Məhkəmə qərarları › İş №e-2(040)-1433/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-1433/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-1433/2024 19.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı- "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh- Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 760 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. AZEMİS “Elektron məhkəmə informasiya sistemi”ndə şəxsin fərdi məlumatları bölməsindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh 20 may 2021-ci il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Yuxarıda sadalananlara əsaslanaraq hesab edirəm ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair hazırki iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinin müddəalarından görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, hesab edirəm ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh öldüyündən iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildir və Mülki Prosessual Məcəllənin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən, iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən, ərizənin yolverilməzliyinə görə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar