN (yeddi bir yüz on beş manat-29 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 91,15 AZN (doxsan bir manat- 15 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə cəmi 7206,44 AZN (yeddi min iki yüz altı manat-44 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1318/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1318/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver