Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1708/2025 03.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 01 sentyabr 2023-cü il tarixli 145738 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 834,02 (səkkiz yüz otuz dörd manat 02 qəpik) manat əsas borc, 295,40 (iki yüz doxsan beş manat 40 qəpik) manat cərimə pulu borcu olmaqla, cəmi 1129,42 (bir min yüz iyirmi doqquz manat 42 qəpik) manat, 2) 10 avqust 2023-cü il tarixli 144853 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 620,70 (altı yüz iyirmi manat 70 qəpik) manat əsas borc, 192,20 (bir yüz doxsan iki manat 20 qəpik) manat cərimə pulu borcu olmaqla, cəmi 812,90 (səkkiz yüz on iki manat 90 qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,42 (otuz doqquz manat 42 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 01 sentyabr 2023-cü il tarixli, 145738 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 671 manata nisyə telefon satmışdır. Cavabdeh hər ay 55,91 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 01-dək ödəmək şərti ilə ödəməyi öz üzərinə götürmüşdür, 10 avqust 2023-cü il tarixli 144853 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1119 manata nisyə kondisoner satmışdır. Cavabdeh hər ay 62,16 manat ödəmək şərti ilə 18 ay müddətinə, hər ayın 10dək ödəmək şərti ilə ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada 11 noyabr 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 01 sentyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən bu günə 834,02 manat əsas 295,4 manat cərimə, cəmi 1129,42 manat, 10 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən bu günə 620,7 manat əsas, 192,2 manat cərimə, cəmi 812,9 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 18 dekabr 2025-ci il tarixli müqaviləsinə əsasən 01 sentyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən bu günə 834,02 manat əsas 295,4 manat cərimə, cəmi 1129,42 manat, 10 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən bu günə 620,7 manat əsas, 192,2 manat cərimə, cəmi 812,9 manat ümumi borc yaranmışdır. Həmin sübutları cavabdehlə bağlanmış alqı-satqı müqaviləsini, ödəniş cədvəlini, təhvil təslim aktını, 11 noyabr 2025-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya bildirişinin surətini, məktubun çatması ilə bağlı xəbərnamənin surətini, MAPS Maliyyə Arayışını məhkəməyə təqdim etdiklərini bildirmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, 01 sentyabr 2023-cü il tarixli 145738 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh qiyməti 670,88 (altı yüz yetmiş manat 88 qəpik) manat olan Xiaomi Note 12S 8/256gb NFC əldə edərək, həmin məbləği ilkin ödəniş etmədən 12 (on iki) ay müddətinə hər ay 55,91 (əlli beş manat 91 qəpik) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 10 avqust 2023-cü il tarixli 144853 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh qiyməti 1118,88 (bir min yüz on səkkiz manat 88 qəpik) manat olan TCL TAC-12CHSA/XA61 əldə edərək, həmin məbləği ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə hər ay 62,16 (altmış iki manat 16 qəpik) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 18 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1) 01 sentyabr 2023-cü il tarixli 145738 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 834,02 (səkkiz yüz otuz dörd manat 02 qəpik) manat əsas borc, 295,40 (iki yüz doxsan beş manat 40 qəpik) manat cərimə pulu borcu olmaqla, cəmi 1129,42 (bir min yüz iyirmi doqquz manat 42 qəpik) manat, 2) 10 avqust 2023-cü il tarixli 144853 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 620,70 (altı yüz iyirmi manat 70 qəpik) manat əsas borc, 192,20 (bir yüz doxsan iki manat 20 qəpik) manat cərimə pulu borcu olmaqla, cəmi 812,90 (səkkiz yüz on iki manat 90 qəpik) manat təşkil edir. İş materiallarında olan: 01 sentyabr 2023-cü il və 10 avqust 2023-cü il tarixdə imzalanmış təhvil-təslim aktlarından görünür ki, Cavabdeh Xiaomi Note 12S 8/256gb NFC və TCL TAC-12CHSA/XA61 İddiaçı MMC-dən qüsursuz təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş 11 noyabr 2025-ci il tarixli (poçt qəbzi var) pretenziyadan görünür ki, Cavabdeh borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 521,70.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 834,02 (səkkiz yüz otuz dörd manat 02 qəpik)-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 01 sentyabr 2023-cü il tarixli müqavilə üzrə yaranmış 834,02 (səkkiz yüz otuz dörd manat 02 qəpik) manat və 2) 10 avqust 2023-cü il tarixli müqavilə üzrə yaranmış 620,70 (altı yüz iyirmi manat 70 qəpik) manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddianın cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə 1) 01 sentyabr 2023-cü il tarixli müqavilə üzrə hesablanmış 295,40 (iki yüz doxsan beş manat 40 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467ci maddəsinə əsasən), cavabdehin üzərində 8,34 (səkkiz manat 34 qəpik) manat, 2) 10 avqust 2023-cü il tarixli müqavilə üzrə hesablanmış 192,20 (bir yüz doxsan iki manat 20 qəpik) manat cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 6,20 (altı manat 20 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - iki müqavilənin cəmi üzrə 473,06 (dörd yüz yetmiş üç manat 06 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39,42 (otuz doqquz manat 42 qəpik) manat dövlət rüsumunun 34,69 (otuz dörd manat 69 qəpik) manat hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 1) 01 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 834,02 (səkkiz yüz otuz dörd manat 02 qəpik) manat əsas, 8,34 (səkkiz manat 34 qəpik) manat cərimə olmaqla cəmi 842,36 (səkkiz yüz qırx iki manat 36 qəpik) manat, 2) 10 avqust 2023-cü il tarixli müqavilə üzrə 620,70 (altı yüz iyirmi manat 70 qəpik) manat əsas, 6,20 (altı manat 20 qəpik) manat cərimə olmaqla cəmi 626,90 (altı yüz iyirmi altı manat 90 qəpik) manat, cəmi 1469,26 (bir min dörd yüz altmış doqquz manat 26 qəpik) manat borc və ödənilmiş 34,69 (otuz dörd manat 69 qəpik) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 1503,95 (bir min beş yüz üç manat 95 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1708/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1708/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver