Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-226/2025 25.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə qalıq borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçi "Monetri” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh X6 arasında bağlanmış 15 noyabr 2022-cu il tarixlı ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat- 48 qəpik) məbləğdə qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 111,62 AZN (bir yüz on bir manat- 62 qəpik) məbləğdə dövlət rüsumunun cavabdehlər X7 və X2 müştərək qaydada tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyət Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- mətndə "xxxx" MMC adlandırılacaq) ilə Cavabdeh1 arasında 15 noyabr 2022-ci il tarixi ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 1 (bir) ədəd 2013-cü il buraxılışı olan “Kia Optima” minik markalı, 5XXGR4A60EG279003 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 17200 AZN (on yeddi min iki yüz manat) təşkil edir. 15 noyabr 2022-ci il tarixli ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında 15 noyabr 2022ci il tarixli 4333 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh X4 15 nöyab 2022-ci il tarixl ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin ıcra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinqalan 15 dekabr 2022-cı ildən 15 noyabr 2025-ci ilədək hər ayın 15-i tarixində lizinqverənin bank hesabına 656,88 AZN (altı yüz əlli altı manat- 88 qəpik) məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinqalan Cavabdeh1 müqavilə üzrə öhdəliyini uzun muddət ıcra etməyərək lizinq haqqı ödənişini həyata keçirməmişdir. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri almışdır. Lizinq predmeti olar 2013-cü il buraxılışı olan “Kia Optima” minik markalı 5XXGR4A60EG279005 ban nömrəli nəqliyyat vasitəsi geri alınarkən zədəli olmuş və işlək vəziyyətdə olmamışdır. “Tax Audit and Consulting Services" MMC tərəfindən tərtb edilmiş “Avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2013-cu il buraxılışı olan “Kia Optima” markalı, 5XXGR4A60EG279003 ban nömrəli nəqliyyat vasitəsinin 28 dekabr 2023-cü il tarixə bazar dəyəri 9000 (doqquz min) AZN məbləğdə müəyyənləşdirilib (həmin rəy iddia ərizəsinə əlavə edilir). 12 fevral 2024-cü il tarixli 04 nömrəli alğı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 9000 AZN (doqquz min manat) məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC (satıcı) tərəfindən X5 (alıcı) satılmışdır. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 9000 AZN (doqquz min manat) məbləğdə pul vəsaiti Cavabdeh1 iddiaçı - "Monetri BOKT” MMCyə olan borcundan çıxılıb. "xxxx" MMC tərəfindən tərtb olunan maliyyə arayışına əsasən, Cavabdeh1 iddiaçı "xxxx" MMC-yə olan qalıq əsas borcu cəmi 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat-48 qəpik) təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyının icra edilməsinə dar müxtəlf vaxtlarda pretenziya məktubları ünvanlanmışdır (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsınə əlavə edilmişdir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Müki Məcəlləsinin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 747.1ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur, lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İşin təkzibedilməz halıdır ki, tərəflər arasında 15 noyabr 2022-cı il tarixli ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra edərək cavabdehə 2013-cü İl buraxılışı olan "Kia Optima” mink markalı, 5XXGR4A60EG279003 ban nömrəli nəqliyyat vasitəsini (lızıng obyekti) cavabdeh X3 müvəqqəti sahiblik və istifadəsinə verib. Lakın buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərin gecikdirərək icra etməməyə başlayıb. Halbuki, Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdə çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülkı Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülkı Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditor dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müki Məcəllənin 443:5-cı maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər; əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənn 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünü nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mulki Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətda icra edilməməsi; 445.2.2. icra muddəti çatanadək kreditorun etdyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Mulkı Məcəllənin 462 1-cı maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləgidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 15 noyabr 2022 cı il tarxlı ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsinin 3.1.4-cü bəndinə əsasən, lizinqalan müqavilə ilə muəyyən edilmiş müddətdə odənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün uçün lizinq obyektinin cari dəyərinin 0,376 məbləğində dəbbə pulunun ödənilməsini tələb ədə bilər. Mülkı Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsın hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaga görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mulki Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmın vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 15 noyabr 2022 cı il tarixlı ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsinin 12.1-ci bəndinə əsasən, lizınqalan tərəfındən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinqalan lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlənnə və ya lizinq obyektinin təyinata uyğun deyilsə; 12.1.2 lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinqalan lizinq ödənışlərini muəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinqverən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcalan arasında bağlanmış 15 noyabr 2022-ci il tarixi ML/4333 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən, borcalan zaminliklə təmin odilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən, borcalanın BOKT qarşısındaki öhdəliktəri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc, faizlər, cərimə, dəbbə pulu) həcmində, yəni tam öhdəlik özrə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472 1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya laziminca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamınlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mulki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca İcra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinın ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hesab edirlər kı, 15 noyabr 2022-ci il tarıxlı ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə qalıq əsas borc – 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat- 48 qəpik) məbləğdə pul vəsaitinin cavabdehlərdən birdəfəlik müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qanunauyğun və ədalətlidir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 22 yanvar 2025-ci il tarixdə keçirilmiş,məhkəmə baxışı iclası 25 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına bxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -Lizinqverən "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə lizinqalan Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli ML/4333 nömrəli “Maliyyə lizinqi müqaviləsi”ndən görünür ki, müqaviləyə əsasən: Lizinqverən Lizinqalan tərəfindən seçilmiş 1 (bir) ədəd 2013-cü il buraxılışlı “Kia Optima minik” markalı, “5XXGR4A60EG279003” ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra- lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinqalana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və müvəqqəti istifadəyə verməyi, lizinqalan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilə üzrə lizinq məbləği 17200 AZN (on yeddi min iki yüz manat) təşkil edir və lizinq illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə verilmişdir. Həmin müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinqalan 15 dekabr 2022-cı ildən 15 noyabr 2025-ci ilədək hər ayın 15-i tarixində lizinqverənin bank hesabına 656,88 AZN (altı yüz əlli altı manat- 88 qəpik) məbləğdə lizinq haqqı ödəməlidir. -15 noyabr 2022-ci il tarixli ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında 15 noyabr 2022-ci il tarixli 4333 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh X4 15 noyabr 2022-ci il tarixl ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin ıcra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. -15 noyabr 2022-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-yə məxsus “Kia Optima minik” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, “5XXGR4A60EG279003” ban nömrəli avtomobil müştəri Cavabdeh1 təhvil verilmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş “Avtomobilin qiymətləndirilməsi barədə ekspert rəyi”ndən görünür ki, 2013-cü il buraxılışlı, “Kia Optima” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti barədə “texniki və kosmetik təmirə ehtiyacı var” qeydi verilmiş, orta bazar dəyəri 9000 AZN (doqquz min manat) dəyərində qiymətləndirilmişdir. -Satıcı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-nin direktoru X8 və alıcı X9 arasında bağlanmış 12 fevral 2024-cü il tarixli 04 nömrəli “Alğı-satqı müqaviləsi”ndən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-yə məxsus 1 (bir) ədəd 2013-cü il buraxılışlı, “Kia Optima” minik markalı, 5XXGR4A60EG279003 ban nömrəli, **-AG-*** nömrəli minik avtomobili X1 razılaşdırılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin elektron məlumat bazısından əldə olunmuş arayışın kağız daşıyıcıda olan surətindən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC hal-hazırda (23 avqust 2024-cü il tarixdən etibarən) Monetri” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti adlanır. -"xxxx" MMC tərəfindən tərtib olunmuş 21 noyabr 2024-cü il tarixli 1479/24 nömrəli “Cavabdeh1 15 noyabr 2022-ci il tarixli 4333 nömrəli lizinq müqaviləsi üzrə iddiaçı Monetri BOKT” MMC-yə olan lizinq borcunun hesablanması haqqında Arayış”dan görünür ki: lizinq məbləği- 17200 AZN (on yeddi min iki yüz manat), lizinq müqaviləsi üzrə son ödənilmiş borc məbləği- 9000 AZN (doqquz min manat), lizinq müqaviləsi üzrə hal-hazırda möcud olan ümumi borcun məbləği- 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat) hesablanmışdır. -"xxxx" MMC tərəfindən tərtib olunmuş və Cavabdeh1 (lizinqalana) göndərilmiş (müvafiq poçt qəbzləri vardır) 08 yanvar 2023-cü il tarixli 005/24 saylı və 21 oktyabr 2024cü il tarixli 1300/24 nömrəli bildirişlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh lizinqlana mübahisənin məhkəmədənkənar həlli ilə bağlı təkliflər göndərilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Müki Məcəlləsinin: -385.1-ci maddəsində qeyd edilr ki, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər. göstərməli və ta və ya müəyyən hərəkətdə çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəl ədə nəzərdə tutulmuş digər əsaslar nət cəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xdmət ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla ıçr edi məsi) başa düşülür. borcludur. -443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditor dəymiş zərərin əvəzini ödəməyə borcludur. -443.5-cı maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər; əgər borclu öhdəliyi bu müddətdə də ıcra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın İstifadəsinə verməyə borcludur, lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə -445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gec kdırm nəbicəs ndə vurdugu zərər uçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkuünsuzluyunu nəticələn üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətda icra edilməməsi; 445.2.2. icra muddəti çatanadək kreditorun etdyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. -448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsın hesabına pul vəsattıni əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaga görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. -449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmın vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. -462.1-cı maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləgidir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya ləziminca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamınlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca İcra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinın ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Müqavilə şərtləri: Tərəflər arasında bağlanmış olan 15 noyabr 2022 cı il tarxlı ML/4333 nömrəli “Maliyyə lizinqi müqaviləsi”nin: -3.1.4-cü bəndinə əsasən, lizinqalan müqavilə ilə muəyyən edilmiş müddətdə odənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün uçün lizinq obyektinin cari dəyərinin 0,376 məbləğində dəbbə pulunun ddənilməsini tələb ədə bilər; -12.1-ci bəndinə əsasən, lizınqalan tərəfındən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinqalan lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlənnə və ya lizinq obyektinin təyinata uyğun deyilsə; 12.1.2 lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və y onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinqalan lizinq ödənışlərini muəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmr və ya üş dəfədən artıq ödənişi gecikdinbsə), lizinqverən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Tərəflər arasında bağlanmış olan 15 noyabr 2022 cı il tarxlı 4333 nömrəli Zaminlik müqaviləsinin: -2.2-ci bəndinə əsasən, zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcalan arasında bağlanmış 15 noyabr 2022-ci il tarixi ML/4333 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -2.3-cü bəndinə əsasən, borcalan zaminliklə təmin odilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra otmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır. Zamirlik müqaviləsinin 2.4-cü bəndinə əsasən, borcalanın BOKT qarşısındaki öhdəliktəri icra etməməsi ve ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc, faizlər, cərimə, dəbbə pulu) həcmində, yəni tam öhdəlik özrə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, iddiaçı- lizinqverən İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh- lizinqalan Cavabdeh1 arasında mövcud olan 15 noyabr 2022 cı il tarxlı ML/4333 nömrəli “Maliyyə lizinqi müqaviləsi” üzrə Cavabdeh1 İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə hal-hazırda 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat- 48 qəpik) məbləğdə borcu vardır. Monetri BOKT” MMC (lizinqverən) ilə cavabdeh X4 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli 4333 nömrəli Zaminlik müqaviləsinə əsasən, cavabdeh X4 15 nöyab 2022ci il tarixl ML/4333 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə lizinqalan Cavabdeh1 öhdəliklərin ıcra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Deməli, cavabdeh (zamin) X4 digər cavabdeh-lizinqalan Cavabdeh1 ilə yaranmış lizinq borcu öhdəliyi üzrə birgə məsuliyyət daşıyır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 (lizinqalan) və Cavabdeh2 (lizinqverən) birgə qaydada İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 15 noyabr 2022-ci il tarixli ML/4333 nömrəli “Maliyyə lizinqi müqaviləsi” üzrə 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat-48 qəpik) qalıq əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 111,62 AZN (yüz on bir manat-62 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 9273,10 AZN (doqquz min iki yüz yetmiş üç manat-10 qəpik) məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbəe tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 15 noyabr 2022-ci il tarixli ML/4333 nömrəli “Maliyyə lizinqi müqaviləsi” üzrə 9161,48 AZN (doqquz min bir yüz altmış bir manat-48 qəpik) qalıq əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 111,62 AZN (yüz on bir manat-62 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 9273,10 AZN (doqquz min iki yüz yetmiş üç manat-10 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-226/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-226/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver