Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1609/2025 23.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 16 mart 2025-ci il tarixli müqaviləyə əsasən, X4 üçün 536,52 (beş yüz otuz altı manat 52 qəpik) manat ödənilməmiş hissə, 53,65 (əlli üç manat 65 qəpik) manat cərimə, 2) 10 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********02340 X5 13 markalı telefon üçün 420,72 (dörd yüz iyirmi manat 72 qəpik) manat ödənilməmiş hissə, 23,60 (iyirmi üç manat 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 42,07 (qırx iki manat 07 qəpik) manat cərimə, 3) 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEi kodu **********98965 X5 13 markalı telefon üçün 308,58 (üç yüz səkkiz manat 58 qəpik) manat ödənilməmiş hissə, 30,86 (otuz manat 86 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1416 (bir min dörd yüz on altı) manat borc və 34,16 (otuz dörd manat 16 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16 mart 2025-ci il, 10 yanvar 2025-ci il, 20 oktyabr 2024-cü il tarixli müqavilələrə əsasən, X3, İmei Kodu **********02340 X6 13 markalı telefon, İmei Kodu **********98965 X6 13 markalı telefon almış və nəticədə 1416 (min dörd yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 568,08 (beş yüz altmış səkkiz manat, 08 qəpik) manat (18 ay x 31,56 manat + 0 manat ilkin ödəniş) olan X3 üçün ümumilikdə, 590,17 (beş yüz doxsan manat, 17 qəpik) manat olmaqla ondan, 536,52 (beş yüz otuz altı manat, 52 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53,65 (əlli üç manat,65 qəpik) manat cərimə. 10 yanvar 2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 541,08 (beş yüz qırx bir manat,08 qəpik) manat (18 ay x 30,06 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********02340 X6 13 markalı telefon üçün ümumilikdə, 486,39 (dörd yüz səksən altı manat,39 qəpik) manat olmaqla ondan, 420,72 (dörd yüz iyirmi manat, 72 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 42,07 (qırx iki manat, 07 qəpik) manat cərimə; 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 462,96 (dörd yüz altmış iki manat, 96 qəpik) manat (18 ay x 25,72 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********98965 X6 13 markalı telefon almış üçün ümumilikdə, 339,44 (üç yüz otuz doqquz manat, 44 qəpik) manat olmaqla ondan, 308,58 (üç yüz səkkiz manat, 58 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30,86 (otuz manat, 86 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 306,30 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 16 mart 2025-ci il, 10 yanvar 2025-ci il, 20 oktyabr 2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 18 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 16 mart 2025-ci il, 10 yanvar 2025-ci il və 20 oktyabr 2024-cü il tarixli olmaqla, 3 ədəd müqavilənin cəmi üzrə 306,30 AZN ödəniş etmiş, onun 1265,82 AZN ödənilməmiş hissə, X2 ödənilən 23,60 AZN rüsum, 126,58 AZN cərimə borcu olmaqla, ümumilikdə 1416 AZN borcu vardır. İş materiallarında olan: 16 mart 2025-ci il tarixli ********** saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 568,08 AZN olan X4 əldə edərək ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 31,56 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 16 mart 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh X4 tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 10 yanvar 2025-ci il tarixli ********* saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 541,08 AZN olan İMEİ kodu **********02340 X5 13 markalı telefon əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30,06 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 10 yanvar 2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********02340 X5 13 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 20 oktyabr 2024-cü il tarixli 13908776 saylı müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 462,96 AZN olan İMEİ kodu **********98965 X5 13 markalı telefon əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 25,72 AZN olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 20 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********98965 X5 13 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 18 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 16 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə yaranmış 536,52 (beş yüz otuz altı manat 52 qəpik) manat, 2) 10 yanvar 2025-ci il tarixli ********** saylı müqavilə üzrə yaranmış 420,72 (dörd yüz iyirmi manat 72 qəpik) manat, 3) 20 oktyabr 2024-cü il tarixli 13908776 saylı müqavilə üzrə yaranmış 308,58 (üç yüz səkkiz manat 58 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 16 mart 2025-ci il, 10 yanvar 2025-ci il, 20 oktyabr 2024-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 1) 16 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 53,65 (əlli üç manat 65 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 5,36 (beş manat 36 qəpik) manat, 2) 10 yanvar 2025-ci il tarixli ********** saylı müqavilə üzrə hesablanmış 42,07 (qırx iki manat 07 qəpik) manat cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 4,20 (dörd manat 20 qəpik) manat, 3) 20 oktyabr 2024-cü il tarixli 13908776 saylı müqavilə üzrə hesablanmış 30,86 (otuz manat 86 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,08 (üç manat 08 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 1) 16 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə 48,29 AZN (qırx səkkiz manat-29 qəpik) cərimə borcu, 2) 10 yanvar 2025-ci il tarixli ********** saylı müqavilə üzrə 37,87 AZN (otuz yeddi manat-87 qəpik) cərimə borcu və 3) 20 oktyabr 2024-cü il tarixli 13908776 saylı müqavilə üzrə 27,78 AZN (iyirmi yeddi manat-78 qəpik) hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmçinin İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum hissəsində əsassız olduğundan, həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 51,45 AZN (əlli bir manat 45 qəpik) dövlət rüsumunun 32,78 (otuz iki manat 78 qəpik) manat hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 16 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə 536,52 (beş yüz otuz altı manat 52 qəpik) manat əsas borc, 5,36 (beş manat 36 qəpik) manat cərimə olmaqla, cəmi 541,88 (beş yüz qırx bir manat 88 qəpik) manat borc; 2) 10 yanvar 2025-ci il tarixli ********** saylı müqavilə üzrə 420,72 (dörd yüz iyirmi manat 72 qəpik) manat əsas borc, 4,20 (dörd manat 20 qəpik) manat cərimə olmaqla, cəmi 424,92 (dörd yüz iyirmi dörd manat 92 qəpik) manat borc; 3) 20 oktyabr 2024-cü il tarixli 13908776 saylı müqavilə üzrə 308,58 (üç yüz səkkiz manat 58 qəpik) manat əsas borc, 3,08 (üç manat 08 qəpik) manat olmaqla, cəmi 311,66 (üç yüz on bir manat 66 qəpik) manat borc, üç müqavilə üzrə cəmi 1278,46 (bir min iki yüz yetmiş səkkiz manat 46 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 32,78 (otuz iki manat 78 qəpik) manat hissəsinin pul əvəzi olmaqla, ümumilikdə 1311,24 (bir min üç yüz on bir manat 24 qəpik) manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1609/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1609/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver