Məhkəmə qərarları › İş №e-2(040)-258/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-258/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-258/2025 25.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 612 AZN (altı yüz on iki manat) məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzinin alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 08 mart 2022-ci il saat 16:15 radələrində Bakı şəhərinin Buzovna qəsəbəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və iddiaçı "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYP əməkdaşı tərəfindən tərtib olunan TP4891628 saylı qərara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmamamışdır (İXM-in 332.1-ci maddəsi ilə). "xxxx" MMC tərəfindən tərtib edilmiş “Qüsur aktı”nda göstərilmişdir. ki, “Mercedes Benz GL 500” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 612,00 (altı yüz on iki) manat təşkil edir. Bununla əlaqədar olaraq, İddiaçı ASC tərəfindən iş üzrə PXA 106083/22 saylı sığorta aktı tərtib edilərək zərərçəkmişə dəymiş zərərə görə 612,00 (altı yüz on iki) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlbsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta odənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ia. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a,) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanınının 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstəriləm əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs fərəfindən istismar edilməsi, bu zaman, muvafiq əmlak buna huququ olmayan şəxs tərəfindən sığortalının va ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 21 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron ərizə göndərərək, iddia ərizəsinə əlavə olunan sübutlara əsaslanaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sübutlar: İş materiallarında olan: Bakı şəhəri Xəzər Rayon Dövlət X2 səlahiyyətli vəzifəli şəxsi polis mayoru X1 tərəfindən İXP4495803 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 mart 2022-ci il tarixli TP4891628 nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 08 mart 2022-ci il tarixdə “Mercedes Benz C200” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli PXA106083 saylı “Sığorta aktı”nın surətindən görünür ki, 08 mart 2022-ci il tarixdə Bakı şəhərinin Buzovna qəsəbəsinin ərazisində sığortalı Cavabdeh1 idarə etdiyi tarixdə “Mercedes Benz C200” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 612,0 (altı yüz on iki) manat hesablanmış, “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Qasımov Zaur Fəzail oğluna sığorta ödənişi olaraq 612,0 (altı yüz on iki) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəymiş zərərin hesablanmasına dair 10 mart 2022-ci il tarixdə tərtib olunmuş “Qiymətləndirmə aktı”ndan görünür ki, “Mercedes Benz GL 550” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 612 (altı yüz on iki) manat ziyan dəymişdir (o cümlədən: işçilik toplam- 582 manat, ehtiyat hissələrinin qiyməti-30 manat). Tətbiq edilməli olan hüquq normaları: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, o cümlədən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 08 mart 2022-ci il saat 16:15 radələrində Bakı şəhəri Zəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Cavabdeh1 tərəfindən idarə olunan, PXA 106083/22 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 612 (altı yüz on iki) manat məbləğdə ziyan dəymiş, baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Dövlət X3 səlahiyyətli vəzifəli şəxsi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 08 mart 2022-ci il tarixli TP4891628 nömrəli inzibati tənbehvermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi) maddələri ilə təqsirli bilinmiş və inzibati qaydada cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 612,0 (altı yüz on iki) manat sığorta ödənişi edilmişdir. Bununla da, eyni zamanda Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etməsi səbəbindən, "xxxx" ASC-nin cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, icbari qaydada sığortalanmış, Cavabdeh2 məxsus “Mercedes Benz C200” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən 08 mart 2022-ci il tarixdə etibarnaməsiz idarə edilməsi zamanı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz GL 500” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 612 (altı yüz on iki) manat miqdarında ziyan dəymişdir. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə də iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 612,0 (altı yüz on iki) manat pul vəsaiti birgə qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyinə görə cavabdehlərdən iddiaçı tərəfindən ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun pul əvəzi də birgə qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 612 AZN (altı yüz on iki manat), həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, cəmi 642 AZN (altı yüz qırx iki manat) məbləğdə pul vəsaiti birgə qaydada tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar