Məhkəmə qərarları › İş №e-2(040)-1413/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1413/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1413/2025 27.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alqı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 14 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 948,52 AZN (doqquz yüz qırx səkkiz manat 52 qəpik) ödənilməmiş hissə, 94,85 AZN (doxsan dörd manat 85 qəpik) cərimə, 2) 20 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54166 X2 13, Paket L xidməti üçün 371,84 AZN (üç yüz yetmiş bir manat 84 qəpik) ödənilməmiş hissə, X1 ödənilən 23,60 AZN (iyirmi üç manat 60 qəpik) rüsum, 37,18 AZN (otuz yeddi manat 18 qəpik) cərimə olmaqla, ümumilikdə 1476 AZN (bir min dörd yüz yetmiş altı) borc və 34,76 AZN (otuz dörd manat 76 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2024-cü il, 20 dekabr 2024-cü il tarixli müqavilələrə əsasən Paltaryuyan Samsung, İMEİ Kod **********54166 X3 13, Paket L xidməti almış və nəticədə 1476 (min dörd yüz yetmiş altı manat) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1315, 08 (min üç yüz on beş manat, 08 qəpik) manat (18 ay x 73,06 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung üçün ümumilikdə, 1043,37 (min qırx üç manat, 37 qəpik) manat olmaqla ondan, 948,52 (doqquz yüz qırx səkkiz manat, 52 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 94,85 (doxsan dörd manat, 85 qəpik) manat cərimə; 20 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 495,84 (dörd yüz doxsan beş manat, 84 qəpik) manat (12 ay x 41,32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********54166 X3 13, Paket L xidməti üçün ümumilikdə, 432,62 (dörd yüz otuz iki manat, 62 qəpik) manat olmaqla ondan, 371,84 (üç yüz yetmiş bir manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 37,18 (otuz yeddi manat, 18 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 490,56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 14 oktyabr 2024-cü il, 20 dekabr 2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 18 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 14 oktyabr 2024-cü il tarixli 09535755 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1315,08 (bir min üç yüz on beş manat 08 qəpik) manat olan Paltaryuyan Samsung əldə edərək ilkin ödəniş etmədən, 18 (on səkkiz) ay müddətinə hər ay 73,06 (yetmiş üç manat 06 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 366,56 AZN ödəniş etmiş, onun 948,52 AZN ödənilməmiş hissə, 94,85 AZN cərimə borcu olmaqla, ümumilikdə 1043,37 AZN borcu vardır. İş materiallarında olan: 14 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Paltaryuyan Samsung-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 20 dekabr 2024-cü il tarixli 654043 saylı müavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 495,84 (dörd yüz doxsan beş manat 84 qəpik) manat olan İMEi kodu **********54166 X2 13, Paket L xidməti əldə edərək ilkin ödəniş etmədən 12 (on iki) ay müddətinə hər ay 41,32 (qırx bir manat 32 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə 124 AZN ödəniş etmiş, onun 371,84 AZN ödənilməmiş hissə, X1 ödənilən 23,60 AZN rüsum, 37,18 AZN cərimə borcu olmaqla, ümumilikdə 432,62 AZN borcu vardır. İş materiallarında olan: 20 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEi kodu **********54166 X2 13, Paket L xidmətinı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 18 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 948,52 AZN (doqquz yüz qırx səkkiz manat 52 qəpik), 2) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə yaranmış 371,84 AZN (üç yüz yetmiş bir manat 84 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddianın cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə 1) 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 94,85 AZN (doxsan dörd manat 85 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 9,48 AZN (doqquz manat 48 qəpik), 2) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 37,18 AZN (otuz yeddi manat 18 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,71 AZN (üç manat 71 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 85,37 AZN (səksən beş manat- 37 qəpik) cərimə borcu və 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə 33,47 AZN (otuz üç manat-47 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat 60 qəpik) rüsum hissəsində əsassız olduğundan, həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,76 AZN (otuz dörd manat 76 qəpik) dövlət rüsumunun 33,33 AZN (otuz üç manat 33 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 948,52 AZN (doqquz yüz qırx səkkiz manat 52 qəpik) əsas borc, 9,48 AZN (doqquz manat 48 qəpik) cərimə olmaqla, cəmi 958 AZN (doqquz yüz əlli səkkiz) borc; 2) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə 371,84 AZN (üç yüz yetmiş bir manat 84 qəpik) əsas borc, 3,71 AZN (üç manat 71 qəpik) cərimə olmaqla, cəmi 375,55 AZN (üç yüz yetmiş beş manat 55 qəpik) borc, iki müqavilə üzrə cəmi 1333,55 AZN (bir min üç yüz otuz üç manat 55 qəpik) borc və ödənilmiş dövlət rüsumunun 33,33 AZN (otuz üç manat 33 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1366,88 AZN (bir min üç yüz altmış altı manat 88 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 948,52 AZN (doqquz yüz qırx səkkiz manat 52 qəpik) əsas borc, 9,48 AZN (doqquz manat 48 qəpik) cərimə olmaqla, cəmi 958 AZN (doqquz yüz əlli səkkiz) borc; 2) 20 dekabr 2024-cü il tarixli müqavilə üzrə 371,84 AZN (üç yüz yetmiş bir manat 84 qəpik) əsas borc, 3,71 AZN (üç manat 71 qəpik) cərimə olmaqla, cəmi 375,55 AZN (üç yüz yetmiş beş manat 55 qəpik) borc, iki müqavilə üzrə cəmi 1333,55 AZN (bir min üç yüz otuz üç manat 55 qəpik) borc və ödənilmiş 33,33 AZN (otuz üç manat 33 qəpik) dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 1366,88 AZN (bir min üç yüz altmış altı manat 88 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar