Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-305/2025 12.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11 aprel 2018-ci il tarixli M-3321 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış borcuna görə 999 (doqquz yüz doxsan doqquz) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 999 ( doqquz yüz doxsan doqquz) manat pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeryrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, sahibkarlıqla məşğul olan fiziki şəxs X3 ilə (VÖEN **********) Cavabdeh arasında “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq 11 aprel 2018-ci il tarixli M-3321 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində olan “Sintra” modelli sutəmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 11 aprel 2018-ci il tarixli M-3321 saylı müqavilənin şərtlərinə görə cavabdeh olan -Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında 11 aprel 2018-ci il tarixli M-3321 saylı alğı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 150 (yüz əlli) manat ilkin ödəniş edərək 2.4-cü bəndində göstərilən qaydada 9 ay müddətinə olmaqla hər ayın 01-dən gec olmayaraq, hər ay 150 (yüz əlli) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh 11 aprel 2018-ci il tarixli M-3321 saylı alğısatqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 999 (doqquz yüz doxsan doqquz) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 999 (doqquz yüz doxsan doqquz) manat təşkil edir. Fiziki şəxs (VÖEN ********** əsasında fəaliyyət göstərən) X3 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Qeyd olunanlara əsasən, alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 11 aprel 2018-ci il tarixli M-3321 saylı alğı-satqı müqaviləsi üzrə borcuna görə 999 (doqquz yüz doxsan doqquz) manat, cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 999 (doqquz yüz doxsan doqquz) manat pul tutulmalıdır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 28 yanvar 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən ona qarşı “pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilərək ondan 11 aprel 2018-ci il tarixli M-3321 saylı alğı-satqı müqaviləsi üzrə borca görə 999 (doqquz yüz doxsan doqquz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının tələbinin hüquqi əsasını 11 aprel 2018-ci il tarixli, M-3321 saylı müqavilə təşkil edir. Həmin müqavilənin 2.4-cü bəndinə görə müqavilə 9 ay müddətinə bağlanıb. Yəni müqavilə bağlanandan 9 ay sonra -2019-cu ilin yanvar ayından artıq müqavilənin müddəti bitib. Bunu iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir. Müqavilə müddəti bitəndən 6 (altı) il sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib ondan 999 (doqquz yüz doxsan doqquz) manat pul tutulmasını tələb etmişdir. İddiaçının tələbi əsassızdır. Hətta iddiaçı özü də tələbindən əmin deyil və əsaslandıra bilməyib ki, bu borc hardan və necə hesablanaraq yaranmışdır. İddiaçı dövlət rüsumunu çox ödəməsin deyə tələbini 1000 (min) manat belə yazmamışdır. Çünki iddiaçı özü də yaxşı anlayır ki, tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (MM 373.2). Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir (MM 374.1).Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (MM 375.1). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM 375.2). Odur ki, qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MM-nin 372- 375-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı MMC-nin ona qarşı 999 (doqquz yüz doxsan doqquz) manat pulun tutulması barədə tələbinə iddia müddətini tətbiq edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2(040)-305/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 11 aprel 2018-ci il tarixli M-3321 nömrəli müqavilədən görünür ki, Cavabdeh X1 alqı-satqı qiyməti 1499 manat olan, “su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissəsi olan aksessuarlar” alaraq ilkin ödəniş 150 manat etməklə, 9 ay müddətinə hər ay 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür (lakin müqavilə alıcı Cavabdeh tərəfindən imzalanmamışdır-hakimin qeydi). İş materiallarında olan: 11 aprel 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Sintra” firmasının istehsalı olan su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri, zəmanət talonu, istismar təlimatı və 1 ədəd pambıq filteri, 1 ədəd kömür filteri, 1 ədəd kristal filteri, 1 ədəd ana membran filteri, 1 ədəd kokos filteri, 1 ədəd minerallaşdırıcı filteri, 1 ədəd TDS (total dissolved solids) kimi aksessuarlar satıcı X3 tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir (lakin təhvil-təslim aktı alıcı Cavabdeh tərəfindən imzalanmamışdırhakimin qeydi). İş materiallarında olan: İddiaçı MMC ilə (hüquq əldə edən) X3 (hüquq sahibi) arasında imzalanan 30 iyul 2019-cu il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə”nin surətindən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin, qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri, həmçinin, ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt edir, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -655.1-ci maddəsinə əsasən, faktorinq- pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir; faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisə predmetinin əsasını təşkil edən 11 aprel 2018-ci il tarixli M-3321 nömrəli alğı-satqı müqaviləsi və 11 aprel 2018-ci il tarixli təhvil-təslim aktı alıcı qismində qeyd edilən Cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 11 aprel 2018-ci il tarixli M-3321 nömrəli alğı-satqı müqaviləsi 9 ay müddətinə bağlandığından müqavilənin müddəti 11 yanvar 2019-cu il tarixdə bitmişdir. Hazırki iddia ərizəsi 16 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur; cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-305/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-305/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver