Məhkəmə qərarları › İş №e-2(040)-1526/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1526/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1526/2025 26.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alqı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 09 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********93789 X2 13, 2 ədəd Paket M xidməti, X1 1 il xidməti üçün 397,50 AZN (üç yüz doxsan yeddi manat 50 qəpik) ödənilməmiş hissə, 39,75 AZN (otuz doqquz manat 75 qəpik) cərimə, 2) 24 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, İMEi kodu **********29901 Samsung Galaxy A16, Vinil Şəffaf, Paket L xidməti, X1 2 il xidməti üçün 557,08 AZN (beş yüz əlli yeddi manat 08 qəpik) ödənilməmiş hissə, 55,71 AZN (əlli beş manat 71 qəpik) cərimə olmaqla, ümumilikdə 1050,04 AZN (bir min əlli manat 04 qəpik) borc və 30,51 AZN (otuz manat 51 qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2025-ci il, 24 fevral 2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********20060 X3 14, İmei kod **********93789 X3 13, 2 ədəd Paket M xidməti, 2 ədəd X1 1 il xidməti, İmei kod **********29901 Samsung Galaxy A16, Vinil Mat, Vinil Şəffaf, Paket L xidməti, X1 2 il xidməti almış və nəticədə 1050,04 (bir min əlli manat 4 qəpik) manat borc yaranmışdır. Cavabdeh 09 fevral 2025-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1074,96 (bir min yetmiş dörd manat 96 qəpik) manat (18 ay x 59,72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********20060 X3 14, İmei kod **********93789 X2 13, 2 ədəd Paket M xidməti, 2 ədəd X1 1 il xidməti üçün ümumilikdə 437,25 (dörd yüz otuz yeddi manat 25 qəpik) manat olmaqla, ondan, 397,50 (üç yüz doxsan yeddi manat 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39,75 (otuz doqquz manat 75 qəpik) manat cərimə pulu, 24 fevral 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 670,14 (altı yüz yetmiş manat 14 qəpik) manat (18 ay x 37,23 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29901 Samsung Galaxy A16, Vinil Mat, Vinil Şəffaf, Paket L Xidməti, X1 2 il xidməti üçün ümumilikdə 612,79 (altı yüz on iki manat 79 qəpik) manat olmaqla, ondan, 557,08 (beş yüz əlli yeddi manat 8 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55,71 (əlli beş manat 71 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh 09 fevral 2025-ci il tarixli müqaviləsinə əsasən, 24 fevral 2025-ci il tarixində İmei kod **********20060 X3 14, X1 1 il xidmətindən imtina etmiş və məhsul 563,46 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 09 fevral 2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 114 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 563,46 manat, 24 fevral 2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 113,06 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış 09 fevral 2025-ci il, 24 fevral 2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 28 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 09 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1074,96 (bir min yetmiş dörd manat 96 qəpik) manat olan İMEİ kodu **********93789 X2 13, 2 ədəd Paket M xidməti, X1 1 il xidməti əldə edərək ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə hər ay 59,72 (əlli doqquz manat 72 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 09 fevral 2025-ci il tarixli müqavilə üzrə 114+563,46 AZN (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 677,46 AZN) ödəniş etmiş, onun 397,50 AZN ödənilməmiş hissə, 39,75 AZN cərimə borcu olmaqla, ümumilikdə 437,25 AZN borcu vardır. İş materiallarında olan: 09 fevral 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********93789 X2 13, 2 ədəd Paket M xidməti, X1 1 il xidmətii tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 24 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 670,14 (altı yüz yetmiş manat 14 qəpik) manat olan İMEi kodu **********29901 Samsung Galaxy A16, Vinil Şəffaf, Paket L xidməti, X1 2 il xidməti əldə edərək ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə hər ay 37,23 (otuz yeddi manat 23 qəpik) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 24 fevral 2025-ci il tarixli müqavilə üzrə 113,06 AZN ödəniş etmiş, onun 557,08 AZN ödənilməmiş hissə, 55,71 AZN cərimə borcu olmaqla, ümumilikdə 612,79 AZN borcu vardır. İş materiallarında olan: 24 fevral 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********29901 Samsung Galaxy A16, Vinil Şəffaf, Paket L xidməti, X1 2 il xidməti tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 28 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 09 fevral 2025-ci il tarixli müqavilə üzrə yaranmış 397,50 AZN (üç yüz doxsan yeddi manat 50 qəpik), 2) 24 fevral 2025-ci il tarixli müqavilə üzrə yaranmış 557,08 AZN (beş yüz əlli yeddi manat 08 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddianın cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə 1) 09 fevral 2025-ci il tarixli müqavilə üzrə hesablanmış 39,75 AZN (otuz doqquz manat 75 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,97 AZN (üç manat 97 qəpik), 2) 24 fevral 2025-ci il tarixli müqavilə üzrə hesablanmış 55,71 AZN (əlli beş manat 71 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 5,57 AZN (beş manat 57 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - iki müqavilənin cəmi üzrə 85,92 AZN (səksən beş manat 92 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,51 AZN (otuz manat 51 qəpik) dövlət rüsumunun 30 AZN (otuz) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 1) 09 fevral 2025-ci il tarixli müqavilə üzrə 397,50 AZN (üç yüz doxsan yeddi manat 50 qəpik) əsas borc, 3,97 AZN (üç manat 97 qəpik) cərimə olmaqla, cəmi 401,47 AZN (dörd yüz bir manat 47 qəpik) borc; 2) 24 fevral 2025-ci il tarixli müqavilə üzrə 557,08 AZN (beş yüz əlli yeddi manat 08 qəpik) əsas borc, 5,57 AZN (beş manat 57 qəpik) cərimə olmaqla, cəmi 562,65 AZN (beş yüz altmış iki manat 65 qəpik) borc, iki müqavilə üzrə cəmi 964,12 AZN (doqquz yüz altmış dörd manat 12 qəpik) borc və ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 994,12 AZN (doqquz yüz doxsan dörd manat 12 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 09 fevral 2025-ci il tarixli müqavilə üzrə 397,50 AZN (üç yüz doxsan yeddi manat 50 qəpik) əsas borc, 3,97 AZN (üç manat 97 qəpik) cərimə olmaqla, cəmi 401,47 AZN (dörd yüz bir manat 47 qəpik) borc; 2) 24 fevral 2025-ci il tarixli müqavilə üzrə 557,08 AZN (beş yüz əlli yeddi manat 08 qəpik) əsas borc, 5,57 AZN (beş manat 57 qəpik) cərimə olmaqla, cəmi 562,65 AZN (beş yüz altmış iki manat 65 qəpik) borc, iki müqavilə üzrə cəmi 964,12 AZN (doqquz yüz altmış dörd manat 12 qəpik) borc və ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 994,12 AZN (doqquz yüz doxsan dörd manat 12 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar