Məhkəmə qərarları › İş №e-2(040)-1346/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1346/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1346/2025 05.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 28 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01663 Samsung Galaxy S24, X1 2 il xidməti, Paket XXXL xidməti, Samsung Charger üçün 1734,60 (bir min yeddi yüz otuz dörd manat 60 qəpik) manat ödənilməmiş hissə, 173,46 (bir yüz yetmiş üç manat 46 qəpik) manat cərimə, 2) 04 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********76533 Samsung galaxy A35, Paket XXL xidməti, X1 3 il xidməti üçün 821,20 (səkkiz yüz iyirmi bir manat 20 qəpik) manat ödənilməmiş hissə, 23,60 (iyirmi üç manat 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 82,12 (səksən iki manat 12 qəpik) manat cərimə, 3) 22 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, Qəhvəüyüdən Delonghi, Ütü Braun, 2 ədəd X1 2 il xidməti üçün 281,17 (iki yüz səksən bir manat 17 qəpik) manat ödənilməmiş hissə, 28,12 (iyirmi səkkiz manat 12 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3144,27 (üç min yüz qırx dörd manat 27 qəpik) manat borc və 51,45 (əlli bir manat 45 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 sentyabr 2024-cü il, 04 oktyabr 2024-cü il, 22 sentyabr 2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********01663 Samsung galaxy S24, X1 2 ıl xidməti, paket xxxl xidməti, Samsung charger , İmei kod **********76533 Samsung galaxy A35, paket xxl xidməti, X1 3 il xidməti , qəhvəüyüdən Delonghi, ütü Braun, 2 ədəd X1 2 il xidməti almış və nəticədə 3144,27 (üç min yüz qırx dörd manat, 27 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2646,90 (ik imin altı yüz qırx altı manat 90 qəpik) manat (18 ay x 147,05 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01663 Samsung galaxy S24, X1 2 il xidməti, paket xxxl xidməti, Samsung Charger üçün ümumilikdə, 1908,06 (bir min doqquz yüz səkki zmanat, 06 qəpik ) manat olmaqla ondan, 1734,60 (bir min yeddi yüz otuz död manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173,46 (yüz yetmş üç manat 46 qəpik) manat cərimə. 04 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1091,06 (bi rmin doxsan bir manat 06 qəpik) manat (18 ay x 58,67 manat + 35 manat ilkin ödəniş) olan İmei kod **********76533 Samsung galaxy A35, paket xxl xidməti, X1 3 il xidməti üçün ümumilikdə, 926,92 (doqquz yüz iyirmi altı manat 92 qəpik) manat olmaqla ondan, 821,20 (səkkiz yüz iyirmi bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum müştəriyə güzəşt olunaraq 82,12 (səksən iki manat, 12 qəpik) manat cərimə; 22 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 389,52 (üç yüz səksən doqquz manat 52 qəpik) manat (18 ay x 21,64 manat + 0 manat ilkin ödəniş) olan qəhvəüyüdən Delonghi, ütü Braun, 2 ədəd X1 2 il xidməti üçün ümumilikdə, 309,29 (üç yüz doqquz zmanat 29 qəpik) manat olmaqla ondan, 281,17 (iki yüz səksən bir manat 17 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28,12 (iyirmi səkkiz manat 12 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1290,51 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 28 sentyabr 2024-cü il, 04 oktyabr 2024-cü il, 22 sentyabr 2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 19 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riski müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəklərini bildirmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 28 sentyabr 2024-cü il, 04 oktyabr 2024-cü il və 22 sentyabr 2024-cü il tarixli olmaqla, 3 ədəd müqavilənin cəmi üzrə 1290,51 AZN ödəniş etmiş, onun 2836,97 AZN ödənilməmiş hissə, 283,70 AZN cərimə borcu olmaqla, ümumilikdə 3144,27 AZN borcu vardır. İş materiallarında olan: 28 sentyabr 2024-cü il tarixli ********* saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2646,90 AZN olan İMEİ kodu **********01663 Samsung Galaxy S24, X1 2 il xidməti, Paket XXXL xidməti, Samsung Charger əldə edərək ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 147,05 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 28 sentyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********01663 Samsung Galaxy S24, X1 2 il xidməti, Paket XXXL xidməti, Samsung Chargeri tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 04 oktyabr 2024-cü il tarixli ******* saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1091,06 AZN olan İMEİ kodu **********76533 Samsung galaxy A35, Paket XXL xidməti, X1 3 il xidməti əldə edərək 35 AZN ilkin ödəniş edərək 18 ay müddətinə hər ay 58,67 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 04 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********76533 Samsung galaxy A35, Paket XXL xidməti, X1 3 il xidməti tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 22 sentyabr 2024-cü il tarixli 03738319 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 389,52 AZN olan Qəhvəüyüdən Delonghi, Ütü Braun, 2 ədəd X1 2 il xidməti əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 21,64 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 22 sentyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Qəhvəüyüdən Delonghi, Ütü Braun, 2 ədəd X1 2 il xidməti tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 19 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 28 sentyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə yaranmış 1734,60 (bir min yeddi yüz otuz dörd manat 60 qəpik) manat, 2) 04 oktyabr 2024-cü il tarixli ******* saylı müqavilə üzrə yaranmış 821,20 (səkkiz yüz iyirmi bir manat 20 qəpik) manat, 3) 22 sentyabr 2024-cü il tarixli 03738319 saylı müqavilə üzrə yaranmış 281,17 (iki yüz səksən bir manat 17 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 28 sentyabr 2024-cü il, 04 oktyabr 2024cü il, 22 sentyabr 2024-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 28 sentyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 173,46 (bir yüz yetmiş üç manat 46 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 17,34 AZN (on yeddi manat 34 qəpik), 2) 04 oktyabr 2024cü il tarixli ******* saylı müqavilə üzrə hesablanmış 82,12 (səksən iki manat 12 qəpik) manat cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 8,21 AZN (səkkiz manat 21 qəpik), 3) 22 sentyabr 2024-cü il tarixli 03738319 saylı müqavilə üzrə hesablanmış 28,12 (iyirmi səkkiz manat 12 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 2,81 AZN (iki manat 81 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 1) 28 sentyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 156,12 AZN (bir yüz əlli altı manat-12 qəpik) cərimə borcu, 2) 04 oktyabr 2024-cü il tarixli ******* saylı müqavilə üzrə 73,91 AZN (yetmiş üç manat-91 qəpik) cərimə borcu və 3) 22 sentyabr 2024-cü il tarixli 03738319 saylı müqavilə üzrə 25,31 AZN (iyirmi beş manat-31 qəpik) hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum hissəsində əsassız olduğundan, həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 51,45 AZN (əlli bir manat 45 qəpik) dövlət rüsumunun 48,65 AZN (qırx səkkiz manat-65 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 28 sentyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 1734,60 (bir min yeddi yüz otuz dörd manat 60 qəpik) manat əsas borc, 17,34 AZN (on yeddi manat 34 qəpik) cərimə olmaqla, cəmi 1751,94 AZN (bir min yeddi yüz əlli dörd manat-94 qəpik) borc; 2) 04 oktyabr 2024-cü il tarixli ******* saylı müqavilə üzrə 821,20 (səkkiz yüz iyirmi bir manat 20 qəpik) manat əsas borc, 8,21 AZN (səkkiz manat 21 qəpik) cərimə olmaqla, cəmi 829,41 AZN (səkkiz yüz iyirmi doqquz manat-41 qəpik) borc; 3) 22 sentyabr 2024-cü il tarixli 03738319 saylı müqavilə üzrə 281,17 (iki yüz səksən bir manat 17 qəpik) manat əsas borc, 2,81 AZN (iki manat 81 qəpik) olmaqla, cəmi 283,98 AZN (iki yüz səksən üç manat-98 qəpik) borc, üç müqavilə üzrə cəmi 2865,33 AZN (iki min səkkiz yüz altmış beş manat-33 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 48,65 AZN (qırx səkkiz manat-65 qəpik) hissəsinin pul əvəzi olmaqla, ümumilikdə 2913,98 AZN (iki min doqquz yüz on üç manat-98 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 28 sentyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 1734,60 (bir min yeddi yüz otuz dörd manat 60 qəpik) manat əsas borc, 17,34 AZN (on yeddi manat 34 qəpik) cərimə olmaqla, cəmi 1751,94 AZN (bir min yeddi yüz əlli dörd manat-94 qəpik) borc; 2) 04 oktyabr 2024-cü il tarixli ******* saylı müqavilə üzrə 821,20 (səkkiz yüz iyirmi bir manat 20 qəpik) manat əsas borc, 8,21 AZN (səkkiz manat 21 qəpik) cərimə olmaqla, cəmi 829,41 AZN (səkkiz yüz iyirmi doqquz manat-41 qəpik) borc; 3) 22 sentyabr 2024-cü il tarixli 03738319 saylı müqavilə üzrə 281,17 (iki yüz səksən bir manat 17 qəpik) manat əsas borc, 2,81 AZN (iki manat 81 qəpik) olmaqla, cəmi 283,98 AZN (iki yüz səksən üç manat-98 qəpik) borc, üç müqavilə üzrə cəmi 2865,33 AZN (iki min səkkiz yüz altmış beş manat-33 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 48,65 AZN (qırx səkkiz manat-65 qəpik) hissəsinin pul əvəzi olmaqla, ümumilikdə 2913,98 AZN (iki min doqquz yüz on üç manat-98 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar