Məhkəmə qərarları › İş №e-2(040)-270/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-270/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-270/2025 19.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 3050 manat məbləğində sığorta ödənişi, 50,50 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının, cəmi 3100,50 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 07 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində "xxxx" ASC-də (bundan sonra – Cəmiyyət və ya İddiaçı) 04 fevral 2022-ci il tarixli, PAG**********-1/1 şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, “Hyundai Gets” markalı avtomobilin sürücüsü X7 və sərnişin X2 zərər vurmaya aid xəsarət almışdırlar. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Gets” markalı avtomobilə dəymiş zərərə görə 1550 (bir min beş yüz əlli) manat, X4 və X2 yüngül zərər vurmağa görə hər birinə 750 (yeddi yüz əlli) manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 3050 (üç min əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi haqqında 31 mart 2023-cü il tarixli yekun aktında, yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1 550 (bir min beş yüz əlli) manat təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 39 nömrəli 12 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X4 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 50 nömrəli 12 yanvar 2023cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X6 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli, 092/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai Gets” markalı avtomobilə dəymiş zərərə, X4 və X2 yüngül zərər vurmaya görə ümumillikdə ödənilmiş 3050 (üç min əlli) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilsə də, o bu günədə qədər ödənişi həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: A-PAG 0421/23 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-də 04 fevral 2022-ci il tarixdən 04 fevral 2023-cü il tarixədək sığortalanmış “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X8 Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üçün 1550 (bir min beş yüz əlli) manat sığorta ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: A-PAG 0420/23 saylı sığorta aktının surətindən görünür ki, "xxxx"” ASC-də 04 fevral 2022-ci il tarixdən 04 fevral 2023-cü il tarixədək sığortalanmış “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X5 750 (yeddi yüz əlli) manat sığorta ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: A-PAG 0419/23 saylı sığorta aktının surətindən görünür ki, "xxxx"” ASC-də 04 fevral 2022-ci il tarixdən 04 fevral 2023-cü il tarixədək sığortalanmış “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X8 750 (yeddi yüz əlli) manat sığorta ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 39 nömrəli 12 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X1 qısa müddətdə pozulmasına səbəb ola biləcək yüngül zərər vurulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 50 nömrəli 12 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X3 qısa müddətdə pozulmasına səbəb ola biləcək yüngül zərər vurulmuşdur. İş materiallarında olan: Gəncə Şəhər Baş Polis İdarəsinin 09 mart 2023-cü il tarixli 3- 13-57/2-7598/2023 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ın surətindən görünür ki, Cavabdeh 07 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi ərazisində yol-nəqliyyat hadisəsini törətməklə Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və “Hyundai Gets” markalı avtomobilin sürücüsü X7 və sərnişin X2 zərər vurmaya aid xəsarət almışdırlar. İş materiallarında olan: Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən tərtib olunan cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı Cavabdeh istifadəsində olan “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 04 fevral 2022-ci il tarixdən 04 fevral 2023-cü il tarixədək olan müddət üzrə sığorta etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 07 yanvar 2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, “Hyundai Gets” markalı avtomobilin sürücüsü X7 və sərnişin X2 zərər vurmaya aid xəsarət almışdırlar. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Gets” markalı avtomobilə dəymiş zərərə görə 1550 (bir min beş yüz əlli) manat, X4 və X2 yüngül zərər vurmağa görə hər birinə 750 (yeddi yüz əlli) manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 3050 (üç min əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-cimaddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanuvericilik normalarına əsasən hesab edirəm ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, 07 yanvar 2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Gets” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, “Hyundai Gets” markalı avtomobilin sürücüsü X7 və sərnişin X2 zərər vurmaya aid xəsarət almışdırlar. İddiaçı (sığorta edən) yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Gets” markalı avtomobilə dəymiş zərərə görə 1550 (bir min beş yüz əlli) manat, X4 və X2 yüngül zərər vurmağa görə hər birinə 750 (yeddi yüz əlli) manat olmaqla, cəmiyyət tərəfindən ümumillikdə 3050 (üç min əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmiş, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. İddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 3050 (üç min əlli) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, həmçinin iddia təmin edildiyi üçün ödənilmiş 50,50 (əlli manat 50 qəpik) manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının pul əvəzi cavabdehlərdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrinin müddəalarını rəhbər tutaraq, qətetdim: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 3050 (üç min əlli) manat pul və ödənilmiş 50,50 (əlli manat 50 qəpik) manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə, 3100,90 manat (üç min bir yüz manat 90 qəpik) birgə qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar