Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-140/2025 19.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 12 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, BOSCH ətçəkən üçün 660,20 (altı yüz altmış manat 20 qəpik) manat ödənilməmiş hissə, 66,80 (altmış altı manat 80 qəpik) manat cərimə; 2) 02 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********64866 SAMSUNG GALAXY A14 markalı telefon, HD GLASS, fashıon case, SAMSUNG charger, Fritoz Tefal, çörək bişirən Panasonic üçün 602,92 (altı yüz iki manat 92 qəpik) manat ödənilməmiş hissə, 60,08 (altmış manat 08 qəpik) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1390 manat borcun və 33,90 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 12 aprel 2024-cü il və 02 sentyabr 2023-cü il tarixli iki müqaviləyə əsasən, BOSCH ətçəkən, SAMSUNG GALAXY A14 markalı telefon, HD GLASS, fashıon case, SAMSUNG charger, Fritoz Tefal, çörək bişirən Panasonic almış və cəmi 1390 manat borcu yaranmışdır. Belə ki, qeyd olunan avadanlıqları aldıqdan sonra, cavabdeh, müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 02 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1663,92 manat olan (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 138,66 manat ödəmək şərti ilə) SAMSUNG GALAXY A14 markalı telefon, HD GLASS, fashıon case, SAMSUNG charger, Fritoz Tefal, çörək bişirən Panasonic üçün ümumilikdə 663 manat olmaqla ondan, 602,92 manat ödənilməmiş hissə, 60,08 manat cərimə, 2) 12 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700,20 manat olan (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 38,90 manat ödəmək şərti ilə) SAMSUNG GALAXY A14 markalı telefon, HD GLASS, fashıon case, SAMSUNG charger, Fritoz Tefal, çörək bişirən Panasonic üçün ümumilikdə 777 manat olmaqla ondan 660,20 manat ödənilməmiş hissə, güzəşt olaraq 66,80 manat cərimə borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 1101 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəliklərini icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(040)-140/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 17 fevral 2025-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini, 2 müqavilə üzrə cəmi 1263,12 manat əsas borcu ödəməyə razı olduğunu bildirmişdir. Maddi imkanı zəif olduğundan cərimə borcundan azad etməyi, növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan: 02 sentyabr 2023-cü il tarixli 11224283 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1663,92 manat olan SAMSUNG GALAXY A14 markalı telefon, HD GLASS, fashıon case, SAMSUNG charger, Fritoz Tefal, çörək bişirən Panasonic əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 138,66 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 12 aprel 2024-cü il tarixli 03237670 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 700,20 manat olan BOSCH ətçəkən əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 38,90 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə cəmi 1101 manat ödəniş etmiş, onun 02 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 602,92 manat əsas, 60,08 manat cərimə, 12 aprel 2024-cü il tarixli ikinci müqavilə üzrə 660,20 manat əsas, 66,80 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 1390 manat (1263,12 manat əsas, 126,88 manat cərimə) borcu vardır. İş materiallarında olan: 02 sentyabr 2023-cü il və 12 aprel 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən BOSCH ətçəkən, SAMSUNG GALAXY A14 markalı telefon, HD GLASS, fashıon case, SAMSUNG charger, Fritoz Tefal, Panasonic çörək bişirəni tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 19 noyabr 2024-cü il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 1263,12 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 02 sentyabr 2023-cü və 12 aprel 2024-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 02 sentyabr 2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 06 (altı) manat, 12 aprel 2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 06,60 (altı manat 60 qəpik) manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33,90 manat dövlət rüsumunun 32,75 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1) 02 sentyabr 2023cü il tarixli 11224283 nömrəli müqavilə üzrə yaranmış 602,92 AZN (altı yüz iki manat-92 qəpik) əsas borc və 06 AZN (altı) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 608,92 AZN (altı yüz səkkiz manat-92 qəpik) borc, 2) 12 aprel 2024-cü il tarixli 03237670 nömrəli müqavilə üzrə yaranmış 660,20 AZN (altı yüz altmış manat-20 qəpik) əsas borc və 06,60 AZN (altı manat-60 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 666,80 AZN (altı yüz altmış altı manat-80 qəpik) borc, iki müqavilə üzrə cəmi 1275,72 AZN (bir min iki yüz yetmiş beş manat-72 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 32,75 AZN (otuz iki manat-75 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1308,47 AZN (bir min üç yüz səkkiz manat-47 qəpik) manat tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1) 02 sentyabr 2023-cü il tarixli 11224283 nömrəli müqavilə üzrə yaranmış 602,92 AZN (altı yüz iki manat-92 qəpik) əsas borc və 06 AZN (altı manat) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 608,92 AZN (altı yüz səkkiz manat-92 qəpik) borc, 2) 12 aprel 2024-cü il tarixli 03237670 nömrəli müqavilə üzrə yaranmış 660,20 AZN (altı yüz altmış manat-20 qəpik) əsas borc və 06,60 AZN (altı manat-60 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 666,80 AZN (altı yüz altmış altı manat-80 qəpik) borc, iki müqavilə üzrə cəmi 1275,72 AZN (bir min iki yüz yetmiş beş manat-72 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 32,75 AZN (otuz iki manat- 75 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1308,47 AZN (bir min üç yüz səkkiz manat-47 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-140/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-140/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver