Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-308/2025 13.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1) 26 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 330,90 (üç yüz otuz manat 90 qəpik) manat ödənilməmiş hissə, 99,27 (doxsan doqquz manat 27 qəpik ) manat cərimə; 2) 02 may 2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Led TV üçün 1129,60 (bir min yüz iyirmi doqquz manat 60 qəpik) manat ödənilməmiş hissə, 338,88 (üç yüz otuz səkkiz manat 88 qəpik) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1898,65 manat borcun və 38,99 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 26 aprel 2021-ci il və 02 may 2021-ci il tarixli iki müqaviləyə əsasən, Hoffmann markalı soyuducu, Samsung Led TV almış və cəmi 1898,65 manat borcu yaranmışdır. Belə ki, qeyd olunan avadanlıqları aldıqdan sonra, cavabdeh, müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 26 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1156,60 manat olan (ilkin ödəniş 55 manat etməklə, 18 ay müddətində hər ay 61,20 manat ödəmək şərti ilə) Hoffmann markalı soyuducu üçün ümumilikdə 430,17 manat olmaqla ondan, 330,90 manat ödənilməmiş hissə, 99,27 manat cərimə, 2) 02 may 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1263,60 manat olan (ilkin ödəniş 54 manat etməklə, 18 ay müddətində hər ay 67,20 manat ödəmək şərti ilə) Samsung Led TV üçün ümumilikdə 1468,48 manat olmaqla ondan 1129,60 manat ödənilməmiş hissə, güzəşt olaraq 338,88 manat cərimə borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 959,70 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəliklərini icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən 2(040)-308/2025 saylı mülki iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddia tələbinə dair etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsində göstərilir ki, cavabdeh iddianı qismən qəbul edir. Belə ki, o, 02 may 2021-ci tarixli müqaviləyə əsasən aldığı Samsung Led TV markalı televizor xarab olduğu üçün üç gün sonra həmin televizoru geri qaytarmışdır. Mağaza tərəfindən məhsulun geri qaytarıldığını təsdiq etsələr də, ona bununla bağlı sənəd verməmişlər. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(040)-308/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək, iddiaçı "xxxx" MMC-dən aldığı Hoffmann markalı soyuducu üçün yaranan əsas borcu qəbul etdiyini, iddia tələbinin Samsung Led TV hissəsində borcu qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçıdan aldığı Samsung Led TV markalı televizor xarab olduğu üçün onu üç gün sonra mağazaya geri qaytarmışdır. Ona görə də, iddia tələbinin televizor hissəsində iddianı qəbul etmədiyini bildirmiş, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 26 aprel 2021-ci il tarixli 23022040 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1156,60 manat olan Hoffmann markalı soyuducu əldə edərək, ilkin ödəniş 55 manat etməklə, 18 ay müddətində hər ay 61,20 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 02 may 2021-ci il tarixli 23036262 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1263,60 manat olan Samsung Led TV əldə edərək, ilkin ödəniş 54 manat etməklə, 18 ay müddətində hər ay 67,20 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə cəmi 959,70 manat ödəniş etmiş, onun 26 aprel 2021-ci il tarixli müqavilə üzrə 330,90 manat əsas, 99,27 manat cərimə, 02 may 2021-ci il tarixli ikinci müqavilə üzrə 1129,60 manat əsas, 338,88 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 1898,65 manat (1460,50 manat əsas, 438,15 manat cərimə) borcu vardır. İş materiallarında olan: 26 aprel 2021-ci il və 02 may 2021-ci il tarixli əşyaların təhviltəslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung Led TV və Hoffmann markalı soyuducunu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 20 dekabr 2024-cü il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 1898,65 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 26 aprel 2021-ci il və 02 may 2021-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 26 aprel 2021-ci il tarixli müqavilə üzrə dəbbə pulu 3,30 (üç manat 30 qəpik) manat, 02 may 2021-ci il tarixli müqavilə üzrə dəbbə pulu 11,29 (on bir manat 29 qəpik) manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,99 manat dövlət rüsumunun 34,75 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1) 26 aprel 2021-ci il tarixli 23022040 nömrəli müqavilə üzrə yaranmış 330,90 AZN (üç yüz otuz manat-90 qəpik) əsas borc və 03,30 AZN (üç manat- 30 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 334,20 AZN (üç yüz otuz dörd manat-36 qəpik) borc, 2) 02 may 2021ci il tarixli 23036262 nömrəli müqavilə üzrə yaranmış 1129,60 AZN (bir min bir yüz iyirmi doqquz manat-60 qəpik) əsas borc və 11,29 AZN (on bir manat- 29 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1140,89 AZN (bir min bir yüz qırx manat-89 qəpik) borc, iki müqavilə üzrə cəmi 1475,09 AZN (bir min dörd yüz yetmiş beş manat-09 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 34,75 AZN (otuz dörd manat-75 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1509,84 AZN (bir min beş yüz doqquz manat-84 qəpik) tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1) 26 aprel 2021-ci il tarixli 23022040 nömrəli müqavilə üzrə yaranmış 330,90 AZN (üç yüz otuz manat-90 qəpik) əsas borc və 03,30 AZN (üç manat- 30 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 334,20 AZN (üç yüz otuz dörd manat-36 qəpik) borc, 2) 02 may 2021-ci il tarixli 23036262 nömrəli müqavilə üzrə yaranmış 1129,60 AZN (bir min bir yüz iyirmi doqquz manat-60 qəpik) əsas borc və 11,29 AZN (on bir manat- 29 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1140,89 AZN (bir min bir yüz qırx manat-89 qəpik) borc, iki müqavilə üzrə cəmi 1475,09 AZN (bir min dörd yüz yetmiş beş manat-09 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 34,75 AZN (otuz dörd manat-75 qəpik) hissəsinin pul əvəzi, ümumilikdə 1509,84 AZN (bir min beş yüz doqquz manat-84 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-308/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-308/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver