Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-389/2025 13.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 457,40 (dörd yüz əlli yeddi manat 40 qəpik) manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı X5 arasında bağlanmış 19 may 2023-cü il tarixli VHİ 075/23 nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5770 nömrəli 10 oktyabr 2023-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdehnın yaşadığı ünvan 2 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş 16 avqust 2023cü il tarixli əmlakın qiymətləndirilməsinə dair akta əsasən sığorta hadisəsi nəticəsində sığortalıya ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində maddi zərər dəymiş və 26 oktyabr 2023-cü il sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 19 fevral 2024-cü il tarixli, 224/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 3 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: Müstəqil ekspert X6 (VÖEN: **********) tərəfindən tərtib edilmiş “əmlaka dəymiş zərərin hesablanması cədvəlindən” görünür ki, X4 məxsus daşınmaz əmlak olan ünvan 4 ünvanına dəymiş zərərin həcmi 427 (dörd yüz iyirmi yeddi) manat qiymətləndirilmişdir. İş materiallarında olan: 19 may 2023-cü il tarixli VHİ 075/23 nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən sığortalı X4 məxsus ünvan 3 Cəmiyyət tərəfindən sığortalanmışdır. İş materiallarında olan: A-P-007/23 saylı sığorta aktının surətindən görünür ki, "xxxx"” ASC-də 19 may 2023-cü il tarixdən 19 may 2026-cı il tarixədək sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 5 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: ustalar X3, X8 və 10 saylı MKS-nin sahə ustası X1 tərəfindən tərtib edilmiş 14 avqust 2023-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanına texniki baxış keçirilmiş və məlum olmuşdur ki, üst qat qonşudan- ünvan 2 ünvanından su axıdılmışdır. Belə ki, girişin divarlarında sarı su ləkələri var və divar kağızları qopmuşdur. Mətbəxin tavanında ləkə-ləkə qopuqlar var. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, "xxxx" ASC tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5770 nömrəli 10 oktyabr 2023-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 2 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. 16 avqust 2023-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair akta əsasən sığorta hadisəsi nəticəsində sığortalıya ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində maddi zərər dəymiş və 26 oktyabr 2023-cü il sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-cimaddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanuvericilik normalarına əsasən hesab edirəm ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5770 nömrəli 10 oktyabr 2023-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 2 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. 16 avqust 2023-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair akta əsasən sığorta hadisəsi nəticəsində sığortalıya ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində maddi zərər dəymiş və 26 oktyabr 2023-cü il sığorta ödənişi həyata keçirmiş, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. İddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 427 (dörd yüz iyirmi yeddi) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, həmçinin iddia təmin edildiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının pul əvəzi cavabdehlərdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrinin müddəalarını rəhbər tutaraq, qətetdim: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 427 (dörd yüz iyirmi yeddi) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə, 457,40 manat (dörd yüz əlli yeddi manat 40 qəpik) birgə qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-389/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-389/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver