Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1452/2025 18.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 25 mart 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23629 olan “Xiaomi Redmi 13C” markalı telefon, “Paket M” xidməti üçün 92,12 AZN (doxsan iki manat-12 qəpik) ödənilməmiş hissə, 9,21 AZN (doqquz manat-21 qəpik) cərimə, 2) 06 mart 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********4319 olan “OPPO A40M” markalı telefon üçün 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,60 AZN (iyirmi üç manat-60 qəpik), 41,49 AZN (qırx bir manat-49 qəpik) cərimə, 3) 12 mart 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48912 olan “OPPO A40M” markalı telefon üçün 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 AZN (iyirmi üç manat-60 qəpik), 41,49 AZN (qırx bir manat-49 qəpik) cərimə olmaqla, ümumilikdə 1061,36 AZN (min altmış bir manat-36 qəpik) məbləğdə borcun və iddiaçı tərəfindən ödənilmiş 30,62 AZN (otuz manat-62 qəpik) dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 06 mart 2025-ci il, 12 mart 2025-ci il və 25 mart 2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********4319 olan “OPPO A40M” markalı telefon, İMEİ kodu **********48912 olan “OPPO A40M” markalı telefon, İMEİ kodu **********23629 olan “Xiaomi Redmi 13C” markalı telefon, “Paket M” xidməti almış və nəticədə 1061,36 AZN (min altmış bir manat-36 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06 mart 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 439,92 AZN (dörd yüz otuz doqquz manat-92 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 24,44 manat ödəmək şərtilə) İMEİ kodu **********4319 olan “OPPO A40M” markalı telefon üçün ümumilikdə, 480,01 AZN (dörd yüz səksən manat-01 qəpik) olmaqla, ondan, 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 AZN (iyirmi üç manat-60 qəpik), müştəriyə güzəşt olunaraq 41,49 AZN (qırx bir manat-49 qəpik) cərimə; 12 mart 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 439,92 AZN (dörd yüz otuz doqquz manat-92 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 24,44 manat ödəmək şərtilə) İMEİ kodu **********4319 olan “OPPO A40M” markalı telefon üçün ümumilikdə, 480,01 AZN (dörd yüz səksən manat-01 qəpik) olmaqla, ondan, 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 AZN (iyirmi üç manat-60 qəpik), müştəriyə güzəşt olunaraq 41,49 AZN (qırx bir manat-49 qəpik) cərimə; 25 mart 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 330,66 AZN (üç yüz otuz manat-66 qəpik) olan (ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 18,37 manat ödəmək şərtilə) olan İMEİ kodu **********23629 olan “Xiaomi Redmi 13C” markalı telefon, “Paket M” xidməti üçün ümumilikdə, 101,33 AZN (yüz bir manat-33 qəpik) olmaqla, ondan, 92,12 AZN (doxsan iki manat-12 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,21 AZN (doqquz manat- 21 qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 288,54 AZN (iki yüz səksən səkkiz manat-54 qəpik) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 06 mart 2025-ci il, 12 mart 2025-ci il, 25 mart 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 07 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 18 noyabr 2025-ci il tarixdə məhkəmənin dəftərxanasına yazılı etiraz təqdim edərək, iddianı qəbul etmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli e-2(040)-1452/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi 15 yanvar 2026-cı il tarixli məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 921,96 AZN (doqquz yüz iyirmi bir manat-96 qəpik) əsas borcu imkanı olduqca hissə-hissə ödəyəcəkdir (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 mart 2024cü il tarixli ********** nömrəli müqavilədən görünür ki, bu müqavilə qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı, xidmət(lər)i “ABC”yə sifariş verir, “ABC” həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə müştəriyə təqdim edir. müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir. Bu müddət ərzində müştərinin həyata keçirəcəyi növbəti sifarişlər (alışlar) zamanı hazırki müqavilə şərtləri eynilə tətbiq ediləcəkdir. İş materiallarında olan: 25 mart 2024-cü il tarixli 05076250 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 330,66 manat olan “Xiaomi Redmi 13C 4/128 GB” markalı telefon, “Paket M” xidməti əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 18,37 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 25 mart 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Xiaomi Redmi 13C” markalı telefonu və “Paket M” xidmətini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 mart 2024cü il tarixli ********** nömrəli müqaviləyə 06 mart 2025-ci il tarixli əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 439,92 manat olan “OPPO A40M 6/256 GB” markalı telefon əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 24,44 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 06 mart 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “OPPO A40M 6/256 GB” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 mart 2024-cü il tarixli ********** nömrəli müqaviləyə 12 mart 2025-ci il tarixli əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 439,92 manat olan “OPPO A40M 6/256 GB” markalı telefon əldə edərək, ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 24,44 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 12 mart 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “OPPO A40M 6/256 GB” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 mart 2024-cü il tarixli müqavilə üzrə cəmi 238,54 manat ödəniş etmiş, 92,12 manat əsas, 9,21 manat cərimə olmaqla, cəmi 101,33 manat borcu; 06 mart 2025-ci il tarixli müqavilə üzrə cəmi 25 manat ödəniş etmiş, 414,92 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 41,49 manat cərimə olmaqla, cəmi 480,01 manat borcu; 06 mart 2025-ci il tarixli müqavilə üzrə cəmi 25 manat ödəniş etmiş, 414,92 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 41,49 manat cərimə olmaqla, cəmi 480,01 manat borcu-üç müqavilə üzrə cəmi 1061,36 manat borcu vardır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 07 oktyabr 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. İş materiallarında olan: 15 oktyabr 2025-ci il tarixli 76072659 nömrəli çekdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərərfindən məhkəmədə iddia qaldırılması üçün 30,62 AZN dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 saylı Zona tibbi sosial ekspert komissiyasının SEK TSE-02 №023028 nömrəli arayışının surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X1 müddətsiz ikinci qrup əlildir. əlilliyinin səbəbi: əmək zədəsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 1) 06 mart 2025-ci il tarixli müqavilə üzrə yaranmış 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) əsas borc və 04,14 AZN (dörd manat-14 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 419,06 AZN (dörd yüz on doqquz manat- 06 qəpik) borc, 2) 12 mart 2025-ci il tarixli müqavilə üzrə yaranmış 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) əsas borc və 04,14 AZN (dörd manat-14 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 419,06 AZN (dörd yüz on doqquz manat- 06 qəpik) borc, 3) 25 mart 2024-cü il tarixli müqavilə üzrə yaranmış 92,12 AZN (doxsan iki manat-12 qəpik) əsas borc və 0,92 AZN (sıfır manat-92 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 93,04 AZN (doxsan üç manat- 04 qəpik) borc həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissələrdə təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış cəmi 931,16 AZN (doqquz yüz otuz bir manat-16 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə cəmi hesablanmış 92,19 AZN (doxsan iki manat-19 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1) 06 mart 2025-ci il tarixli müqavilə 04,14 AZN (dörd manat-14 qəpik), 2) 12 mart 2025-ci il tarixli müqavilə üzrə 04,14 AZN (dörd manat-14 qəpik), 3) 25 mart 2024-cü il tarixli müqavilə üzrə 0,92 AZN (sıfır manat-92 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 82,99 AZN (səksən iki manat-99 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilən cəmi 47,20 AZN (qırx yeddi manat-20 qəpik) rüsum hissəsində və ödənilmiş dövlət rüsumunun 62 qəpik hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1) 06 mart 2025-ci il tarixli müqavilə üzrə yaranmış 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) əsas borc və 04,14 AZN (dörd manat-14 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 419,06 AZN (dörd yüz on doqquz manat- 06 qəpik) borc, 2) 12 mart 2025-ci il tarixli müqavilə üzrə yaranmış 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) əsas borc və 04,14 AZN (dörd manat-14 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 419,06 AZN (dörd yüz on doqquz manat- 06 qəpik) borc, 3) 25 mart 2024-cü il tarixli müqavilə üzrə yaranmış 92,12 AZN (doxsan iki manat-12 qəpik) əsas borc və 0,92 AZN (sıfır manat-92 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 93,04 AZN (doxsan üç manat- 04 qəpik) borc, üç müqavilə üzrə cəmi 931,16 AZN (doqquz yüz otuz bir manat-16 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 961,16 AZN (doqquz yüz altmış bir manat- 16 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə: 1) 06 mart 2025-ci il tarixli müqavilə üzrə yaranmış 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) əsas borc və 04,14 AZN (dörd manat-14 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 419,06 AZN (dörd yüz on doqquz manat- 06 qəpik) borc, 2) 12 mart 2025-ci il tarixli müqavilə üzrə yaranmış 414,92 AZN (dörd yüz on dörd manat-92 qəpik) əsas borc və 04,14 AZN (dörd manat-14 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 419,06 AZN (dörd yüz on doqquz manat- 06 qəpik) borc, 3) 25 mart 2024-cü il tarixli müqavilə üzrə yaranmış 92,12 AZN (doxsan iki manat-12 qəpik) əsas borc və 0,92 AZN (sıfır manat-92 qəpik) cərimə borcu olmaqla həmin müqavilə üzrə cəmi 93,04 AZN (doxsan üç manat- 04 qəpik) borc, üç müqavilə üzrə cəmi 931,16 AZN (doqquz yüz otuz bir manat-16 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 961,16 AZN (doqquz yüz altmış bir manat- 16 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1452/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1452/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver