Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1354/2023 29.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,1) 06 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən X1 11 markalı telefon, Nokia 150 markalı telefon, Vinil mat, Vinil şəffaf üçün 428,04 manat ödənilməmiş hissə, 42,96 manat cərimə 2) 08 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A32 markalı telefon üçün 349,02 manat ödənilməmiş hissə, 34,98 manat cərimə 3) 16 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən Realme C11 markalı telefon, 2 ədəd Vinil şəffaf üçün 278,96 manat ödənilməmiş hissə, 27,04 manat cərimə və 4) 08 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A32 markalı telefon, Hoco Borofone BW10 Dream purple üçün 26,47 manat ödənilməmiş hissə, 2,53 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 1190 manat borcun, həmçinin ödənilmiş 31,90 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh,"xxxx" MMC ilə bağladığı 06 iyul 2022-ci, 08 iyul 2022-ci, 16 iyun 2022-ci və 08 iyul 2022-ci il tarixli müqavilələrə əsasən, X1 11 markalı telefon, Nokia 150 markalı telefon, Vinil mat, Vinil şəffaf, Samsung Galaxy A32 markalı telefon, Realme C11 markalı telefon, 2 ədəd Vinil şəffaf, Samsung Galaxy A32 markalı telefon, Hoco Borofone BW10 Dream purple almış və dörd müqavilə üzrə cəmi 1190 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 06 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 642,06 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 35,67 manat ödəmək şərti ilə), X1 11 markalı telefon, Nokia 150 markalı telefon, Vinil mat, Vinil şəffaf üçün 428,04 manat ödənilməmiş hissə, 42,96 manat cərimə, 2) 08 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 698,04 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 58,17 manat ödəmək şərti ilə) olan Samsung Galaxy A32 markalı telefon üçün 349,02 manat ödənilməmiş hissə, 34,98 manat cərimə, 3) 16 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 456,48 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 25,36 manat ödəmək şərti ilə) olan, Realme C11 markalı telefon, 2 ədəd Vinil şəffaf üçün 278,96 manat ödənilməmiş hissə, 27,04 manat cərimə və 4) 08 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 753,48 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 62,79 manat ödəmək şərti ilə) olan, Samsung Galaxy A32 markalı telefon, Hoco Borofone BW10 Dream purple üçün 26,47 manat ödənilməmiş hissə, 2,53 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 1190 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1467,57 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dörd müqavilə üzrə öhdəlikləri icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 06 iyul 2022-ci il tarixli 02101811 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 642,06 manat olan X1 11 markalı telefon, Nokia 150 markalı telefon, Vinil mat, Vinil şəffaf əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 35,67 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 iyul 2022-ci il tarixli 03631648 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 698,04 manat olan Samsung Galaxy A32 markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 58,17 manat olmaqla "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 16 iyun 2022-ci il tarixli 03631480 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 456,48 manat olan Realme C11 markalı telefon, 2 ədəd Vinil şəffaf əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 25,36 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 iyul 2022-ci il tarixli 03631646 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 753,48 manat olan Samsung Galaxy A32 markalı telefon, Hoco Borofone BW10 Dream purple əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 62,79 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 06 iyul 2022-ci, 08 iyul 2022-ci, 16 iyun 2022-ci və 08 iyul 2022-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh X1 11 markalı telefon, Nokia 150 markalı telefon, Vinil mat, Vinil şəffaf, Samsung Galaxy A32 markalı telefon, Realme C11 markalı telefon, 2 ədəd Vinil şəffaf və Samsung Galaxy A32 markalı telefon, Hoco Borofone BW10 Dream purple adlı əşyaları "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh dörd müqavilə üzrə cəmi 1467,57 manat ödəniş etmiş, onun: 1) 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 428,04 manat ödənilməmiş hissə, 42,96 manat cərimə, 2) 08 iyul 2022-ci il tarixli müqavilə üzrə 349,02 manat ödənilməmiş hissə, 34,98 manat cərimə, 3) 16 iyun 2022-ci il tarixli müqavilə üzrə 278,96 manat ödənilməmiş hissə, 27,04 manat cərimə və 4) 08 iyul 2022-ci il tarixli müqaviləsi üzrə 26,47 manat ödənilməmiş hissə, 2,53 manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1190 manat (1082,49 manat əsas və 107,51 manat cərimə) borcu vardır. İş materiallarında olan: 07 oktyabr 2023-cü il tarixdə göndərilmiş (poct qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; -385.1-ci maddəsinə əsasən: öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən dörd alqı-satqı müqaviləsi üzrə yaranmış 1082,49 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 06 iyul 2022-ci, 08 iyul 2022-ci, 16 iyun 2022-ci və 08 iyul 2022-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, 06 iyul 2022-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 3 (üç) manat, 08 iyul 2022-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 3 (üç) manat, 16 iyun 2022-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2 (iki) manat, 08 iyul 2022-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən olunmalıdır. Qalan hissədə - 98,51 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31,90 manat dövlət rüsumunun 30,91 manatı (otuz manat 91 qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə hakim hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 iyul 2022-ci il tarixli müqaviləsi üzrə 428,04 manat (dörd yüz iyirmi səkkiz manat 04 qəpik) əsas, 3 (üç) manat cərimə, 08 iyul 2022-ci il tarixli müqaviləsi üzrə 349,02 manat (üç yüz qırx doqquz manat 02 qəpik) əsas, 3 (üç) manat cərimə, 16 iyun 2022-ci il tarixli müqaviləsi üzrə 278,96 manat (iki yüz yetmiş səkkiz manat 96 qəpik) əsas, 2 (iki) manat cərimə, 08 iyul 2022-ci il tarixli ikinci müqaviləsi üzrə 26,47 manat (iyirmi altı manat 47 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 1091,49 manat (min doxsan bir manat 49 qəpik) borc, həmçinin ödənilmiş 30,91 manat (otuz manat 91 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyul 2022-ci il tarixli müqaviləsi üzrə 428,04 manat (dörd yüz iyirmi səkkiz manat 04 qəpik) əsas, 3 (üç) manat cərimə, 08 iyul 2022-ci il tarixli müqaviləsi üzrə 349,02 manat (üç yüz qırx doqquz manat 02 qəpik) əsas, 3 (üç) manat cərimə, 16 iyun 2022-ci il tarixli müqaviləsi üzrə 278,96 manat (iki yüz yetmiş səkkiz manat 96 qəpik) əsas, 2 (iki) manat cərimə, 08 iyul 2022-ci il tarixli müqaviləsi üzrə 26,47 manat (iyirmi altı manat 47 qəpik) əsas, 2 (iki) manat cərimə borcu olmaqla cəmi 1091,49 manat (min doxsan bir manat 49 qəpik) borc, həmçinin ödənilmiş 30,91 manat (otuz manat 91 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1354/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1354/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver