Məhkəmə qərarları › İş №e-2(040)-204/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-204/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-204/2024 01.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,1) 19 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən Panasonic musiqi mərkəzi, tozsoran Panasonic üçün 741,32 manat ödənilməmiş hissə, 74,68 manat cərimə 2) 01 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən Gree kondisioner, Samsung led tv üçün 442,96 manat ödənilməmiş hissə, 44,04 manat cərimə 3) 27 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Hoffmann üçün 151,5 manat ödənilməmiş hissə, 15,5 manat cərimə, 4) 12 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən Samsung S21 Ultra case üçün 138 manat ödənilməmiş hissə, 13 manat cərimə və 5) 28 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən X1 9 markalı telefon üçün 56,4 manat ödənilməmiş hissə, 5,6 manat cərimə olmaqla, cəmi beş müqavilə üzrə 1683 manat borcun, həmçinin ödənilmiş 36,83 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh,"xxxx" MMC ilə bağladığı 19 avqust 2020-ci, 01 fevral 2020-ci, 27 fevral 2020-ci, 12 aprel 2021-ci və 28 oktyabr 2020-ci il tarixli müqavilələrə əsasən, Panasonic musiqi mərkəzi, tozsoran Panasonic, Gree kondisioner, Samsung led tv, Soyuducu Hoffmann, Samsung S21 Ultra case, X1 9 markalı telefon almış və beş müqavilə üzrə cəmi 1683 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 19 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1779,6 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 148,3 manat ödəmək şərti ilə), Panasonic musiqi mərkəzi, tozsoran Panasonic üçün 741,32 manat ödənilməmiş hissə, 74,68 manat cərimə, 2) 01 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1594,8 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 88,6 manat ödəmək şərti ilə) olan Gree kondisioner, Samsung led tv üçün 442,96 manat ödənilməmiş hissə, 44,04 manat cərimə, 3) 27 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 545,4 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 30,3 manat ödəmək şərti ilə) olan, Soyuducu Hoffmann üçün 151,5 manat ödənilməmiş hissə, 15,5 manat cərimə, 4) 12 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 144,3 manat (ilkin ödəniş 6,3 manat etməklə, 3 ay müddətinə hər ay 46 manat ödəmək şərti ilə) olan, Samsung S21 Ultra case üçün 138 manat ödənilməmiş hissə, 13 manat cərimə və 5) 28 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 712,8 manat (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 59,4 manat ödəmək şərti ilə) olan, X1 9 markalı telefon üçün 56,4 manat ödənilməmiş hissə, 5,6 manat cərimə olmaqla, cəmi beş müqavilə üzrə 1683 manat məbləğində borcu yaranmışdır. Cavabdehin beş müqavilə üzrə cəmi ödədiyi məbləğ 2590,32 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh beş müqavilə üzrə öhdəlikləri icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 19 avqust 2020-ci il tarixli 21089446 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1779,6 manat olan Panasonic musiqi mərkəzi, tozsoran Panasonic əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 148,3 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 01 fevral 2020-ci il tarixli 20072868 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1594,8 manat olan Gree kondisioner, Samsung led tv əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 88,6 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 27 fevral 2020-ci il tarixli 20130462 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 545,4 manat olan Soyuducu Hoffmann əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 30,3 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 12 aprel 2021-ci il tarixli 22460206 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 144,3 manat olan Samsung S21 Ultra case əldə edərək, həmin məbləği ilkin ödəniş 6,3 manat etməklə, 3 ay müddətinə hər ay 46 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 28 oktyabr 2020-ci il tarixli 21280883 saylı müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 712,8 manat olan X1 9 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətinə hər ay 59,4 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 19 avqust 2020-ci, 01 fevral 2020-ci, 27 fevral 2020-ci, 12 aprel 2021-ci və 28 oktyabr 2020-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh Panasonic musiqi mərkəzi, tozsoran Panasonic, Gree kondisioner, Samsung led tv, Soyuducu Hoffmann, Samsung S21 Ultra case və X1 9 markalı telefon adlı əşyaları "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh beş müqavilə üzrə cəmi 2590,32 manat ödəniş etmiş, onun: 1) 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 741,32 manat ödənilməmiş hissə, 74,68 manat cərimə, 2) 01 fevral 2020-ci il tarixli müqavilə üzrə 442,96 manat ödənilməmiş hissə, 44,04 manat cərimə, 3) 27 fevral 2020-ci il tarixli müqavilə üzrə 151,5 manat ödənilməmiş hissə, 15,5 manat cərimə, 4) 12 aprel 2021-ci il tarixli müqaviləsi üzrə 138 manat ödənilməmiş hissə, 13 manat cərimə və 5) 28 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə 56,4 manat ödənilməmiş hissə, 5,6 manat cərimə olmaqla, ümumilikdə beş müqavilə üzrə 1683 manat (1530,18 manat əsas və 152,82 manat cərimə) borcu vardır. İş materiallarında olan: 06 dekabr 2023-cü il tarixdə göndərilmiş (poct qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; -385.1-ci maddəsinə əsasən: öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən beş alqı-satqı müqaviləsi üzrə yaranmış 1530,18 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 19 avqust 2020-ci, 01 fevral 2020-ci, 27 fevral 2020-ci, 12 aprel 2021-ci və 28 oktyabr 2020-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 5 (beş) manat, 01 fevral 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 3 (üç) manat, 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2 (iki) manat, 12 aprel 2021-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat və 28 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən olunmalıdır. Qalan hissədə - 140,82 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36,83 manat dövlət rüsumunun 35,42 manat (otuz beş manat 42 qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə hakim hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 741,32 manat (yeddi yüz qırx bir manat 32 qəpik) əsas, 5 (beş) manat cərimə, 01 fevral 2020-ci il tarixli müqaviləsi üzrə 442,96 manat (dörd yüz qırx iki manat 96 qəpik) əsas, 3 (üç) manat cərimə, 27 fevral 2020-ci il tarixli müqaviləsi üzrə 151,5 manat (yüz əlli bir manat 50 qəpik) əsas, 2 (iki) manat cərimə, 12 aprel 2021-ci il tarixli müqaviləsi üzrə 138 (yüz otuz səkkiz) manat əsas, 1 (bir) manat cərimə və 28 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə 56,4 manat (əlli altı manat 40 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 1542,18 manat (min beş yüz qırx iki manat 18 qəpik) borc, həmçinin ödənilmiş 35,42 manat (otuz beş manat 42 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 19 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 741,32 manat (yeddi yüz qırx bir manat 32 qəpik) əsas, 5 (beş) manat cərimə, 01 fevral 2020-ci il tarixli müqaviləsi üzrə 442,96 manat (dörd yüz qırx iki manat 96 qəpik) əsas, 3 (üç) manat cərimə, 27 fevral 2020-ci il tarixli müqaviləsi üzrə 151,5 manat (yüz əlli bir manat 50 qəpik) əsas, 2 (iki) manat cərimə, 12 aprel 2021-ci il tarixli müqaviləsi üzrə 138 (yüz otuz səkkiz) manat əsas, 1 (bir) manat cərimə və 28 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə 56,4 manat (əlli altı manat 40 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla cəmi 1542,18 manat (min beş yüz qırx iki manat 18 qəpik) borc, həmçinin ödənilmiş 35,42 manat (otuz beş manat 42 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar