Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-193/2025 13.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən, Apple adapter, vinil şəffaf, vinil mat, İPHONE 15 PRO markalı telefon üçün 4310,80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 1293,24 manat dəbbə; 12 avqust 2022-ci il tarixli müqaviləyə əsasən, paltaryuyan Toshiba, soyuducu Toshiba üçün 410 manat olmaqla ondan, 315,4 manat ödənilməmiş hissə, 94,62 manat dəbbə pulu olmaqla, ümumilikdə 6037,66 manat borc, 80,38 manat manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış 21 dekabr 2023-cü və 12 avqust 2022-ci il tarixli müqavilələrə əsasən, Apple adapter, vinil şəffaf, vinil mat, İPHONE 15 PRO markalı telefon almış, paltaryuyan Toshiba, soyuducu Toshiba və nəticədə 6037,66 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmir. Belə ki, sadalanan əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1. 21 dekabr 2023cü il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 4900 manat olan Apple adapter, vinil şəffaf, vinil mat, İPHONE 15 PRO markalı telefon üçün, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 272,27 manat olmaqla, 4310,80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 1293,24 manat dəbbə pulu, cəmi 5627,64 manat, 2. 12 avqust 2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2860,02 manat olan paltaryuyan Toshiba, soyuducu Toshiba üçün 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 158,89 manat olmaqla, 315,40 manat ödənilməmiş hissə, 94,62 manat dəbbə pulu, cəmi 410,02 manat borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 3134,68 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 21 dekabr 2023-cü və 12 avqust 2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 21 dekabr 2023 il tarixli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 4900,86 manat olan Apple adapter, vinil şəffaf, vinil mat, İPHONE 15 PRO markalı telefon üçün, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 272,27 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 12 avqust 2022-ci il tarixli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, alqı-satqı qiyməti 2860,02 manat olan paltaryuyan Toshiba, soyuducu Toshiba üçün 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 158,89 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 dekabr 2023-cü il tarixli müqavilə üzrə 590,06 manat ödəniş etmiş, onun 4310,80 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 1293,24 manat dəbbə pulu olmaqla, cəmi 5627,64 manat borcu, 12 avqust 2022-ci il tarixli müqavilə üzrə 2544,62 manat ödəniş etmiş, 315,40 manat əsas, 94,62 manat dəbbə pulu olmaqla, cəmi 410,02 manat borcu, ümumilikdə 2 müqavilə üzrə 4626,20 manat ödənilməmiş əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 1387,86 manat dəbbə pulu olmaqla, cəmi 6037,66 manat borcu vardır. İş materiallarında olan: 21 dekabr 2023-cü il və 12 avqust 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Apple adapter, vinil şəffaf, vinil mat, İPHONE 15 PRO markalı telefonu və paltaryuyan Toshiba, soyuducu Toshiba tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 02 dekabr 2024-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 4626,20 manat (dörd min altı yüz iyirmi altı manat 20 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə iki müqavilə üzrə hesablanmış 1387,86 manat (bir min üç yüz səksən yeddi manat 86 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1. 21 dekabr 2023-cü il tarixli müqavilə üzrə 43,10 AZN (qırx üç manat-10 qəpik) manat, 2. 12 avqust 2022-ci il tarixli müqavilə üzrə 3,15 AZN (üç manat- 15 qəpik), cəmi 46,25 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 1341,61 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 80,38 manat dövlət rüsumunun 66,72 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1) 12 avqust 2022-ci il tarixli 04092101 nömrəli müqavilə üzrə yaranmış 315,40 AZN (üç yüz on beş manat-40 qəpik) əsas borc və 3,15 AZN (üç manat-15 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 318,55 AZN (üç yüz on səkkiz manat-55 qəpik) borc, 2) 21 dekabr 2023-cü il tarixli 03575720 nömrəli müqavilə üzrə yaranmış 4310,80 (dörd min üç yüz on manat-80 qəpik) əsas borc, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat (iyirmi üç manat- 60 qəpik) və 43,10 AZN (qırx üç manat-10 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 4377,50 AZN (dörd min üç yüz yetmiş yeddi manat-50 qəpik) borc, iki müqavilə üzrə cəmi 4696,05 AZN (dörd min altı yüz doxsan altı manat-05 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 66,72 AZN (altmış altı manat-72 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 4762,77 AZN (dörd min yeddi yüz altmış iki manat- 77 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-193/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-193/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver