Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-243/2025 05.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13 mart 2024-cü il tarixli müqaviləyə əsasən, BLACKVİEW TAB 60 markalı planşet üçün 389,2 manat ödənilməmiş hissə, 116,76 manat cərimə, 15 mart 2024-cü il, tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ A3 markalı telefon üçün 253,4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 76,02 manat cərimə, 22 fevral 2024-cü il tarixli müqaviləyə əsasən, İNQALYATOR BEURER üçün 172,7 manat ödənilməmiş hissə, 51,81 manat cərimə, 20 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən, HONOR X9A markalı telefon üçün 872,9 manat ödənilməmiş hissə, 261,87 manat cərimə, ümumilikdə 2218,26 manat borc, 42,19 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 13 mart 2024-cü il, 15 mart 2024-cü il, 22 fevral 2024-cü il, 20 dekabr 2023-cü il tarixli müqavilələrə əsasən, BLACKVİEW TAB 60 markalı planşet, XİAOMİ REDMİ A3 markalı telefon, İNQALYATOR BEURER, HONOR X9A markalı telefon almış və nəticədə 2218,26 manat borc yaranmışdır. Belə ki, sadalanan əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1. 13 mart 2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 468,18 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 26,01 manat ödəmək şərti ilə), BLACKVİEW TAB 60 markalı planşet üçün 389,20 manat ödənilməmiş hissə, 116,76 manat cərimə, cəmi 505,96 manat; 2. 15 mart 2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 325,98 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə 18,11 manat ödəniş etmək şərtilə XİAOMİ REDMİ A3 markalı telefon üçün 253,4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 76,02 manat cərimə, 3. 22 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 214,56 manat (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 11,92 manat ödəmək şərti ilə cavabdeh aldığı İNQALYATOR BEURER üçün 172,70 manat ödənilməmiş hissə, 51,81 manat cərimə, cəmi 224,51 manat; 4. 20 dekabr 2023-cü tarixli alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008,15 manat (ilkin ödəniş 0 manat etməklə, 15 ay müddətinə hər ay 67,21 manat ödəmək şərti ilə cavabdeh aldığı HONOR X9A markalı telefon üçün 872,90 manat ödənilməmiş hissə, 261,87 manat cərimə, cəmi 1134,77 manat borcu yaranmışdır. Cavabdehin 4(dörd) müqavilə üzrə cəmi ödədiyi məbləğ 328,67 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 13 mart 2024-cü tarixli müqavilə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 468,18 manat olan BLACKVİEW TAB 60 markalı planşet əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 26,01 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 15 mart 2024-cü tarixli müqavilə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 325,98 manat olan XİAOMİ REDMİ A3 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 18,11 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 22 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 214,56 manat olan İNQALYATOR BEURER əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətinə hər ay 11,92 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 20 dekabr 2023-cü tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 1008,15 manat olan HONOR X9 A markal telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 0 manat etməklə, 15 ay müddətinə hər ay 67,21 manat ödəmək şərti ilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 13 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 78,98 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 389,20 manat, cərimə üzrə 116,76 manat, 15 mart 2024-cü tarixli müqaviləsi üzrə 72,58 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 253,40 manat, cərimə üzrə 76,02 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 22 fevral 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə 41,86 manat ödəniş etmiş, onun borcu 172,70 manat əsas, 51,81 manat cərimə, 20 dekabr 2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə 135,25 manat ödəniş etmiş, onun borcu 872,90 manat əsas, 261,87 manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə borcu 2218,26 manat (1688,20 manat əsas, 506,46 dəbbə pulu) təşkil edir. İş materiallarında olan: 04 noyabr 2024-cü il tarixdə göndərilən (iş materiallarında poçt qəbzi vardır) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən dörd alqı-satqı müqaviləsi üzrə yaranmış 1688,20 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hesab edirəm ki, cavabdehə dörd müqavilə üzrə hesablanmış 506,46 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 13 mart 2024-cü tarixli müqavilə üzrə 5 (beş) manat, 15 mart 2024-cü tarixli müqavilə üzrə 3 (üç) manat, 22 fevral 2024-cü tarixli müqavilə üzrə 1 (bir) manat, 20 dekabr 2023-cü tarixli müqavilə üzrə 8 (səkkiz) manat, cəmi 17 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 489,46 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42,19 manat dövlət rüsumunun 37,05 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 13 mart 2024-cü tarixli müqavilə üzrə 389,20 manat (üç yüz səksən doqquz manat 20 qəpik) əsas, 5 (beş) manat cərimə, 15 mart 2024-cü tarixli müqaviləsi üzrə 253,40 manat (iki yüz əlli üç manat 40 qəpik) əsas, 3 (üç) manat cərimə, 22 fevral 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə 172,70 manat (bir yüz yetmiş iki manat 70 qəpik) əsas, 1 (bir) manat cərimə, 20 dekabr 2023-cü tarixli alqısatqı müqaviləsi üzrə 872,90 manat (səkkiz yüz yetmiş iki manat 90 qəpik) əsas, 8 (səkkiz) manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1705,20 manat (bir min yeddi yüz beş manat 20 qəpik) borc və ödənilmiş 37,05 manat (otuz yeddi manat 05 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 13 mart 2024-cü tarixli müqavilə üzrə 389,20 manat (üç yüz səksən doqquz manat 20 qəpik) əsas, 5 (beş) manat cərimə, 15 mart 2024-cü tarixli müqaviləsi üzrə 253,40 manat (iki yüz əlli üç manat 40 qəpik) əsas, 3 (üç) manat cərimə, 22 fevral 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə 172,70 manat (bir yüz yetmiş iki manat 70 qəpik) əsas, 1 (bir) manat cərimə, 20 dekabr 2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə 872,90 manat (səkkiz yüz yetmiş iki manat 90 qəpik) əsas, 8 (səkkiz) manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1705,20 manat (bir min yeddi yüz beş manat 20 qəpik) borc və ödənilmiş 37,05 manat (otuz yeddi manat 05 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə, 1742,25 manat (bir min yeddi yüz qırx iki manat 25 qəpik) tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-243/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-243/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver